DAHA DA MÜRƏKKƏBLƏŞƏN MÜNASİBƏTLƏR
Tarix: 31-05-2013, 11:24 | Çap et
ŞEYX DƏ İRANI FƏTH EDƏ BİLMƏDİQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyətinin mayın 18-21- də İrana səfəri bir çox mətləblərə aydınlıq gətriməli ikən əksinə, iki dövlət arasında münasibətlərə dair çoxsaylı suallar yaratdı. Bu səfər iki dövlət arasında hələ də aydınlaşdırılması gərəkən çox məsələlərin olduğunu birmənalı olaraq ortaya qoyub.
Uzaqda olmayan qovğalar
Yəqin ki, 2010-cu ilin noyabrında təhsil naziri Misir Mərdanovun ölkə məktəblərində hicaba qadağa ilə bağlı bəyanatı, bu bəyanata cavab olaraq ölkənin dini kəsiminin etiraz fəallığı, bu etiraz fəallığının müqabilində rəsmi Bakının 2011-ci ildən başlayan həbslərə start verməsi yaddaşlardan çıxmayıb. Bununla yanaşı, rəsmi Tehranın rəsmi Bakıya “Qərbə satılmaq, sionistlərin nökəri olmaq, məzlum müsəlman xalqını incitmək” kimi ittihamları apogeyə çatdı. Azərbaycan dövləti addımbaşı İran mətbuatı və rəsmilərinin təhqirlərinə məruz qaldı. Ayrı-ayrı dini icmalar və ya dindar qruplar “hicaba azadlıq” adı ilə aksiyalar keçirirdilər. Bunlar unudulmayıb, çünki uzaq keçmişin, eramızdan əvvəl olanların əhvalatları deyil, yaxın 3 ilin hadisələridir.
Bu sırada dövlət başçısı İlham Əliyev və QMİ sədri, şeyxülislam A.Paşazadə İran tərəfinin daimi təhqirlərinin hədəfində idilər. Üstəlik, 2012-ci ildə Bakıda “Eurovision” yarışması ilə bağlı İran tərəf Azərbaycanı aşağılayıcı təhqirlərə məruz qoymaqdan çəkinmirdi.
2010-cu ilin sonlarından iki dövlət arasında durum o qədər gərginləşdi ki, bu münasibətlərin bir daha normallaşacağı belə adama şübhəli gəlirdi. Bu gərginliyin göstəricisi olaraq İran tərəfi Azərbaycanın iki şairini Tehranda həbsə aldı. Azərbaycan ictimaiyyəti bütün dünya bilriyini hərəkətə gətirə biləcək müdafiə taktikası qurdu. Enində-sonunda hər iki yazar azad olundu.
Təhsil naziri buna görəmi azad olundu?
2013-cü ilin aprelində təhsil naziri Misir Mərdanov vəzifəsindən azad olundu. İlk baxışda adi bir hadisədir. Dövlət başçısı naziri təyin edir, bu vəzifədən azad edir.
Amma... Nazir vəzifəsindən azad ediləndən sonra PA rəhbəri Ramiz Mehdiyev İrana səfərə getdi.
M.Mərdanovun işdən azad olunmasından sonra R.Mehdiyevin İrana baş tutan səfəri “bu səfər yalnız M.Mərdanovun vəzifədən azad olunmasından sonra mümkün ola bilərdi” qənaətini yaratdı. Görünür, rəsmi Bakı hicab məsələsilə bağlı M.Mərdanovu bütün bəlaların günahkarı saydı. Onu vəzifədən azad etdikdən sonra “İrana yollar” açıldı.
Amma R.Mehdiyevin İrana səfəri nəticə baxımından əhəmiyyətə malik olmadı. Belə ki, R.Mehdiyev İranda ikən Azərbaycan ədəbiyyatşünası Xalid Xalid və sürücüsü həbsə alındı. İranın bu jestlə Azərbaycana nəyi izah etmək istəməsi aydın deyildi. Amma bu həbs özü münasibətlərin hələ də qəliz qalmasının göstəricisi sayıla bilərdi. R.Mehdiyevin səfəri başa çatdıqdan sonra verilən şərhlərin çoxunda səfərin hazırlıqsız olması, R.Mehdiyevin İrandakı bəyanatlarının Azərbaycanın Qərblə münasibətlərinə problem yaradacağı və s. mövqelər yer alırdı.
Çünki elə R.Mehdiyev İranda ikən digər nümayəndə heyəti Qərbdə idi. Həmin nümayəndə heyəti də anti-İran mövqeyi sərgiləyirdi. Qəribə səhnə idi. Hansında səmimi idik? Bu da bir sual.
Yəni, bu nə idi?
R.Mehdiyevin səfərinin “istisi” başa çatmamış QMİ sədri, şeyxülislam Allahşükür Paşazadənin din xadimləri və parlament təmsilçilərindən ibarət nümayəndə heyətilə İrana yola düşməsi kimi hadisə baş verdi.
Əgər parlament təmsilçiləri olmasa idi, bu səfərə dini səfər donu geyindirmək olardı. Amma parlament təmsilçilərinin iştirakı səfərin siyasi olmasını gözardı etməyə imkan vermirdi.
İrana o qədər də böyük intervalla olmayan bu iki səfər düşünməyə vadar edirdi. A.Paşazadə nəyi həll etməli idi? Bir də təkrar edirik ki, parlament təmsilçilərinin iştirakı səfərin siyasi niyyətini göstərirdi. Bunun əksini düşünmək belə yersiz olardı.
Qəbul səviyyəsi...
A.Paşazadə İranda ən yüksək səviyyədə qəbul edildi. İranın ali dini rəhbərindən, prezidentindən, parlament sədrindən tutmuş bütün isilam dünyasında nüfuz sahibi olan alimlərə qədər görüşlər bunu göstərdi. Bu görüşlərdə İranla Azərbaycanın dostluğuna və qardaşlığına zərbə vurmaq istəyən qüvvələrin olması haqda bəyanatlar səsləndi. Elə bu məqam düşünməyə vadar edir. Axı, yuxarıda dedik ki, İranın anti-Azərbaycan siyasəti, bizləri təhqirə məruz qoyması çox uzaqda olmayıb. Ən uzağı 2-3 ilin söhbəti var ortada və heç nə yaddan çıxmayıb.
Əgər qardaşlıq vacib idisə...
Əgər iki ölkə arasında “dostluq və qardaşlıq” vacib idisə, İslam Partiyasının sədri Mövsüm Səmədovun 2011-ci il yanvarın 2-də etdiyi çıxış və rəsmi Tehranın bu mövqeyə ən üst səviyyədə dəstək verməsi nə idi? Bu çıxışa görə adam uzun müddətli həbs cəzası aldı. Partiyanın funksionerləri azadlıqdan məhrum edildilər. Ölkədə çoxsaylı həbslər oldu. Bunun gizlini yoxdur ki, bu məsələdə İranın neytral olmaması da önə çəkildi.
Yox, əgər M.Səmədov dediklərində haqlı idisə, o zaman rəsmi Tehranın Azərbaycan tərəfilə bu yüksək səviyyəli görüşü, qəbulları nəyə lazım idi? Bunu niyə deyirik?
Çünki 2-3 ildir ki, Azərbaycanın dindar kəsimi bu məsələdə kimin haqlı, kimin haqsız olması dilemması ilə üzbəüz qalıb. Dini kəsimdə “çalxalanma” idi. Dini çevrədə söz və nüfuz sahibi olanların sözləri belə yetərli olmamaq həddinə çatdırılmışdı. Hamı “xain, dönük” axtarırdı. Bütün baş verənlərin dini təəssüb, yoxsa siyasi oyun olması aydın deyildi. İrandakı bəzi mərcei-təqlidlər rəsmi Bakıya təzyiqləri artırmağı hədəfləmişdi. “Sehap”ın ağzının danışığını bilməyən cahilləri Təbrizdə Azərbaycan konsulluğuna hücum edəcəklərindən danışırdılar. Yenə təkrar edirik ki, baş verənlər o qədər də uzaqda olmayıb. 2-3 ilin söhbətidir.
Tənqid edilən şeyxülislam demə “qardaş” imiş?
Rəsmi tehran A.Paşazadəyə rəsmi qəbulun ən yüksək düzənini nümayiş etdirdi. Bu məsələ birmənalıdır və şərhə ehtiyacı yoxdur. Amma bu səfər şeyxin özü üçün də asan deyildi. Çünki istənilən qədər suallar vardı. Din xadimləri arasında problemlərin həlli heç də siyasətdəki qədər “dönərgələrə” bağlı deyil. Burada manevr “ağ ilə qara” qədərdir. Burada bir sualın aydın cavabı olmasa, ikinci suala cavab istənilmir.
Bu da var ki rəsmi Tehran A.Paşazadəni rəsmi Bakının kursuna sadiq qaldığına görə tənqid etməkdən çəkinmirdi. Bu səfərlə tənqid edən də, tənqid edilən də üz-üzə dayandılar. Kağız üzərinə deyilən ittihamlar indi bir-birinə səslənməli idi. Amma olmadı. Kimi İran və Azərbaycanın qardaşlığından, kimi onlara birtərəfli informasiya verilməsindən söz açdı. Amma heç kəs bu qədər ağrı-acını niyə yaşamağın lazım olduğuna cavab vermədi. Amma yox...
Əməl yalan, söz yalan
A.Paşazadə İranda səfərdə olarkən bu ölkə mətbuatını orada həbsdə olan Azərbaycan ədəbiyyatşünası Xalidə Xalidin və sürücüsünün azad edilməsi xəbəri bürüdü. Bu addım bir qədər maraqlı idi. Rəsmi qurumlar bu məsələ haqda heç nə demirdilər. Azad olunan bu iki şəxsi kiminsə görməsi kimi bir fakt yox idi. Ancaq ortada söz dolaşırdı. Hətta bu iki şəxsin QMİ nümayəndə heyətilə ölkəyə qayıdacağı kimi şayiələr vardı.
QMİ nümayəndə heyəti qayıtdı, amma həbsdə olanlar qayıtmadı. İranın Azərbaycandakı səfiri Möhsün Pakayin özünün yalan açıqlamaları ilə fikirləri bir qədər də dolaşığa saldı. İran tərəfi son anda Azərbaycan vətəndaşlarının azadlığa buraxılması müqabilində Mikayıl Kazimi adlı İran vətəndaşının azad edilməsini istədi. Yəni, İran Azərbaycanla “azad et, azad edim” oyunu oynadı. Amma bu M.Kaziminin kimliyi barədə söz deyilmədi. Yəni, Azərbaycan ictimaiyyəti indi də M.Kaziminin kim olduğunu, Azərbaycanda həbsə alınmasının səbəblərinin bilmir. Amma bu şəxsi Azərbaycana göndərən İran tərəfi onun kimliyini bilsə də “dodağını dodağının üstündən” götürmür.
Bəli, rəsmi Tehran QMİ sədrini əzizlədi, ağırladı, kimlərdənsə üstün tutdu, amma X.Xalidi azad etməməklə “çox da böyüməyə” qoymadı. Görünür, rəsmi Tehran Azərbaycan vətəndaşını azad etməməsini yüksək rəsmi qəbulla kompensasiya etdi. “Bu qədər bəsindir” mesajını verdi.
“Ürəyimdəki başqa, dilimdəki başqa”
Səfər zamanı İran xəbər portalları QMİ sədrinə hücuma keçməyi də kənara qoymadı. Rəsmi Tehranın yüksək qəbul səviyyəsi sərgilədiyi bir zamanda İran KİV-ləri buna zidd mövqe tutdular. Bu isə fikrimizcə, Azərbaycan nümayəndə heyətinə yox, rəsmi Tehranın özünə həqarət idi. Elə farslar özləri demişkən “in koca, an koca?” və ya belə yüksək qəbul hara, bu tənqid hara?
Yəni, bu qəbullar, bu göstərilər riya idimi? Iran “ürəyimdəki başqa, dilimdəki başqa” fəlsəfəsilə yaşadımı? Nümayəndə heyətinin tərkibində olan bəzi şəxslər görüşlərin belə yüksək səviyyədə alınmasına mane olmaq istəyən qüvvələrin varlığını inkar etmədilər. Hətta buna cəhdlərin olduğunu vurğuladılar.
Səfər başa çatdı, amma bu səfərin doğurduğu suallar başa çatmır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|