TÜRKİYƏ FRANSA QARŞISINDA NƏ EDƏ BİLƏR?
Tarix: 10-01-2012, 16:20 | Çap et
CƏBHƏÇİ ANALİTİK DURUMU DƏYƏRLƏNDİRDİ
Fransanın qondarma erməni soyqırımının inkarını cinayət hesab edən qanun layihəsini milli səviyyədə həyata keçirmək təşəbbüsü davam edərkən, ölkə prezidenti Nikolya Sarkozinin bu məsələni Avropa Birliyinə də daşımaq cəhdi Türkiyə ilə Fransa arasında gərginliyi bir az da artırıb.
Avropa Parlamentindən buna münasibət bildirilib. Avropa Parlamentinin sədri Yerji Buzek bəyan edib ki, Fransa inkara görə cəza qanununu Avropa Birliyinin gündəminə gətirməməlidir.
Digər tərəfdən, Türkiyənin Ankara Böyükşəhər Bələdiyyə Məclisi Fransaya qarşı addımlar atmaq haqda müzakirələr edib. Toplantıda bir sıra təkliflər irəli sürülüb. Onların arasında Fransa səfirliyinin yerləşdiyi “Paris” prospektinə “Əlcəzair” adı verilməsi, “Deqol” prospektinin Əlcəzairin qəhrəmanlarından birinin adına dəyişdirilməsi, Fransa səfirliyinin olduğu yerin yaxınlığına Əlcəzair soyqırımının xatirəsinə abidə qoymaq kimi təkliflər daxildir.
Politoloq Razi Nurullayev açıqlamasında baş verənlərə münasibət bildirib: "Mənə belə gəlir ki, hal-hazırda həm Türkiyənin Fransaya qarşı atdığı addımlar və eyni zamanda Fransanın Türkiyəyə qarşı atdığı addımlarda birmənalı olaraq dəstək veriləcək məqamlar azdır. Bu, ondan irəli gəlir ki, hal-hazırda iki tərəf arasında artıq qonşuların davasına bənzəyən bir hal formalaşmaqdadır. Artıq bu, siyasi gündəmdən çıxaraq, iki xalq arasında olan mübarizəyə çevrilməkdədir və bu, çox pis tendensiyaya aparır. Ona görə də hesab edirəm ki, Sarkozinin atdığı addımlar son zamanlar Türkiyənin atdığı addımlara cavab olaraq qisas məqsədi güdür və Sarkozi kimi Avropa miqyaslı bir siyasətçiyə özünün şəxsi maraqlarından çıxış edərək, öz şəxsi heysiyyətinə toxunan məsələləri əsas gətirərək, böyük bir dövlət olan Fransanı özünün şəxsi maraqlarına qurban verərək, bu cür addımlar atması əlbəttə ki, Fransa üçün yaxşı heç nə vəd etmir.
Türkiyənin də atacağı addımlar, məsələn küçələrin adının dəyişdirilməsi, Fransanı əsəbiləşdirəcək digər addımlar Türkiyəyə də başucalığı gətirməyəcək. Mənə elə gəlir ki, Türkiyə belə məsələlərdə daha səbirli davranmalı idi, amma biz bu davranışı görmürük . Türkiyədə olan "Paris" adlı küçənin adının dəyişdirilməsi Türkiyəyə nə verəcək? Hansı şəkildə Fransaya təzyiq göstərərək, Fransanın fikrini dəyişməsinə gətirib çıxaracaq? Əksinə bu, Fransada türklərə qarşı olan nifrəti daha da artıracaq.
Bu baxımdan mən hesab edirəm ki, artıq Avropa Birliyi dövlətləri də Fransanın bu addımlarını məhz Fransanın heysiyyətinə toxunuş kimi qiymətləndirir və buna görə də Sarkozinin Avropa Birliyi çərçivəsində də bu addımın atılmasını isti qarşılamayacaq və məlum olduğu kimi, Yerji Buzekin də bu məsələyə mənfi münasibəti artıq özünün göstərib. Mən hesab etmirəm ki, Avropa dövlətləri içərisində eləsi olsun ki, Sarkozinin bu fikirlərini dəstəkləsin.
Digər tərəfdən yəqin ki, Sarkozi məsələni bu cür gündəmə gətirməklə bir çox fransız millətçilərinin də səsini qazanmağa meyllənib. Mən bunu seçkilərə istiqamətli atılmış bir addım kimi dəyərləndirirəm. Anoloji olaraq, Türkiyənin də atdığı bir sıra addımları düzgün saymıram. Bunu bir çox siyasətçilərin şəxsi mənfəətlərinə qulluq kimi dəyərləndirirəm və hesab edirəm ki, bunun fransız və türk xalqlarına heç bir aidiyyəti olmamalıdır. Fransanın "soyqırım"ı tanıması türklərin heysiyyətinə toxunub, bizim də heysiyyətimizə toxunub, çünki biz də türk xalqıyıq. Mən də bunu çox pis qiymətləndirirəm. İstəməzdim ki, bu, iki xalq arasında olan bir münaqişəyə çevrilsin".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|