Vətəndaşların əmək hüquqlarının pozulması hələ də cəmiyyətimizin ən aktual problemlərindən biri olaraq qalır. Hər ay üzvlük haqqı yığan həmkarlar ittifaqlarından heç bir kömək görməyən vətəndaşlar məhkəməyə üz tutmağa məcbur olurlar.
Azərbaycan hakimləri isə qayda üzrə çox vaxt zərəçəkənlərin tərəfində olmur. Bu haradasa başa düşüləndir. Sadə vətəndaşdan nə almaq olar?
Belə bir problemlə bağlı “Rusiyanın dəniz registri Azərbaycanda” MMC-nin keçmiş iqtisadçısı Tamara Şıxsəidova qafqaznews.org-a müraciət edib: “ 2012-ci ilin noyabrında “Rusiyanın dəniz registri Azərbaycanda” MMC ilə əmək müqaviləsi bağladım. Mən bu şirkətdə çalışan və analıq məzuniyyətində olan rəfiqəmi əvəz elədim. Rəqfiqəmin öz məzuniyyətini uzatması ilə bağlı ərizəsinə görə mənim əmək müqaviləm dəfələrlə uzadıldı. Rəfiqəmin 21 may 2013-cü il tarixli ərizəsinə əsasən onun dekret məzuniyyəti 2014 – cü ilin iyununa qədər uzadıldı. Bununla əlaqədər
MMC ilə aramızdakı əmək müqaviləsi 2014-cü ilin iyun ayınadək uzadılmalı olduğu halda 2013-cü ilin sonunadək uzadıldı. Bununla bağlı şirkətin kadrlar şöbəsinə müraciət elədim.
Mənə bildirdilər ki, bu formal məsələdir, müqavilə 2014-cü ilə qədər uzadılacaq.
Kadrlar şöbəsinin rəisi Natalya Xvorostova mənə izah elədi ki, bütün müddətli müqavilələr belə tənzimlənir”.
Keçmiş iqtisadçının sözlərinə görə, şirkətdə çalışdığı müddətdə hamilə olub: “ Əmək müqaviləm dayandırılanda mən artıq 5 aylıq hamilə idim. 2013-cü ilin dekabrında hamilə olduğum vaxt mən xəstələndim. 26 dekabrda isə xəstəliyimlə bağlı həkimdən bülüten götürərək evdə qalmağa məcbur oldum. Buna görə şirkət mənim əmək haqqımı ödədi.
27 dekabrda mən xəstəliyimlə bağlı işə çıxa bilməyəndə Natalya Xvorostova mənim evimə gələrək tələb elədi ki, geri tarixlə işdən çıxmağımla bağlı əmrə qol çəkim. Mən onun tələbini yerinə yetirməyə məcbur oldum. Əmək qanunvericiliyinə görə əmək müqaviləsi dayandırılanda işçi öz iş yerində olmalıdır. Ancaq mən xəstə olduğum üçün həkimin icazəsi ilə evdə idim və mənim həkim bülletenimin müddəti 8 yanvar 2014-cü ildə bitirdi, hansı ki, bunun üçün şirkət pul ödəmişdi.
Əgər mənim əmək müqaviləm 30 dekabr 2013-cü ildə bitibsə şirkət mənə necə pul ödəyib? Mən hesab edirəm ki, şirkət mənimlə müqaviləni qanunsuz pozub”.
Baş verənlərdən sonra Şıxsəidova iddia ilə Nəsimi rayon məhkəməsinə müraciət edib: “ Öz iddiamda mən “Rusiyanın Azərbaycanda dəniz registri” MMC rəhbərlinin mənim şirkətlə bağladığım əmək müqaviləsinə son qoyulması haqqında 30 dekabr 2013 tarixli əmrinin ləğv edilməsini, mənim “Rusiyanın Azərbaycanda dəniz registri” MMC-də iqtisadçı vəzifəsində bərpa edilməsini, mənə 2013 – cü ilin 26 dekabrından 2014 – cü ilin martına qədər
müvəqqəti olaraq əmək qabiliyyətimi itirməyimlə bağlı müavinətin verilməsini, 2013 – cü ilin dekabrın 26 – dan etibarən mənim tibbi sığorta hüquqlarımın cavabdehin hesabına təmin edilməsini, mənə 126 ödənişli təqvim günü dövründə ödənişli məzuniyyətin verilməsini (bura hamiləlik və hamiləlikdən sonrakı dövründə) və ödənişli məzuniyyət dövrü üçün mənim maaşımın, 2013 – cü ilin dekabrın 26 – dan etibarən on üçüncü maaşın, pul mükafatlarının, əlavələri cavabdehdən onun əsasnaməsi əsasıda alınmasını tələb etdim».
Şıxsəidovanın iddiasına 27 iyun 2014-cü il tarixdə hakim Şahin Abdullayev baxaraq iddianı təmin etməyib. Və zərərçəkən apellyasiya şikayəti verib.
23 noyabr 2014-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsi hakim Mehdi Əsədovun sədrliyi ilə şikayətə baxıb və Nəsimi rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.
26 dekabr 2014-cü il tarixdə isə Akif İsgəndərovun sədrliyi ilə Ali Məhkəmənin kollegiyası zərəçəkənin şikayətinə baxsa da Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Şirkətin hüquqşünası Larisa Yahyazadə – Xvorostova Tamara Şıxsəidovanın dedikləri ilə razı deyil.