BİNƏQƏDİDƏ İDARƏ RƏİSİ İŞÇİLƏRİNƏ QƏNİM KƏSİLİB
Tarix: 3-08-2013, 13:44 | Çap et
Redaksiyamıza daxil olan növbəti şikayət ərizəsində vətəndaş Akif Yusifov çalışdığı “Azəriqaz” İstehsalat Birliyi Binəqədi Qaz İstismar İdarəsinin rəhbərliyi tərəfindən əliəyriliyə, korrupsiya hallarının icrasına təhrik olunduğunu və bu kimi göstərişlərə əməl etmədiyindən işdən qovulduğunu iddia edir: “Mən uzun müddətdir ki, Binəqədi Qaz İstismarı idarəsində çalışıram. İş qabiliyyətim qənaətbəxşdir və təcrübəm də yetərlidir. Üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır, buna nail oluram. Ancaq tutduğum vəzifə üzrə mənim və mənim kimi başqa əməkdaşların fəaliyyətimizi qanunu surətdə yerinə yetirməyimiz işlədiyimiz idarənin rəisi Orduxan Həsənəliyevin və onun təşkil etmiş olduğu “komanda”sının xoşuna gəlmir. Cənab Orduxan Həsənəliyev öz deməsinə görə hansısa məsul vəzifədə işləyən havadarına arxalanaraq qanunsuz fəaliyyətlə məşğul olur və onun iş təcrübəsi ilə razı olmayan, əyri fəaliyyətə getməyən işçilərə qanunsuz təsirlər göstərir, onları sıxışdırır, hər vasitə ilə tutduğu vəzifədən uzaqlaşdırmağa çalışır. O, işçilərə abonentlər tərəfindən qaz sayğaclarına müdaxilə üçün şərait yaradılmasını, əyri yollarla pul qazanılıb ona gətirilməsini tələb edir.”
Maraqlıdır ki, A.Yusifov Qİİ rəisinin sadəcə passiv rüşvətxor məmur olmadığını, həm də qazanc əldə etməyin “yeni” üsullarının daima axtarışında olduğunu iddia edir: “Orduxan Həsənəliyev heç kimin ağlına gəlməyən üsullar icad edir. Məsələn o, işçilərdən abonentlərin “smart” tipli qaz sayğaclarına siqaret qutusunun gümüşü içliyi ilə müdaxilə edilməsini, bununla da süni surətdə böyük bir sahədə abonentlərin sayğaclarının fəaliyyətinin dayandırılmasına nail olunmasını təşkil edir. Bu əməliyyatdan sonra isə həmin abonentlər istər-istəməz müəyyən pul haqqları müqabilində sayğacların fəaliyyətinin dərhal bərpa olunmasına razılıq verməli olurlar. Konkret olaraq rəisin “komandasının” fəal üzvlərindən olan Heydər adlı işçı mənə bu neqativ hallara yol verilməsinə və onlarda iştirak etməyə qazılıq verməyim üçün hər ay mənə əlavə 300-500 manat, onun isə qeyri-rəsmi köməkçisi Elxan adlı işçi isə 500-1000 manat pul verilməsini təklif ediblər. Mən isə bu təkliflərə razılıq vermədiyim, vicdanla işləməyə çalışdığım üçün daimi surətdə rəhbərlik və onun komanda üzvləri tərəfindən təzyiqlərlə üzləşmişəm. Dəfələrlə heç bir səbəb olmadan məni cəzalandırmaq, işdən kənarlaşdırmaq istəyiblər, buna qismən nail olublar. Mən isə öz haqqımın bərpa olunmasına çalışmışam və əksər hallarda “Azəriqaz”ın və Əmək Müfəttişliyinin vasitəsilə buna qismən də olsa nail ola bilmişəm. Ancaq hiss edirəm ki, mənim gücüm tükənir. Artıq Əmək Müfəttişliyindən də mənə Orduxanla bacara bilmədiklərini deyirlər. Orduxan da bunların müqabilində “məni həyatdan yox etdirəcəyi” barədə mənə ultimatumlar göndərir və bunu aşıqdan-açığa, heç kimdən çəkinmədən edir. Mən özüm, həmçinin ailə üzvlərim də keçirdiyim bu stress hallar nəticəsində şəkər xəstəliyinə düçar olmuşuq. Bu kimi hallar iş qabiliyyətimə, sağlamlığıma mənfi təsir göstərir. Mən isə ailəmin yeganə qazanc gətirən üzvüyəm və iş yerimi itirmək mənim ailəmə olduqca mənfi təsir göstərə bilər...”
