KORRUPSİYA BURULĞANINDA BOĞULAN DYP...
Tarix: 10-05-2013, 13:56 | Çap et
Son vaxtlar ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilməsinə baxmayaraq bəzi məmurlar rəhbərlik etdiyi qurumlarda hələ də bununla bağlı ciddi tədbirlər görmür. Ölkədə korrupsiyanın ən çox tüğyan etdiyi sahələrdən biri olan yol polisidir. Bu fakt danılmazdır və ölkə vətəndaşlarının hamısı bu faktı təsdiqləyir. Sürücülərin qanunsuz cərimələnməsi, avtomobillərin əsassız olaraq təqibi, sürücülərin şərlənərək cərimələnməsi, yazılan cərimələrin həddindən artıq alınması və sair. Bu faktlar artıq neçə illərdir ki, mövcuddur və yol polisində korrupsiya halları gün-gündən artır. 2006-cı ildə bu fakt hətta dövlət səviyyəsində müzakirəyə çıxarıldı və korrupsiyanını qarşısını almaq üçün tədbirlərə başlandı. Həmin vaxt ölkə prezidenti İlham Əliyevin müdaxiləsi bu sahədə rüşvətxorluğu qismən azaltsa da, sonradan yeni eyni proses baş verdi. Əvvəllər yol polisləri əmək haqlarının həddindən artıq az olmasından şikayətləndiryi halda dövlət başçısı onların bu bəhanəsini kəsdi. Dövlət yol polislərinin əmək haqqı birdən-birə 10 dəfədən çox artırıldı və bu addım ictimaiyyət tərəfindən də alqışla qarşılandı. Hətta ölkənin ən kasıb təbəqəsi yol polislərinin əmək haqlarının bu qədər artırılmasına sevindi. Ona görə yox ki, yol polislərinin əmək haqlarının artırılması kasıb təbəqənin gəlirini artırdı. Ona görə ki, yol polislərinin əmək haqqının artırılması kasıb və imkansız sürücülərin əsassız təqib və cərimələnməsi nin qarşısını almalı idi. Bunu ictimaiyyət belə düşündü. Amma nəticə o qədər də yüksək olmadı. Yol polislərinin əmək haqları birdən birə 10 dəfədən çox artırıldıqdan sonra daxili işlər naziri Ramil Usubov yol polislərinə ciddi göstəriş verdi və rüşvət hallarına son qoyulmasını tapşırdı. Düzdü, bu tapşırığa əvvəlcə qismən riayət olundu. Yəni, sürücülərin əsassız saxlanılması, avtomobillərin təqibi və digər hallar bir müddət səngidi. Amma çox yox bir ay. Bir aydan sonra yuxarılarda yol polisinə müsbət imic qazandıran Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov bir aydan sonra tabeçiliyində olan əməkdaşlarının öhdəsindən layiqincə gələ bilmədi. Tapşırıq veriləndən sonra bir müddət telekanallarda özünü və əməkdaşlarını reklam edən və guya rüşvətə son qoyulduğunu iddia edən cənab general sonradan yenə də bu sahədə korrupsiya hallarını davam etdirməyə başladı. Yenə də həmin proses davam etməyə başladı. Necə deyərlər, nə rüşvətə son qoyuldu, nə də yol polisi əməkdaşlarının özbaşınalıqlarına. Yenə yollarda avtomobillərin təqib edilməsi, sürücülərin qanunsuz cərimələnməsi, onlardan külli miqdarda rüşvət alınması və sair. Narazılıq edən sürücülər isə daha ağır cərimələrlə susduruldu. Avtomobillər sürücülərin əlindən alınaraq cərimə meydançalarına göndərildi, sürücülərdən külli miqdarda rüşvət alınandan və izahat yazdırılandan sonra yalvar-yaxarla buraxıldı ki, ikinci dəfə həmin sürücü korrupsiyaya etiraz etməsin. Necə deyərlər, yol polisinin maaşları 10 dəfə artırıldısa, rüşvət də bir o qədər bahalaşdı. Həmin vaxta qədər alınan rüşvətlər bundan sonra bir neçə dəfə çox alınmağa başlandı. Yol polisini rüşvətə meylləndirən qanun Yol Polisində rüşvətxorluğu yaradan səbəblərdən biri də “Yol hərəkəti haqqında” qanundakı bəzi boşluqlardı. Belə ki, bu qanunun cərimələrin tətbiq edilməsi bəndindəki müddəalar açıq-aşkar yol polisinə rüşvət verməyə məcbur edir. Məsələn, həmin müddəlarda hər hansısa bir qayda pozuntusuna görə cərimələr rəsmi göstərilib. Cərimələr isə konkret rəqəmlə deyil, tapmaca ilədir. Yəni, sürücülərin süründürməçiliyə salınması üçün yol polis əməkdaşına əməlli-başlı şans verən maddələr. Müddəalarda göstərilib ki, sürücü yol hərəkəti qaydasını pozursa, onun cəriməsi 15 manatdan 25 manatadəkdir. Belə çıxır ki, yol polisi istənilən qayda pozuntusu edən sürücünü saxlayıb onu istədiyi məbləğdə cərimələyə bilər. “Görüm-baxım”a yazılan yüngül cərimə Məsələn, yol polisi hansısa bir sürücünü saxlayır və ona bildirir ki, qayda pozuntusu törədib. Sürücü qayda pozuntusuna yol verdiyi üçün sənədlərini təqdim edib cəriməsinin yazılmasını gözləyir. Yol polisi isə sürücüdən cavab gözləyir və deyir: “Yüngül yazım, ağır?” Təbii ki, heçə bir sürücü ağır cəza istəməyəcək və yüngül cəzanın verilməsini xahiş edəcək. Sürücü ki yol polisinə yalvardı, vəssalam. Əlinə girəvə düşən yol polisi o saat özünü Ramiz Zeynalovun yerində hiss edir və başlayır naz eləməyə ki, sürücü bir “görüm-baxım” eləsin. Əgər eləsə, ona yüngül cərimə yazılacaq, yoxsa ağır cəza. Əgər sürücü yol polisinə 20 manat versə, onun sürücülük vəsiqəsi də qaytalıracaq, cərimə də yazılmayacaq. Vay o günə ki, sürücü də bir az hüququnu bilən ola və hüququnu tələb edə. O saat yol po lisi qanunu qoyur qarşısına, başlayır ən ağır cəzanı yazmağa. Yəni, cərimə 15 manatdan 25 manata qədərdirsə, yol polisi də 25 manatlıq cərimə yazacaq və sürücülük vəsiqəsini yol polis şöbəsinə göndərəcək. Sürücülər demişkən, şöbəyə də Allah heç düşməni də göndərməsin. Şöbəyə gedirsən, talonun vaxtını dəyişib bir pul alırlar, sonra gəlirmsən, sürücülük vəsiqəsini axtarana hörmət elə, cəriməni alana hörmət elə və sair və ilaxır. Adı da olur ki, kişilər düz işlədilər, qanunla cəriməni aldılar. Heç soruşan yoxdur ki, ay cənab yol polisi, sən cəriməni ən yüksək həddlə niyə yazmısan və bu məbləği harda qeyd etmisən. Kimdi ki soruşan, axı başda Ramiz Zeynalov dayanıb və bu səlahiyyəti də polis çavuşlarına o özü verib. Hansısa bir yol polisinin çavuşu genaralın icazəsi olmadan hansısa bir addım ata bilərmi? Əlbəttə ki, yox. Ona görə də yol polisi sürücünü 25 manatlıq cərimə eləsə də, sonda şöbədəki qeydiyyatda bunu 15 manatdan qeyd edir və qalanı cibə gedir. 1000 manatın varsa sürücülük vəsiqəsi al, gəl Yol polisində cəmiyyətə bəlli olan daha bir rüşvət yığımı vətəndaşlara sürücülərin verilməsi prosesidir. Burada sürücülük vəsiqəsi verilmir, satılır. Bu artıq ictimaiyyət arasında sanki “atalar sözü”nə çevrilib. Sürücülər deyirlər ki, “min manatın varsa, get sürücülük vəsiqəsi al gəl”. Düzdü, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi bu faktı inkar edir və sürücülük vəsiqəsinin dövlət qiymətinin 44 manat oluduğunu iddia eləyir. Əslində bu iddia düzdür və sürücülük vəsiqəsinin dövlət rüsumu 44 manata yaxındır. Amma vəsiqənin alınması prosesində bu məbləğ qapıçıya edilən “hörmətdən” başqa heç nəyə yaramır. Bütün sürücülərə bəllidir ki, sürücülük vəsiqəsi almaq üçün imtahandan keçməyə görə aidiyyəti imtahan-qeydiyyat bölməsinə sürücülük vəsiqəsinin pulu ödənilməlidir. Bu pul isə 44 manat deyil, 900-1000 manatdır. Yəni, hansısa bir şəxs tərəfindən tapşırılırsansa, onda sənə 100 manat “hörmət edirlər və sürücülük vəsiqəsinə görə 900 manat, ən yaxşı halda isə 800 manat ödəməlisən. İmtahan-qeydiyyat bölməsinin “bazarkom”u Əgər adamın yoxdusa, yol polisləri demişkən “haqq-hesabı” tam ödəməlisən. Yəni, 1000 manat. Sürücülər ona görə də sürücülük vəsiqəsi almaq üçün imtahan-qeydiyyat bölməsini “prava bazarı” adlandırır. Bu “bazara” gedən sürücü birinci “Bazarkom”u(imtahan-qeydiyyat bölməsinin rəisini) görməli, sonra imtahana daxil olmalıdır. Əks halda həmin sürücünün “2”(qeyri-kafi) alıb geri qayıtmasına heç kimin şübhəsi yoxdur. “Bazarkom”u görəndən sonra imtahana daxil olan sürücü isə elə qapının ağzından geri qayıda və sürücülük vəsiqəsinin hazır olduğuna əmin ola bilər. Korrupsiya ilə bağlı kollegiya iclası keçirilmədi Ümumiyyətlə, bu sistemdə korrupsiyanını kök atması artıq bütün ölkə ictimaiyyətinə bəllidir. Bu korrupsiyanı yaradan şəxsin də kimliyi bəllidir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, cənab general Ramiz Zeynalovun isə bu prosesə son qoyması inandırıcı deyil. Çünki, artıq neçə dəfələrlə bu sahədə korrupsiyanın yığışdırılması ilə bağlı təpkilər olsa da, general Ramiz Zeynalov hansısa bir tədbir görməyib. Ötən ay Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının iclasından sonra ölkənin bütün nazir lik, komitə, idarə və təşkilatlarında korrupsiyanın qarşısının alınması ilə bağlı ayrıca tədbirlər keçirilməsinə baxmayaraq, Baş Dövlət Yol Polisi İdarəsində nə kollegiya iclası keçiril di, nə də bir tədbir. Elə yenə əvvəlki kimi korrupsiya faktları inkar olunur, rüşvətsə tüğyan edir. Yol polisləri yollarda sürücüləri cərimələməkdə, vətəndaşları incitməkdə, avtomobilləri qanunsuz təqib etməkdə davam edir. Çünki, arxayındılar ki, hansısa bir fakt və hadisə aşkar edilərsə, Baş Dövlət Yol Polisi İdarəsi onları istənilən kimi müdafiə edəcək və ictimaiyyətə, kasıb və imkansız əhaliyə yalan məlumatlar yırıyıb işçsini müdafiə edəcək. İdarənin son günlər korrupsiyanın qarşısını aldmaq üçün hər hansıçsa bir addım atmaması yol polislərini daha da arxayın edir ki, general yenə hər şeyi həll edəcək. Amma deyəsən, cənab general çox getməyəcək bu dəfə. Bu dəfə məsələyə dövlət səviyyəsində müdaxilə olunsa, başqa nəticə verəcək və bu heç də cənab generala ucuz başa gəlməyəcək. Necə ki, son günlər yüksək rütbəli özünə güvənib millətə sitəm eləyən bir neçə məmurun taleyi məlum oldu, yəqin ki, Ramiz Rzayevi də azından belə tale gözləyir. Hər halda yenə gözləyək . "Olaylar"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Bu gün, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
|