"Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim" .....                     Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı .....                     Elarizin nəvəsi ilə “dueti” .....                     Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? .....                     ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir .....                     Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib .....                     Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi .....                     Paşinyan açıqladı .....                     ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib .....                     "Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, .....                     Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər .....                     Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir .....                     Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir .....                     Bu insanlara sərhəddə güzəşt edilməlidir! .....                     Qərb Gürcüstana niyə “ögey övlad” kimi .....                     Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi .....                     İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib .....                     “AFB Bank”ın rəhbərliyinə təyinat .....                     Bərdə probasiya şöbəsində nə baş verir? .....                     Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir .....                     AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR .....                     İran İsraillə birbaşa qarşıdurmaya girir? .....                     Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu .....                     "Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi .....                     "Hizbullah" lideri Şeyx Həsən Nəsrullah öldürülüb .....                     Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: .....                     Nikolun “milliləşdirmə” oyunu .....                     Ermənistan və Fələstin diplomatik əlaqələr qurur .....                     Şimal-şərq küləyi əsəcək .....                     Ermənilərin çirkləndirdiyi Oxçuçayda vəziyyət necədir? .....                     Qovrulmuş yerfındığı əvəzinə KƏRPİC PARÇASI... .....                     “55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm” .....                     Məşhur iş adamı Bakının bu yerində hektarlara ərazini ALDI .....                     Tural Məmmədova vəzifə verildi .....                     Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu .....                     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb .....                     Global Media Group jurnalistlər üçün təlim təşkil edib .....                     Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... .....                     FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir .....                     Türkiyənin Zəngəzurla bağlı mövqeyi... .....                 

MEHDİYEVƏ QARŞI DAHA BİR PLAN
Tarix: 9-01-2012, 10:28 | Çap et
MEHDİYEVƏ QARŞI DAHA BİR PLAN

PA RƏHBƏRİNİN ANTİ-KORRUPSİYA KOMİSSİYASI GƏRƏKSİZ QURUMA ÇEVRİLİB

DİA.AZ: - Ötən ilin ən böyük rezonanslarından sayılan hakimiyyətin «korrupsiyaya cihad» elanından bir il ötür. Ötən ilin bu günlərində, konkret olaraq yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasını keçirdi.

Mehdiyevin dilindən səslənən müxalif fikirlər

O zaman yayılan rəsmi xəbərd görə Komissiya üzvlərinin diqqətini Nazirlər Kabinetinin iclasında dövlət başçısının vurğuladığı nöqsan və çatışmamazlıqlara yönəldərək bildirib: «Prezident hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələlə gətirir. Ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır». Azərbaycanda rüşvətxorluğun və korrupsiyanın olmadığını, sahibkarlığın inkişafı üçün cənnət yaradıldığını illərlə gözə soxan bir iqtidarın ən yüksək ranqlı şəxsinin dilindən bu fikirlərin səslənməsi sensasiya sayılırdı. Hakimiyyət korrupsiyanın mövcudluğunu rəsmən etiraf etdi.

Ramiz Mehdiyev həmçinin bildirmişdi ki, Prezident Administrasiyasına və komissiyaya mərkəzi və yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının nöqsanları barədə çoxsaylı şikayətlər göndərilir. O, həmin şikayətlərin məzmununu bu cür təqdim etmişdi: «Sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə mövcud neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar».

Toplantıda sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, əsasız yoxlamalar son qoyulması ilə bağlı fikirlər səslənmişdi. Bəzi qanunlara əlavə və dəyişikliklər edilməsi, dövlət başçısının tapşırıqlarını yerinə yetirmək və məruzədə vurğulanan neqativ halların aradan qaldırılması ilə bağlı təkliflər, müxtəlif dövlət orqanlarına tapşırıqlar verilmişdi. Amma nə o zaman nə də ötən bir il ərzində heç bir rəsmi məlumatda konkret hansı dövlət orqanlarına nələr tapşırıldığı haqqında konkret məlumatlar verilmədi.

Günahkar məsul şəxslər kimdir?

Hakimiyyət sanki yuxudaymış, birdən ayılıb korrupsiyanın ölkəni başına götürdüyünü gördü. Halbu ki, məhz Ramiz Mehdiyevin rəhbərliyi altında 6 ilə yaxın idi ki bu neqativ hallara qarşı mübarizə aparmaq üçün komissiya fəaliyyət göstərirdi.

Komissiyanın 15 üzvündən 5-i prezident, 5-i Milli Məclisi, 5-i isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir. Komissiyaya Daxili işlər, Milli təhlükəsizlik Ədliyyə nazirləri, Baş prokuror, Konstitusiya Məhkəməsinin sədri, Prezident Administrasiyasının yüksək vəzifəli rəsmiləri, Milli Məclisinin bir neçə deputatı daxildir. Komissiya üzvləri bunlardır:

Prezident tərəfindən təyin edilənlər
Ramiz Mehdiyev - Komissiyanın sədri, Azərbaycan respublikası Prezidentinin Administrasiyasının rəhbəri;
Ramil Usubov - Azərbaycan Respublikasının Daxili işlər naziri;
Şahin Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri;
Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri;
Eldar Mahmudov - Azərbaycan Respublikasının Milli təhlükəsizlik naziri
Milli Məclisi tərəfindən təyin edilənlər
Ziyafət Əsgərov - Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini;
Əli Əhmədov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İcra Katibi;
Lətif Hüseynov - Azərbaycan Respublikası Milli Məclisinin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri;
Əli Hüseynov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Bəxtiyar Əliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı;
Konstitusiya Məhkəməsi tərəfindən təyin olunanlar
Fərhad Abdullayev - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri;
Fikrət Məmmədov - Məhkəmə Hüquq Şurasının Sədri, Azərbaycan Respublikasının Ədliyyə naziri;
Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru;
Ramiz Rzayev - Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri;
İnam Kərimov - Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibi.

Korrupsiyaya yol açan anti-korrupsiya qurumu

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə uyğun olaraq yaradılmışdır və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirməliydi.

Əslində isə bu komissiyanın yaradılmasının özü korrupsiyaya rəvac vermək idi. Çünki korrupsiyaya yol vermək cinayətdir və Azərbaycan konstitusiyasına görə isə cinayətkarlığa qarşı mübarizə aparan cinayət təqibi orqanları var. Bu orqanlar polisdir, prokurorluqdur, milli təhlükəsizlik orqanları və məhkəmədir. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yaradılması əslində korrupsiya cinayətlərini həmin cinayət təqibi orqanlarının nəzarətindən çıxarmaq və müəyyən bir məhdud çərçivəyə salmaq idi ki, ora nə polisin, prokurorun, milli təhlükəsizlik orqanının müdaxiləsi olmasın.

15 nəfərin əvəzinə bir akademik

2004-cü ilin 13 yanvarında Qanunla mübarizəsinə start verilən antikorrupsiyanın 2005-ci ildə təsdiqlənən Əsasnaməsinə 2008-ci ilin 30 oktyabrında «dəyişiklik» edilib. Bu dəyişikliyə əsasən 10-cu maddəni İlham Əliyevə beləcə imzalatdırıb: «Komissiyanın səlahiyyətlərinə aid edilmiş bəzi məsələlər üzrə Komissiyanın qərarlarını iclas çağırılmadan üzvlərinin rəyi öyrənilməklə Komissiyanın sədri qəbul edə bilər».

Bu əndrəbadi cümlənin məğzi ondan ibarətdir ki, onsuz da əhəmiyyətsiz bir qurum olan Korrupsiyaya qarşı mübarizə Komissiyası Ramiz Mehdiyevdən ibarətdir. Əslində, Komissiyada təmsil olunan 15 üzvün 5 nəfərinin nazirdən, 5 nəfərinin Milli Məclisdən və 5 nəfərinin Konstitusiya Məhkəməsindən təyin edilməsinin özü cinayətkarları mühakimə edəcək «hakimlər» haqda təsəvvür yaradır. Amma görünür, Ramiz müəllim Komissiya üzvlərinin 6 aydan bir yığışmasına ümumiyyətlə, ehtiyac görməyib!