Qeyd etmək lazımdır ki, redaksiyamıza əvvəllər də Orduxan Həsənəliyevin rəhbərlik etdiyi bu idarənin fəaliyyətində yer almış neqativ hallara dair bir sıra məlumatlar, şikayət ərizələri daxil olmuşdu. Məsələn, daxil olan məlumatlarda vurğulanırdı ki, Binəqədi Qİİ-nin əməkdaşları tərəfindən müxtəlif ərazilərə qaz kəmərinin çəkilməsi və sayğacların quraşdırılması bəhanəsilə tələb olunan vəsaiti ödəyən sakinlər, əvəzində illərdir ki, narahatlıq və problemlərdən başqa heç nə əldə edə bilmirlər. Hər il sakinlərdən yeni məbləğ tələb edən idarənin əməkdaşları, sonunda bu problemləri ya büdcədə bu məqsədlə vəsaitin ayrılmadığı səbəbilə izah edirlər, ya da daha gülünc bəhanələr gətirirlər. Halbuki sakinlərdən yığılan vəsait hesabına bütün rayonun qaz problemi çoxdan həll oluna bilərdi. Sakinlər dəfələrlə müvafiq orqanlara şikayət məktubu göndərsələr də onları eşidən olmayıb. Həmçinin şikayət ərizələrində qeyd olunur ki, Binəqədi rayonunda bu gün aktuallığı ilə seçilən problemlərdən biri də Qİİ-nin əməkdaşları tərəfindən əhaliyə yazılan borclarla bağlıdır. Onlarla abonent illərdir ki, idarənin işçilərindən borc haqqında sənəd ala bilmirlər. Qaz idarəsinin işçiləri isə günün istənilən vaxtında qapını döyüb vətəndaşları bu bəhanə ilə narahat edirlər. Daxil olan şikayət məktublarından birində oxuyuruq: “Adətən elektrik enerjisinə və suya görə olan borcu göstərən sənəd müvafiq idarələrin işçiləri tərəfindən qapımızın kandarına yapışdırılır. Biz də o sənədi götürüb bankda, yaxud da poçtda ödənişi edirik. Amma qaz idarəsinin işçiləri gəlib qapını döyür, evdə kim varsa ona şifahi şəkildə filan qədər borcun olduğunu elan edirlər. Bundan sonra isə öz təkliflərini verirlər: ya borcu özün aparıb ödəməlisən, ya da onlara verməlisən. Maraqlıdır ki, qaz idarəsi işçilərinin əlində poçtun möhürlü kağızı olur və onlar təklif edirlər ki, pulu ver bizə, elə hesab et ki, poçta ödəmisən. Mən təbii ki, heç vaxt buna razılaşmamışam. Elan olunan məbləği vaxtlı-vaxtında özüm ödəmişəm. Amma niyə qaz işçiləri rəsmi borc kağızı vermirlər, necə olur ki, poçtun möhürlü qəbzi onların əlindədir, bunlar mənə qaranlıq qalıb. Mən üç ildir çalışıram Binəqədi Qaz İdarəsindən borc haqda sənəd ala bilmirəm”.
Göründüyü kimi bu faktlar da Akif Yusifovun öz ərizəsində Binəqədi Qİİ-nin rəhbərliyinə qarşı irəli sürdüyü ittihamlarla tamamilə uzlaşırlar. Bəlkə artıq“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi tərəfindən rayon qaz istismar idarələrinin fəaliyyətinə nəzarət mexanizmini işə salmaq vaxtı gəlib çatıb?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|