DAHA BİR BİABIRÇI REYTİNQ GÖSTƏRİCİMİZ
Tarix: 12-01-2012, 14:33 |
Çap et
İQTİSADİ AZADLIĞA GÖRƏ 91-Cİ YERDƏYİK
Azərbaycan iqtisadi azadlığa görə dünyanın 179 ölkəsi arasında 91-ci yeri tutur.
«Heritage» Fondu və «Wall Street Journal» yanvarın 12-də 2012-ci ilin İqtisadi Azadlıq İndeksini açıqlayıb.
İndeks 179 ölkədə 10 xüsusi azadlıq növü - ticarət azadlığı, biznes azadlığı, investisiya azadlığı və mülkiyyət hüquqları üzrə tərtib olunub.
Honq-Konq artıq 18-ci ildir ki, dünyanın ən azad iqtisadiyyatı müəyyən edilib.
İqtisadi Azadlıq İndeksinə əsasən, Gürcüstan 34-cü, Ermənistan 39-cu, Rusiya 144-cü, İran - 171-ci yerdədir.