Türkiyədən ermənipərəst jurnalistə qadağa: .....                     Bu gün Kəlbəcər Şəhəri Günüdür .....                     Berbok Bakını niyə erkən tərk edib? .....                     Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub .....                     "Bundan başqa bizə nə lazımdır axı?" .....                     Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” .....                     “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” .....                     Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                 

BAKIDA "ATLANT" FIRILDAĞI...
Tarix: 14-06-2013, 11:09 | Çap et
BAKIDA "ATLANT" FIRILDAĞI...
SATIŞA DEFFEKTLİ MALLAR ÇIXARILIR

Ölkədə sirnikləndirici vədlərlə mal satıb istehlakçıları aldadan, onların hüquqlarını pozan şirkətlərlə bağlı dəfələrlə məlumatlar yayılıb. Bu proses son illərdə Azərbaycanda artıq adi hala çevrilmək üzrədir. Bahalı malları həddindən artıq baha qiymətə satmaqla istehlakçılara həmin malın yüksək keyfiyyətə malik olmasını demək, uzunmüddətli və saxta zəmanət verməklə insanları şirnikləndirmək, sonda isə mal və məhsul keyfiyyətsiz çıxdığı halda zəmanətdən yayınma və sair hallar demək olar ki, istehlakçıları bezdirib. Bu barədə aidiyyəti qurumların və bazara birbaşa nəzarət edən dövlət müəssisələrinin səmərəsiz fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi də insanlarda inam hissini itirməyə gətirib çıxarır. Aidiyyəti dövlət qurumları ilə müəyyən yollarla münasibət yaradan bu şirkətlər prosesdən sui-istifadə etməklə fırıldaqçılıqlarını davam etdirir, istehlakçıların aldadılması üçün səylərini daha da artırırlar. Nəticədə, ağır zərbə istehlakçıya dəyir. Bu zərbə və ziyanın isə nə prosesə cavabdeh dövlət qurumuna, nə də fırıldaqçılıqla mal satan şirkətə təsiri olmur. Vətəndaşın, istehlakçının ziyan çəkməsi onları narahat etmir.

3 il zəmanətli soyuducu 3 gün işləməyib

Bu cür şirkətlər daha çox paytaxt Bakıda fəaliyyət göstərir. Bölgələrdə yaşayan əhali müəyyən səbəblərdən əsasən mərkəz Bakıya axışdığından həmin şirkətlər də əsasən bu ərazidə fəaliyyət göstərib müştəri yığmağa, Bakıda ofis və mağazalarını açmağa və insanları aldatmağa cəhd edirlər. Bu da onların cəhdinin uğurlu alınması, sadə və kasıb istehklakçının aldadılması ilə nəticələnir.

Redaksiyamıza daxil olan müraciətdə də istehlakçılar bu məsələ ilə bağlı şikayət edir. Şikayətçilər bu dəfə Bakıda fəaliyyət göstərən “Atlant” mağazasının istehlakçıları aldatdığını iddia edir. Müraciətdə bildirilir ki, elektron məişət avadanlığının satışı ilə məşğul olan bu mağazanın istehlakçılara satdıqları malların əksəriyyəti keyfiyyətsiz çıxsa da, onlar xarab mallarına cavabdeh olmur. Amma, mal satılana qədər onlar müştəriyə yalan vədlər verir, insanları şirnikləndirib öz keyfiyyətsiz mallarını satırlar. Mal alınana qədər istehlakçıya həmin mala görə cavabdeh olduqlarını, 3 il zəmanət verdiklərini bildirən mağaza rəhbərliyi mal satılandan sonra müəyyən yollarla məsuliyyətdən yayınır, insanları aldadır.

Redaksiyamıza müraciət edən Bakı şəhər sakini Anar Əhmədli bildirir ki, o da mağazada bu cür fırıldaqla aldadılıb. Şikayətçinin dediyinə görə, bu yaxınlarda adıçəkilən mağazadan 700 manat ödəməklə soyuducu alıb. Amma, nə az nə çox, 3 gün sonra soyuducu xarab olub. Əslində isə mağazadan ona həmin vaxt aldığı soyuducuya 3 illik zəmanət kartı verilib. Nəinki 3 il, cəmi 3 gün sonra soyuducunun həddindən artıq keyfiyyətsiz olması üzə çıxıb. Anar Əhmədli zənn edib ki, aldığı malın 3 il zəmanəti var və bu zəmanətə görə də ona dəymiş ziyan ödəniləcək və problem aradan qaldırılacaq. Amma, necə deyərlər, sən saydığını say, gör “Atlant” nə sayır.

Şikayətçi deyir ki, soyuducunun zay olması barədə məlumat versə də, problem aradan qaldırılmayıb: “Soyuducunu alıb pulun ödəyib, malı evə gətirdim. Quraşdırılan gün soyuducu işləsə də, 3 gün sonra xarab oldu. Zəng edib servis xidmətindən kömək istədik. Həmin gün bununla bağlı heç bir xəbər çıxmadı. 1 gün sonra servisdən usta göndərdilər. Usta həqiqətən soyuducunun işləmədiyinin şahidi oldu və bir neçə saat çalışandan sonra soyuducu işlədi. Amma, bu da çox çəkmədi, Usta yenidən soyuducunu işlək vəziyyətdə bizə təhvil verib getsə də, 1 gün sonra yenə xarab oldu”. Anar Əhmədli bildirir ki, soyuducunun xarab olması barədə mağazaya məlumat verilsə də, onlar keyfiyyətsiz malı dəyişməkdən boyun qaçırıblar.

700 manat ver soyuducu al, ömrü boyu əziyyət çək

“Atlant” mağazası tərəfindən aldadılan daha bir müştəri isə Fərman Ağayevdir. Şikayətçi iddia edir ki, bu mağazada satılan malların əksəriyyəti keyfiyyətsiz olur. Elə bu şikayətçi də mağazadan soyuducu alıb və bir müddətdir ki, özünün dediyi kimi, əməlli-başlı bəlaya düşüb: “”Atlant”ın satdığı məhsulların əksəriyyətində defekt var. Amma bunu qətiyyən qəbul etmirlər. Onlara sübut edəndə ki, soyuducu və digər avadanlıqlarında zavoddan gəlmə qüsur var, qəbul etmirlər. Sonra da aldığın avadanlığı geri qaytarmaq istəyirsən, yenə qəbul etmirlər. Aparırlar ki, düzəltsinlər. Nə düzəldə bilmirlər, nə də malı geri qaytarmırlar. Bir dəfə gəlib düzəldib gedirlər, yenə xarab olur. Daha ikinci dəfə evdə təmir aparmırlar. Mütləq malı gəlib aparıb servislərində saxlamalıdırlar. Sonra necə düzəldirlər, malın hansı hissəsini götürürlər, hansı hissəsini dəyişirlər bilinmir. Birinci dəfə soyuducunu aparanda deyirlər ki, onların malı 3 gündən 15 günə qədər servisdə saxlayıb yoxlamağa ixtiyarları var. Yayın bu isti günlərində ailənin 3 gündən 14 günə qədərə soyuducusuz qalması yəqin ki nə dərəcədə çətindi. Əgər mən 14 gün soyuducusuz qalmalı idimsə, niyə bu qədər xərc çəkirdim? Elə soyuducusuz qalan idimsə, pulum da özümdə qalmışdı. Min bir əziyyətlə pul yığıb 700 manat verib soyuducu alım, sonra da ömrü boyu əziyyət çəkməliyəm?” Şikayətçinin dediyinə görə, “Atlant” mağazasında hər dəfə onlarla istehlakçı aldadılır, onlara keyfiyyətsiz mallar satılır. Amma, nə şikayətçiləri dinləyib problemlərini həll edən var, nə də mağazanın özbaşınalığına son qoyan. Nəticədə mağaza istehlakçıları aldatmaqda davam edir, istehlakçılar da ziyan çəkməkdə və soyulmaqda.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08
Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03
Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36
Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34
"Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28
Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26
“Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14
Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58
Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru