Ermənistanın siyasi dəsti-xətti sülh sənədinin imzalanmasına icazə vermir .....                     Separatçını ”əsir” gözündə görən 52 avropalı... .....                     "ABŞ-də oturub belə bir bəyanat vermək bir az suallar doğurur" .....                     “Rufo Gəncinski” Rusiyaya qayıtdı .....                     Texnologiya Universitetinin rektoru kollektivə təqdim edilib .....                     İranın keçmiş nazirinin BAŞI QAÇIB .....                     Paşinyan indi "Tehranın dili" ilə danışır .....                     Qarabağdan köçən ermənilərə sürətli şəkildə vətəndaşlıq veriləcək .....                     ABŞ və Səudiyyə Ərəbistanı İsraili “offsayd”a salırlar .....                     London-Ankara münasibətlərində nələr yaşanır? .....                     Bu məhsulu xaricə 36 dollara satıb, 76 dollara geri alırıq .....                     Mesaj Ermənistandan gəldi .....                     İran təkzib etdi: .....                     SOCAR-da yeni təyinat .....                     "Azərbaycana qarşı böhtan kampaniyası aparanlar unutmasınlar ki..." .....                     Rusiya Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmir .....                     Əliyevin təklif etdiyi format daha səmərəlidir .....                     İsrafil Məmmədov yeni vəzifəyə seçildi .....                     Polis paytaxtda 30 min manat dəyərində qapı və kondisionerləri oğurlayan şəxsi saxlayıb .....                     Flora Kərimovanın .....                     Onlar Ermənistanın COP29-da iştirakına qarşı çıxdılar .....                     "Ermənistan hakimiyyətinin nümayəndələri Vardanyanın həbsinə görə .....                     "Veysəloğlu" Qarabağ müharibəsində iştirak edən əməkdaşlarına qayğı göstərməyə davam edir .....                     Deputata məxsus olduğu deyilən şirkət 5,6 milyon manatlıq tender uddu .....                     Vüqarı 125 min manat ziyana salan evin aqibəti necə oldu? .....                     “Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib .....                     Dövlətə məxsus torpaqlarda tikinti aparılmasına görə "icazə verən" FHN-in sabiq şöbə rəisinə .....                     Azərbaycan müdafiə naziri Slovakiyada hərbi institutu ziyarət edib .....                     "Təəssüf ki, mənim qohumlarımın çoxu..." .....                     Salyanda FACİƏ: Körpə bala özünü yelləncəyin ipindən asdı... .....                     Ermənistan "konyak"ı "erməni brendisi" ilə əvəz edir .....                     Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” .....                     Unun qiyməti kəskin bahalaşdı .....                     Dadaş Şükürov barəsində səslənən ittihamları təkzib edir .....                     ATU Cərrahiyyə klinikası acınacaqlı vəziyyətdə .....                     “Müəlliməyə bildirdi ki, oğlun şəhid deyil, veterandır, gedib işləsin” .....                     “Sandu Moldovanın prezidenti seçilməyib” .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib .....                     Gəncədə yolların təmirinə 10 milyon ayrıldı .....                     Azərbaycanda bəzi uşaq evlərində nöqsanlar aşkarlanıb, .....                 

Məşhur YAP-çı: ”Siraqəddin Cabbarovdan məni qoruyun” - QALMAQAL
Tarix: 2-09-2019, 09:43 | Çap et
Məşhur YAP-çı: ”Siraqəddin Cabbarovdan məni qoruyun”
Siraqəddin Cabbarov adı Aran zonasında kifayət qədər məşhurdur. Onunla tanışlıq üçün internet resurslarında qısa ekskursiya kifayətdir.

Cabbarovun adı adam döydürmək, qəbuldan qovmaq, büdcə vəsaitini mənimsəmək, müxalifətçinin toyunu pozmaq və s. hadisələrə qədər hallanıb.

Bütün bu informasiyalar onun Saatlının icra başçısı olduğu dövrdə yayılıb. Rayon əhalisi S.Cabbarovdan kütləvi şəkildə narazı idi və onun bu rayondan göndərilməsi əsl toy-bayram olmuşdu.

Hərçənd, sakinlərin arzusu ürəyində qaldı, çünki yerinə Sabirabaddakı həmkarı, əməllərində ondan çox da geri qalmayan Nazim İsmayılov gətirildi.

S.Cabbarovun isə Saatlıya İH başçısı təyin olunması çoxlu suallar doğurdu. Güman olunurdu ki, eyni əməlləri Sabirabadda təkrarlamayacaq. Lakin gələn məlumatlar, müraciətlər belə demir.

Bu müraciətlərdən birinin müəllifi Sabirabadın məşhur YAP üzvü, rayonun fəallarından, ağsaqqallarından hesab olunan Abuzər Əhədovdur. O, Sabirabadın Şəhriyar kənd sakinidir.

A.Əhədov Reportyor.info-ya video müsahibəsində rayondakı vəziyyətdən, S.Cabbarovun fəaliyyətindən danışıb. Onunla söhbətimizi təqdim edirik:


– Abuzər müəllim, özünüzü təqdim edin…

– Mən uzun müddət müxtəlif vəzifələrdə işləmişəm. Quşçuluq stansiyasının müdiri postundan poçt direktoruna qədər vəzifələr tutmuşam. Bu günə kimi də vicdanla xidmət eləmişəm və dövlətimə bağlı olmuşam. Ulu öndərimiz Heydər Əliyevin əsgəri olmuşam, Bəylər Əyyubovun mühafizə xidmətində fəaliyyət göstərmişəm.

Heydər Əliyevin gəlişində bizim əməyimiz olub, onu qaragüruh, təxribatçı qüvvələrdən qorumuşuq.

Və indiyə qədər tutduğum vəzifələrdə bir qəpik də dövlətin malında gözüm olmayıb, qapımda velosipedim belə yoxdur.

Amma bu gün bir çox məmurlar var ki, dövlətdən talan elədikləri pulla varlanıblar, mal-mülk, biznes sahibi olublar. Onlar imkan vermir ki, əhali rahat yaşasın. Belələri bizim rayonda da var.

– Kimləri nəzərdə tutursunuz?

– Biri elə başımıza bəla gələn Sabirabadın təzə icra başçısı Siraqəddin Cabbarovdur. Gələn gündən əhaliyə qənim kəsilib, adamları döyməyə, təhqir etməyə başlayıb. Saatlıdakı işini davam etdirir.

Onun I müavini Həsən Həsənov da əsas köməkçisidir. Həsən Həsənov Siraqəddin Cabbarova məni səhv təqdim edib.

Guya qorxaq adamam, pis adamam. Biz kənd sakinləri ilə 15 nəfər onun qəbuluna gedəndə başçə çatar-çatmaz məni vurdu.

Bu ağsaqqal yaşımda məmurdan zərə gördüm və mənə əl qaldırmağa xəcalət çəkmədi. Çünki Saatlıda adam döymək onun üçün adi hal idi, Sabirabadda da onlarla adamı vurub.

Siz təsəvvür edin ki, mən güc-bəla canımı qurtardım, camaatın içində gizləndim. Həsən Həsənov ona nə məruzə eləmişdisə, artıq hazır vəziyyətdə bizi qarşıladı. Onun borcu vətəndaşları dinləmək, problemini həll eləməkdir. Biz ona sözümüzü deyə bilmədik.

O hadisədən bəri Cabbarovun əlindən doğma Sabirabadımda yaşaya bilmirəm. Gah bir içki düşkününə pul verdi ki, məni vursun. O adam da pulu götürüb aradan çıxıb, camaat içində deyib ki, ağsaqqala əl uzatmaram. Sonra maşınla sui-qəsd eləməyə cəhd göstərdi, polisə müqavimətlə tutdurmaq istədi.

Bütün bunlar alınmayanda məhkəməyə əl atmağa hazırlaşır. Siraqəddin Cabbarovun məqsədi nədir, bilmirəm, mənə “gün verir, işıq vermir”.

Görünür ki, rayonda həqiqəti deyə adam olmasını istəmir, hamını gözüqıpıqlı eləmək fikrindədir. Bu da alınmaz.

– Bəs, onun gəlişi Sabirabadda yaxşı mənada nəyi dəyişib, hansı işlər görülür?

– “Yaxşı” mənada o dəyişib ki, gələndən pul yığmaqla məşğuldur. Sabirabad üçün heç bir iş görməyib. Direktorlardan pul yığdırır. Hər gün maşın dəyişir, amma gözü doymur.

Mən də vəzifələrdə olmuşam, amma qapımda bir maşınım yoxdur. Ancaq bu adamların sərvəti misilsizdir.

Onun I müavini Həsən Həsənovun Binəqədidə, Badamdarda, aeroport yolunda evləri var, rayondakıları hələ demirəm. Bu adamın rayonda adı “Qəmlo”dur. Cabbarov da “kərbəlayı İsmayıl” kimi özünü aparır.

Bu məmurlar hesabat verməlidirlər ki, hansı pulla mal-mülk qazanmısan. Qoymaram ki, dövlətin pulunu yeyib xalqı aldadasınız.

Mənə deyir ki, nədən narazısan, oğlun “Dost” mərkəzdə işləyir, özün pensiya alırsan. Bunu deməyin özü ayıbdır.

Bəs sənin sərvətlərin haradandır? Bax, bunları deməyim onların xoşuna gəlmir. Mən özümü təhlükədə hiss edirəm.

Dövlətdən istəyim odur ki, Heydər Əliyevçi, YAP-a sədaqətli, dövlətə sadiq bir ziyalı kimi mənə sahib çıxsınlar. Bu gedişlə icra başçısı məni hansısa yolla öldürməyə qalxacaq.

Mənə sahib çıxın, fəryadımı eşidin! Saatlıda bu cür əməlləri çox olub, indi Sabirabada keçib. Bu məmuru durdurmaq lazımdır.

– Onun Saatlıda konkret əməlini açıqlaya bilərsiniz?


Saatlıda işlədiyi dövrdə 20 nəfər tutdurmuşdu. Kim ondan şikayətçidirsə, kim haqqını tələb edirsə, kim qəbuluna gəlib sözü üzünə deyirsə, onun düşməni idi.

Gah vətəndaşa sutkalıq həbs verdirirdi, gah qoçuları vasitəsi ilə hədələyirdi. Bilmək olmur ki, prezidentin səlahiyyətli nümayəndəsidir yoxsa qolçomaqdır.

Cənab İlham Əliyev ona rayonu tapşırıb ki, işləsin, xalqı dinləsin, şikayətçini eşitsin. Bu isə qapıdan qovur, tutdurur. Saatlıda dostumuz Abbasəli Həsənovun axırına çıxdı.

Onun obyektini buldozerə verib şumladı. İnsandır da, min əziyyətlə tikib qurmuşdu, çörək yeri idi, sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Bir işi qurmaq indiki zəmanədə nə qədər ağırdır.

Amma Cabbarov obyektini yerlə-yeksan elədi. O bədbəxt də stress keçirdi, yolda başı yerə dəydi, qəfildən öldü. İnsanları bax belə-belə məhv edirlər. İndi də Sabirabada “qan uddurmağa” gəlib.

Bütün pullar onun kimi məmurlardadır, camaat isə dolanışığa pul tapmır. Prezident bu millətdən ötəri canını qoyub, bu məmurlar isə onun əleyhinə gedirlər.

Siraqəddin Cabbarov normal adam deyil, insanlarla kobuddur, qəbuluna gələni hədələyir, döyür.

Cənab prezident, sənə qurban olum, Heydər Əliyevin goruna qurban olum, mənə kömək eləyin, bu adamdan xilas eləyin, dövlətimə fəryad edirəm.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın siyasi dəsti-xətti sülh sənədinin imzalanmasına icazə vermir - FAKT BUDUR!
Bu gün, 19:00
Separatçını ”əsir” gözündə görən 52 avropalı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 18:58
"ABŞ-də oturub belə bir bəyanat vermək bir az suallar doğurur" - deputatdan REAKSİYA
Bu gün, 18:14
“Rufo Gəncinski” Rusiyaya qayıtdı – Azərbaycanlı “qanuni oğru”lar arasında YENİ MÜHARİBƏ
Bu gün, 18:12
Texnologiya Universitetinin rektoru kollektivə təqdim edilib - FOTO
Bu gün, 18:10
İranın keçmiş nazirinin BAŞI QAÇIB -“Azərbaycanın qaz kəmərini raketlə vuraq”
Bu gün, 18:08
Paşinyan indi "Tehranın dili" ilə danışır - İNCƏLƏMƏ
Bu gün, 18:07
Qarabağdan köçən ermənilərə sürətli şəkildə vətəndaşlıq veriləcək - Ermənistan DİN
Bu gün, 17:51
ABŞ və Səudiyyə Ərəbistanı İsraili “offsayd”a salırlar - “Axios”
Bu gün, 17:49
London-Ankara münasibətlərində nələr yaşanır? - GƏLİŞMƏ
Bu gün, 17:48
Bu məhsulu xaricə 36 dollara satıb, 76 dollara geri alırıq – İqtisadçıdan maraqlı açıqlama
Bu gün, 17:42
Mesaj Ermənistandan gəldi - Növbədə Zəngəzurdur
Bu gün, 17:41
İran təkzib etdi: - Şahmərd edam edilməyib!
Bu gün, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
Bu gün, 17:37
"Azərbaycana qarşı böhtan kampaniyası aparanlar unutmasınlar ki..." - deputat
Bu gün, 17:34
Rusiya Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmir - Lavrov
Bu gün, 17:26
Əliyevin təklif etdiyi format daha səmərəlidir - Erməni nazir
Bu gün, 17:23
İsrafil Məmmədov yeni vəzifəyə seçildi - FOTO
Bu gün, 17:21
Polis paytaxtda 30 min manat dəyərində qapı və kondisionerləri oğurlayan şəxsi saxlayıb - VİDEO
Bu gün, 17:18
Flora Kərimovanın səhhəti pisləşdi
Bu gün, 17:14
Onlar Ermənistanın COP29-da iştirakına qarşı çıxdılar
Bu gün, 17:12
"Ermənistan hakimiyyətinin nümayəndələri Vardanyanın həbsinə görə Azərbaycana təşəkkür etməlidir"
Bu gün, 17:09
"Veysəloğlu" Qarabağ müharibəsində iştirak edən əməkdaşlarına qayğı göstərməyə davam edir - FOTO
Bu gün, 17:01
Deputata məxsus olduğu deyilən şirkət 5,6 milyon manatlıq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 16:58
Vüqarı 125 min manat ziyana salan evin aqibəti necə oldu?
Bu gün, 16:45
“Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib
Bu gün, 16:40
Dövlətə məxsus torpaqlarda tikinti aparılmasına görə "icazə verən" FHN-in sabiq şöbə rəisinə HÖKM OXUNUB
Bu gün, 16:36
Azərbaycan müdafiə naziri Slovakiyada hərbi institutu ziyarət edib
Bu gün, 16:30
"Təəssüf ki, mənim qohumlarımın çoxu..." - Məleykə Abbaszadədən "xalası oğlu" ilə bağlı AÇIQLAMA
Bu gün, 16:26
Salyanda FACİƏ: Körpə bala özünü yelləncəyin ipindən asdı... - AXI NİYƏ?..
Bu gün, 16:23
Ermənistan "konyak"ı "erməni brendisi" ilə əvəz edir - KİV
Bu gün, 16:22
Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” - “MTN çətəsi”nin “yeriyən pulqabısı”ndan yeni xəbər
Bu gün, 16:19
Unun qiyməti kəskin bahalaşdı - QİYMƏTLƏR
Bu gün, 16:14
Dadaş Şükürov barəsində səslənən ittihamları təkzib edir - AÇIQLAMA
Bu gün, 16:11
ATU Cərrahiyyə klinikası acınacaqlı vəziyyətdə - Səbəblər, qara əl, xəstə azlığı...
Bu gün, 16:06
“Müəlliməyə bildirdi ki, oğlun şəhid deyil, veterandır, gedib işləsin” – İNCƏSƏNƏT MƏKTƏBİNİN KOLLEKTİVİ MÜDİRDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 16:03
“Sandu Moldovanın prezidenti seçilməyib” - Kreml
Bu gün, 15:57
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib - QƏRAR
Bu gün, 15:55
Gəncədə yolların təmirinə 10 milyon ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 15:52
Azərbaycanda bəzi uşaq evlərində nöqsanlar aşkarlanıb, 41 nəfər cəzalandırılıb
Bu gün, 15:49
Etibarnamə ilə bağlı yeni qayda: - Bu məsələ çoxdan gündəmdə idi
Bu gün, 15:47
“Tramp həm ABŞ üçün, həm də bütün dünya üçün ciddi təhdiddir” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:45
Səhiyyə nazirinin 8 milyonluq tenderi əlindən çıxdı - DETALLAR
Bu gün, 15:42
Son 10 ildə BP-də işləyən azərbaycanlıların sayı 464 nəfər azalıb - SİYAHI
Bu gün, 15:38
Məktəblərdə payız tətilindən sonra ilk dərs gününün vaxtı açıqlanıb
Bu gün, 15:36
Gürcüstanda müxalifət liderləri prokurorluğa çağırılır
Bu gün, 15:13
Kələntərov həbsdə qaldı - GƏLİŞMƏ
Bu gün, 15:11
“Padişah xalı” görün müştəriləri necə aldadır - AXI NİYƏ?..
Bu gün, 15:05
Bakı və Ankaranın dostu təhlükədə: - Hədəfdə odur, çevriliş planlanır
Bu gün, 15:01
“Ərim sağdır, mənə zəng etmişdi” - İki il öncə öldürülən Anarın xanımı
Bu gün, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru