HƏRBİ KOMİSSARIN MƏSƏLƏSİ DAHA BÖYÜK MÜSTƏVİDƏ
Tarix: 11-06-2013, 13:16 |
Çap et
NAMİQ OSMANOV GƏLİRVERƏN KADR OLSA DA…
DİA.AZ: - Keçən həftə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam şöbəsinin rəhbəri Namiq Osmanovun açıq-aşkar hərbi bilet alveri ilə məşğul olması barədə məlumat yaymışdıq. Bildirək ki, ərazilərinin yarıdan çoxunun işğal altında olması faktı belə Ağdam rayonunun hərbi komissarı üçün heç bir əhəmiyyət daşımadığından bu məsələnin birbaşa olaraq Prezident Administrasiyası tərəfindən araşdırmaya götürülməsi barədə məlumatlar almışıq.
Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, artıq hərbi komissarla bağlı PA-dan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət də hazırlanır. Mənbənin söylədikləri: «Namiq Osmanovun bir neçə xəstə çağırışçını hərbi xidmətə cəlb etməsi ilə əlaqədar PA-ya şikayətlər ünvanlanıb və hətta onlardan biri hal-hazırda hərbi hissənin tibb məntəqəsindədir. Yəni daha bir faciəli əsgər ölümünə nədən ola biləcəyi ehtimalları səbəbindən Ağdamın hərbi komissarı ilə bağlı ölçünün götürülməsi tələb olunur».
Mənbəmiz onu da əlavə etdi ki, belə bir şəraitdə Dövlət Xidmətinin rəhbəri Arzu Rəhimovun Namiq Osmanova sahib çıxması da gözlənilən deyil: «Doğrudur, Namiq Osmanov «gəlirverən» kadrdır. Amma bu seçki ərəfəsində hansısa yüksək çinli məmura birbaşa olaraq hakimiyyəti hədəfə çevirə biləcək ajiotaj heç lazım deyil».