Yardımlıda ŞOK MƏNZƏRƏ - FOTOFAKT
Tarix: 28-08-2019, 10:47 |
Çap et
Azərbaycanın cənubunda, sərhədə çatmamış, Yardımlı rayonunun Deman ərazisində mobil telefonlara “İrana xoş gəlmisiniz!” sözləri yazılan bildiriş gəlir.
Bundan sonra isə Azərbaycanın İrandakı səfirlik və konsulluqlarının ünvanları təqdim edilir.
Bu barədə Cebhe.info-ya sakinlər məlumat verib və foto təqdim ediblər. Foto müəllifi bildiirb ki, İran ərazisinə daxil olmayan abonentlərə eyni məzmunlu mesajlar gəlir.
Növbəti problemlə isə İran İslam Respublikasına gedən Azərbaycan vətəndaşları yenidən ölkə ərazisinə qayıdarkən rastlaşır. İran sərhədindən çıxıb xeyli bir məsafədə qət edərək
Azərbaycan ərazisində Biləsuvar rayonunun içərilərinə doğru hərəkət etmələrinə baxmayaraq, rominqindən çıxmaq mümkün olmur.
Ümid edirik ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məsələ ilə bağlı sorğumuzu cavablandıracaq.