Antikorrupsiya Qanun və Əsasnaməsinin ildən-ilə dəyişməsi ölkədəki ictimai-siyasi və korrupsiya məntiqinə uyğundur: 2004-cü ildə - hakimiyyət ötürülməsinin ilk ilində korrupsiyaya qarşı nəsə yaradır, 2005-ci ildə - parlament seçkiləri öncəsi «nəsənin» Əsasnaməsi təsdiq edilir, 2008-ci il oktyabrın 30-da, prezident seçkilərindən sonra və ölkəyə külli miqdarda neft pullarının axmasından, iri-iri layihələrə yekə-yekə pulların xərclənməsi prosesinə başlanılmasından sonra «nəsə» faktik olaraq ləğv edilir, Komissiya üzvləri rahat-rahat öz işləriylə məşğul olmağa göndərilir. Zatən, kimsəyə ehtiyac yox - korrupsiyaya akademik Mehdiyev şəxsən nəzarət edəcək!

Prezident Mehdiyevi necə ifşa etdi?

2011-ci ildə, heç gözlənilmədən, tarappıltıyla Korrupsiyaya qarşı Komissiyanın iclası çağırıldı və sədr Ramiz Mehdiyev bildirdi ki, iclas İlham Əliyevin tapşırığı əsasında çağırılıb. Niyə? Əvvəla, Komissiya var, Əsasnaməsi yaradılıb, Dövlət Proqramları qəbul olunub, bu azmış kimi antikorrupsiya üzrə Milli Strategiya müəyyənləşib, 6 aydan da bir prezidentə məruzə olunur (və ya olunmalıdır). İclasın çağırılmasını niyə prezident tapşırmalıdır? Komissiya özü niyə işləmir?

Əslində ötən bir il dəbdə olan antikorrupsiya şousu həm də o demək idi ki, rəsmi starta qədər ölkədə korrupsiyaya qarşı heç bir mübarizə olmayıb. Bu an isə göz önünə ilk olaraq Ramiz Mehdiyevin başçılıq etdiyi komissiya gəlir. Mehdiyev uzun illərdir ictimai rəyi formal manipulyasiya etmək üçün yaradılmış, hətta korrupsiyadan şikayət edənlərin ərizələri vasitəsilə siyahılaşdırılması məqsədilə formalaşdırılan bir quruma rəhbərlik edib. İlham Əliyev bir sərəncamla açıq-aşkar şəkildə göstərdi ki, Ramiz Mehdiyev ya ölkənin talanmasına başçılıq edib, ya da bu talançılığa göz yumub. Bu tam rəsmi nəticədir. Həm də yeganə nəticə deyil.

Qaçılmaz sonluq

Mehdiyevin rəhbərlik etdiyi komissiya ilə paralel bu illər ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi fəaliyyət göstərib. Ötən dövr ərzində idarə 480 nəfər barəsində cinayət işi qaldırıb. Son beş il ərzində 480 nəfər barəsində 265 cinayət işinin istintaqı aparılıb ki, həmin işlər tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. Ötən ilin ilk 6 ayı ərzində isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə korrupsiya ilə bağlı 360-dan çox müraciət daxil olub. Müraciətlərə əsasən 87 fakt üzrə cinayət işi başlanıb. İdarə rəisi ötən il bu rəqəmin 69 olduğunu açıqlayıb.

Tək bu müqayisə onu göstərir ki, Ramiz Mehdiyevin hakim komandaya nəzarət imkanlarını artırmaqdan başqa heç nəyə xidmət etməyən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ləğv edilə bilər. Artıq hakimiyyətdə bu barədə ciddi müzakirələr başlayıb. Bu məsələdə xüsusilə Ramiz Mehdiyevin əleyhdarları fəallıq göstərir. Onlar ən pis halda Komissiyanın PA rəhbərinin nəzarətindən çıxarılmasına çalışır.

