RAMİZ MEHDİYEV KİMLƏRİ VƏZİFƏDƏ QORUYUR?
Tarix: 5-08-2013, 14:43 |
Çap et
HAKİMİYYƏT HƏLƏ QƏTİ QƏRAR VERMƏYİB
DİA.AZ: - Xatırlayırsınızsa, prezident seçkilərinə qədər təxminən 10 rayonun icra başçısının vəzifəsindən alınacağını xəbər vermişdik. Bildirək ki, bu məlumatımızın ardından cəmi bir rayonda dəyişiklik baş verib. Amma dəyişikliklərin davamı olacaq. Bununla bağlı DİA.AZ-a ilginc məlumatlar daxil olub.
Bilgili qaynağın redaksiyamıza verdiyi informasiyalardan belə aydın olur ki, əslində konkret olaraq 6 rayonun icra hakimiyyəti başçısının vəzifəsindən azad edilməsilə bağlı əmrlər hazırdır: «Sadəcə olaraq bu məsələdə çox ciddi fikir ayrılıqları var. Məsələn, Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev bu gün bəlkə də icra başçıları arasında ən qocamanıdır. Amma ona toxunulması mümkün deyil. Birbaşa olaraq Ramiz Mehdiyevin himayəsi altındadır. Eləcə də Xətai rayonunun icra başçısı da Prezident Administrasiyası rəhbərliyi tərəfindən himayə olunur».
Mənbəmizə görə, məhz bu kimi problemlər bu gün icra başçıları ilə bağlı kadr islahatlarını yubadır: «Amma islahatlar zəruridir və seçkilərə qədər adları çəkilən icra başçılarının vəzifələrindən alınması gözlənilir».