ŞOK: QƏDDAFİNİN AZƏRBAYCANDAKI ADAMI KİMDİR?
Tarix: 6-09-2013, 10:22 | Çap et
LİVİYANIN KEÇMİŞ SƏFİRİ İLƏ BAĞLI ŞOK FAKTLAR: ADAM FIRILDAQÇI İMİŞ
DİA.AZ: - Yevlax rayonunun Gülövşə kənd sakini Elşən Cəfərovdan DİA.AZ-a şikayət daxil olub. E.Cəfərov iddia edir ki, Mingəçevir şəhərində inşa edilib artıq istifadəyə verilmiş qaçqınlar şəhərində sürücü kimi fəaliyyət göstərib. DİA.AZ bildirir ki, tikintinin başa çatmasına baxmayaraq kənd sakini hələ də maaşını ala bilmədiyini bildirib. E.Cəfərovun dediyinə görə, onunla bərabər 3 həmkəndlisinin də 1000 manat məbləğində pulu Əlizadə adlı iş icraçısı tərəfindən mənimsənilib. E.Cəfərovun dediklərini diqqətinizə çatdırırıq:
“Mingəçevirdə qaçqınlar şəhərinin təməli qoyulandan orada sürücü işləmişəm:
- Yaşayış binalarının inşası başlamamışdan qabaq orada uşaq bağçası salınırdı. Həmin dövrdə iş üçün müraciət etdim və qəbul olundum. Şəhərcikdə 9 ədəd 9 mərtəbəli yaşayış binası inşa olunub. İşə başlayandan sonra Sabirabad rayonundan olan Əlizadə adlı iş icraçısı ayda bir dəfə işçilərə pul verirdi. Hər ayın əvvəlində tikintidə çalışanların məvacibinin yarısını verib yarısını da saxlayırdı. Sonralar isə tədricən maaşların verilməsini gecikdirdi. Tikintinin texnadzoru da Əlizadəyə bir neçə dəfə xəbərdarlıq etdi ki, işçilərin maaşını gecikdirir. Əlizadə də hər dəfə bəhanə gətirərək bildirirdi ki, yuxarı dairədən pulların verilməsi gecikdirilir. Tənqid olunan kimi öz günahını başqalarının üzərinə yıxırdı. Özü də dəfələrlə demişdi ki, üzərinə düşən vəzifəni yerinə yetirə bilmir. Tikintinin başa çatdırılması üçün qoyulan müddətə az qalırdı. İnşa işi, binaların təhvil verilməsi isə gecikirdi.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun keçmiş direktoru Ayaz Orucov tikinti işini qardaşına təhvil verdi ki, tikinti gecikməsin. İnşa işi təhvil veriləndən sonra Əlizadə işçilərin pullarını vermədən Mingəçevirdən getdi. O, bizə bildirdi ki, obyektdə tikinti işini kim təhvil götürübsə, işçilərin də məvacibini o verəcək. Texnadzora müraciət etdik, o isə bildirdi ki, bu barədə ona heç bir məlumat verilməyib. Ayaz müəllimin qardaşı ilə görüşdük, o da işin onun səlahiyyətlərinə daxil olmadığını dedi və bildirdi ki, bizi kim işlədibsə, pulu da ondan almalıyıq. İşçilər Daxili İşlər Nazirliyinin qaynar xəttinə (102-yə) zəng edib şikayətlərini bildirdilər. Orqanın işçiləri şikayətdən sonra tikinti işi aparılan yerə (Mingəçevir şəhər Avtovağzalının yanı) gəldilər. Əlizadəni tapıb qaçqınlar şəhərciyinə gətirdilər. O, orqanın əməkdaşları yanında hamımızı əmin etdi ki, 10 gün müddətinə bütün işçilərin pulları qəpiyinə kimi özlərinə veriləcək:
“10 gün keçdi, lakin Əlizadə yenə də dolayı yollarla maaşları verməkdən boyun qaçırdı:
- Sonra tikinti işinə baxmaq üçün Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov Mingəçevirə gəldi. Əli müəllim bizi qəbul edəndə bildirdik ki, işçilərin pulları verilmir. O, bizi əmin etdi ki, narahat olmayaq, hamımızın pulu veriləcək, ortada heç bir problem yoxdur, sadəcə anlaşılmamazlıq olub. Ondan sonra da Əlizadə pulların tezliklə veriləcəyinə söz verdi, lakin yenə də öz bildiyini elədi, pullarımızı verməkdən imtina etdi. Məsələnin həll edilmədiyini görən Mingəçevirdən olan işçilər (əksəriyyəti qaçqın olub) aidiyyatı orqanlara yazılı və şifahi şəkildə müraciət edərək Əlizadədən pullarını ala bildilər. Biz isə bunun müqabilində yalnız onun özündən maaşımızı almaq istəyirdik. Zəng edəndə heç vaxt bizə “pulunuzu verməyəcəyəm” deməyib. Hər dəfə eyni bəhanəni gətirərək bildirirdi ki, beş günə, bir həftəyə, on günə, bir aya verəcək. Artıq bir ildir ki, Əlizadədən haqqımız olanı ala bilmirik. Bir dəfə zəng edəndə də dedim ki: “Sənə pislik eləməmişəm ki, bir yerdə oturub neçə dəfə dost kimi çörək kəsmişik, qardaş, ver də mənim pulumu!” İndi də qalmışıq belə, nə edəcəyimizi bilmirik. Mənimlə bərabər kənddən 3 nəfər də var ki, pulları Əlizadə tərəfindən mənimsənilib:
“Bir dəfə Əlizadə Rüfət adlı bir şəxsi bizimlə tanış edib dedi ki, o Azərbaycanın Liviyadakı sabiq səfiri olub və onun şefidir:
- Liviyada müharibə başlayıb Qəddafi devriləndən sonra Azərbaycana gəlmək məcburiyyətində qalıb. Vəziyyətdən çıxış yolu üçün tikintinin baş mühasibinə zəng vurduq, o bizə bildirdi ki, Rüfət müəllim işçilərin məvacibinin hamısını paylamaq üçün Əlizadəyə verib: “Məsələdə Rüfət müəllimin heç bir günahı yoxdur, sizin pulunuzu Əlizadə yeyib. Bununla bağlı Rüfət müəllimi narahat etməyin yeri yoxdur. Gedin, pulunuzu Əlizadədən alın!” Məsələdə Rüfət müəllimin həqiqətən də heç bir günahı yoxdur. Çünki Əlizadəyə pullar paylanılması üçün çoxdan verilmişdi. Əgər belə olmasaydı, o şikayət edən və evinə gedən işçilərin maaşlarını verməzdi. Heç kim öz cibindən kiməsə boş yerə pul verməz. İşçilərdən bəziləri pullarını almaq üçün Sabirabada – Əlizadənin evinə getdilər. Gedənlər pullarını alıb qayıtdılar. Onların haradan olduqlarını bilmirəm, amma bizə dedilər ki, Əlizadə təzəlikcə xarici avtomobil alıb. Mingəçevirdə olanda isə köhnə “Vaz 21-15” markalı maşın sürürdü. Xarici maşını o bizim haqqımızla Mingəçevirdən gedəndən bir ay sonra alıb. Sonradan məlum oldu ki, pullarını alan işçilər məsələni Sabirabad rayonunun Prokurorluğunun xəttilə həll ediblər. Kasıb adamlarıq, ailəmizi zorla dolandırırıq, yarı tox, yarıac, biz də çörəyimizi fəhləliklə qazanırıq. İndi rəvadırmı ki, yayın istisində, qışın soyuğunda canımızı dişimizə çəkib işləyib güc-bəla ilə qazandığımızı başqası yesin?”
Məsələni aydınlaşdırmaq üçün Əlizadə ilə əlaqə saxladıq. O, bildirdi ki, bu işin məsuliyyəti “Efiles sites” şirkətinin və onun rəhbər şəxslərindən biri Rüfət adlı şəxsin üzərindədir:
“Siz zəng edib məsələni ondan soruşun:
- Dəfələrlə zəng eləmişəm, telefonu götürmür. Bir ildən çoxdur ki, bu adam telefonunu bağlayıb. Mən əlimdə olan müəyyən miqdarda pullarla bəzi işçilərin maaşlarını vermişəm. Sabirabad rayon prokurorluğuna şikayət ediblər, onlara cavab vermişəm ki, burada mənlik heç bir şey yoxdur. Rüfət müəllim mənə pul verməyib, ona görə də maaşları verə bilmirəm. Aidiyyatı qurumlara və şəxslərə şikayət olundu ki, şirkət işçilərin maaşını vermir. Mənim özümün 4 min manatdan çox pulum Rüfət müəllimdə qalıb. Şirkət ona məxsusdur, işi yarımçıq saxlayıb çıxıb getdi. Harada olduğundan xəbərimiz yoxdur. Neçə dəfə zəng etmişəm, mənim nömrəmi tanıdığından telefona cavab vermir. Mənə verilən pullardan bəzilərinin maaşını vermişəm, pul qurtardı, verə bilmədim. Qalanı borca qaldı. Rüfət müəllim mənə pul verməlidir ki, işçinin maaşını verə bilim. Mən də orada tabe şəxsəm, bu iş mənim səlahiyyətlərimə daxil deyil. Onların özlərinə dəfələrlə demişəm ki, gedin şikayət edin, pullarınızı şirkətdən alın”. Əlizadə Rüfət müəllimin Azərbaycanın Liviyadakı “sabiq səfiri” olması barədə ünvanlanan sualdan belə yaxa qurtarmağa çalışdı: “Deyəsən dövlət orqanlarından birində işləyib, bilmirəm. İndi tikintilə məşğuldur”. Bu isə o deməkdir ki, işçilərini cahil görən Əlizadə onlarla məzələnib.
Qəddafinin devrilməsindən qorxan “sabiq səfir”ə isə zəng çatmırdı.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Bu gün, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Bu gün, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Bu gün, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Bu gün, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Bu gün, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
|