Əsas Səhifə > Cəmiyyət > DAHA BİR BİABIRÇI REYTİNQ GÖSTƏRİCİMİZ

DAHA BİR BİABIRÇI REYTİNQ GÖSTƏRİCİMİZ


12-01-2012, 14:33
DAHA BİR BİABIRÇI REYTİNQ GÖSTƏRİCİMİZ

İQTİSADİ AZADLIĞA GÖRƏ 91-Cİ YERDƏYİK

Azərbaycan iqtisadi azadlığa görə dünyanın 179 ölkəsi arasında 91-ci yeri tutur.

«Heritage» Fondu və «Wall Street Journal» yanvarın 12-də 2012-ci ilin İqtisadi Azadlıq İndeksini açıqlayıb.

İndeks 179 ölkədə 10 xüsusi azadlıq növü ­- ticarət azadlığı, biznes azadlığı, investisiya azadlığı və mülkiyyət hüquqları üzrə tərtib olunub.

Honq-Konq artıq 18-ci ildir ki, dünyanın ən azad iqtisadiyyatı müəyyən edilib.

İqtisadi Azadlıq İndeksinə əsasən, Gürcüstan 34-cü, Ermənistan 39-cu, Rusiya 144-cü, İran - 171-ci yerdədir.


Geri qayıt