Heç kəsə sirr deyil ki, Ramiz Mehdiyev 2004-cü ildə yaradılan Komissiyanın rəhbəri olmaqla bu statusundan istifadə edərək rəqiblərinə ciddi zərbələr vurmaq imkanına malikdir. Korrupsiya ilə bağlı şikayətlər Komissiyaya daxil olduqda təbii ki, saf-çürük edilir və əsasən Ramiz Mehdiyevə rəqib olan məmurlardan edilən şikayətlərin araşdırılması təmin olunur. Bu baxımdan PA rəhbərinin əleyhdarları Komissiyanın ləğvini istəyir. Onların arqumentlərinə görə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi olduğu halda Komissiyaya ehtiyac yoxdur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim"
Bu gün, 15:21
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Bu gün, 15:14
Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Bu gün, 15:10
Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? - NƏ BAŞ VERİR?
Bu gün, 15:07
ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir - FAKT BUDUR!
Bu gün, 15:00
Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib - ISNA
Bu gün, 14:45
Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi - "Spiegel"
Bu gün, 14:10
Paşinyan açıqladı – Əliyevin tələbi yerinə yetiriləcək
Bu gün, 14:07
ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
Bu gün, 14:01
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
Bu gün, 14:00
Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər - GƏLİŞMƏ
Bu gün, 13:59
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir - MƏQALƏ
Bu gün, 13:54
Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir - FAKT BUDUR!
Bu gün, 13:29
Bu insanlara sərhəddə güzəşt edilməlidir! - Deputatın təklifi reallaşa bilərmi?
Bu gün, 13:27
Qərb Gürcüstana niyə “ögey övlad” kimi DAVRANIR?
Bu gün, 13:23
Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi - "Heç kim heç nədən sığortalanmayıb"
Bu gün, 13:14
İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib
Bu gün, 13:09
“AFB Bank”ın rəhbərliyinə təyinat - FOTO
Bu gün, 12:48
Bərdə probasiya şöbəsində nə baş verir? - TƏFƏRRÜAT
Bu gün, 12:44
Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir - TENDER NƏTİCƏSİ
Bu gün, 12:40
AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR - Biz arxasızıq deyə bunu edirlər
Bu gün, 12:28
İran İsraillə birbaşa qarşıdurmaya girir? - AÇIQLAMA
Bu gün, 12:26
Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu - FOTO
Bu gün, 12:24
"Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi 1000 il bundan əvvəlki selləmə suvarma sistemidir"
Bu gün, 12:21
"Hizbullah" lideri Şeyx Həsən Nəsrullah öldürülüb - İsrail mediası
Bu gün, 12:16
Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: - "Uşağımı xəstəxanaya aşpaz çatdırıb"
Bu gün, 12:14
Nikolun “milliləşdirmə” oyunu NƏYƏ HESABLANIB?
Bu gün, 12:10
Ermənistan və Fələstin diplomatik əlaqələr qurur - Ermənistan KİV
Bu gün, 12:08
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 11:59
Ermənilərin çirkləndirdiyi Oxçuçayda vəziyyət necədir? - AÇIQLAMA
Bu gün, 11:55
Qovrulmuş yerfındığı əvəzinə KƏRPİC PARÇASI... - AQTA bir göz atsın oralara...
Bu gün, 11:53
“55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm” - Əməkdar artist
Bu gün, 11:30
Məşhur iş adamı Bakının bu yerində hektarlara ərazini ALDI – Görün nə tikdirir…
Bu gün, 11:23
Tural Məmmədova vəzifə verildi - ÖZÜ AÇIQLADI
Bu gün, 11:21
Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu - TASS
Bu gün, 11:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb - “Ölü kimi” qeyda alınan şəxs isə...
Bu gün, 11:14
Global Media Group jurnalistlər üçün təlim təşkil edib - FOTO
Bu gün, 11:08
Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... - NARAZILIQ VAR...
Bu gün, 11:04
FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir - İLGİNC FAKTLAR
Bu gün, 11:02
Türkiyənin Zəngəzurla bağlı mövqeyi... - Dəhliz Rusiyanın vasitəçiliyi ilə açılsa...
Bu gün, 10:56
“Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə?” - ETİRAZ VAR...
Bu gün, 10:52
Paşinyan ABŞ-da Bakıya mesaj verdi, İrəvan qarışdı - “İki yol var”
Bu gün, 10:44
Makron Paşinyan üçün yeni "rol" hazırlayıb - DETALLAR
Bu gün, 10:40
Kollec direktorunun kütləvi ixtisar qərarı... NARAZILIQ YARATDI
Bu gün, 10:38
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
Bu gün, 10:33
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Bu gün, 10:28
"Rəşad Musayev mənə dedi ki, sənin üstündə nəzarəti gücləndirib səni tutduracam" - İTTİHAM VAR...
Bu gün, 10:26
Ermənistan-Rusiya münasibətlərində problemlər var, amma... - ŞƏRH
Bu gün, 10:23
Zəngəzurdan pay istəyənlərin sayı artır - “Azərbaycan hazır olmalıdır”
Bu gün, 10:21
VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
Bu gün, 10:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru