"İnstapower" işində YENİ DETALLAR .....                     Tehran, ABŞ və İsrailin birgə "raket şousu" .....                     Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır .....                     AMEA prezidentinə yeni müşavirlər təyin olunub .....                     Bayden Paşinyanı niyə dəstəkləyir? .....                     Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... .....                     İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb .....                     Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır .....                     “Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi .....                     Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı .....                     Daha bir fintex “lisenziya üçün sırada” dayanıb .....                     “Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını .....                     Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub .....                     “Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” .....                     Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI .....                     Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb .....                     İranlı nazirdən hədə: .....                     YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış .....                     Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... .....                     Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... .....                     Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi .....                     Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb .....                     Paşinyan yolu açdı .....                     ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib .....                     Nüvə silahına MARAQ ARTACAQ... .....                     Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? .....                     AŞ PA-nın Bakıya qarşı “taran” qərarı .....                     Saxta qızıl XAOSU .....                     Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı .....                     Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? .....                     TƏBİB-ə göz verir... TENDER VERMİR... .....                     Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu .....                     Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı .....                     Prezident İlham Əliyev real olmayanı deməz... .....                     “AzerGold”da yeni təyinat olub .....                     `Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... .....                     "Nəbadə yolunuzu burdan salasınız..." .....                     “Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb .....                     Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb .....                     Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” .....                 

"Turizmdən pul qazanmaq istəyənlər bilməlidirlər ki..." - Şəkidən ŞİKAYƏT
Tarix: 7-04-2017, 10:02 | Çap et
"Turizmdən pul qazanmaq istəyənlər bilməlidirlər ki..."
"Şəkidəki keçmiş "Sənətkarlar evi"ni də əlimizdən aldılar. Sənətkarların əksəriyyəti mənim kimi orda-burda öz hesabına dükan açıb işləyirlər"

Əvvəllər "gəlin sandıqsız olmaz" deyirdilər. Müasir dövrümüzdə tələbatın az olmasına baxmayaraq, hələ də sandıq düzəldən ustalar var. Sputnik Azərbaycan-ın həmsöhbəti Şəkinin məşhur sandıqçısı Sadəddin Xasıyevdir.
Sandıqçı Sadəddin Xasıyev Şəkililər arasında Sədi dayı kimi tanınan sənətkar, uzun müddətdir ki, bu işlə məşğuldur. Ona bu sənətin atasından miras qaldığını deyən Sadəddin dayı, əhali arasında sandıqçılığa marağın tamamilə öldüyünü bildirir. "Mənim atam bu işlə 1920-ci ildən məşğul olub. Atama sandıqçı Hüseyn deyərdilər. Mən ilk sandığımı dördüncü sinifdə oxuyanda düzəltmişdim. İnstitutu bitirdikdən sonra bir müddət mühəndis işləyib, sonra pensiyaya çıxdım. Pensiyamın azlığı ucbatından məcbur olub dədə-baba sənətini davam etdirdim. Düzdür, bu, gəlir gətirən bir sənət deyil. Ancaq ata yadigarı olan bu sənətə xüsusi marağım və sevgim var. İki oğluma da bu sənəti öyrətmişəm. Ancaq qiymət verən yoxdur" — deyir Sədi dayı. Müştəri azlığından gileylənən sənətkarın sözlərinə görə, əvvəllər sandıqları şəkililər alardı, indi heç onlar da almırlar. Əl əməyi ilə ərsəyə gətirdiyi bu qiymətli sənət incilərinə daha çox xarici ölkələrdən Şəkiyə təşrif buyuran turistlər dəyər verirlər. Sadəddin Xasıyev deyir ki, ancaq xaricilər sandıqçalarla maraqlanır və bir-iki dənə mücrü alırlar. Sandıq düzəltməyin çətin və səbr tələb edən bir sənət olduğunu vurğulayan Sədi dayı, bir sandığı düzəltməyə xeyli vaxt sərf etdiyini qeyd edir: "Balaca bir mücrünü hazırlamaq yeddi günə başa gəlir. Elə sandıq da var ki, üç aya hazırlanır. Sandıqları əvvəlcə taxtadan hazırlayır, sonra isə üstünü dəmirləyirəm. Daha sonra isə üstünə rəng vururam, xüsusi mismarla üzərini bəzəyir və ya hansısa söz yazıram". Həmsöhbətimiz sandıqçaların və onların üzərinə vurduğu naxışların öz təxəyyülünün məhsulu olduğunu diqqətə çatdırır: "Sandığın bir çox növlərini mən yaratmışam. Məsələn ovalvari, dördkünc və digərləri. "Çekanka" (metal üzərində döymə) sandıqlar da mənim icadımdır. Oval sandığa "çəlləkvari sandıq" da deyirlər. Keçmişdə bu cür sandıqlar olmayıb. Ancaq düzbucaqlı sandıqlar olub. Bu sandıq formalarını və üzərinə vurulan naxışları ikinci bir yerdə görə bilməzsiz. Bunları Şəkiyə mən gətirmişəm". Sədi dayı sandıqlara daha çox almanların maraq göstərdiklərini deyir: "Sandıqları yerli camaat demək olar ki, almır. Almanlar isə maraqlanır və alırlar". Sandıqların qiymətinə gəlincə: "Qiymətlər 20-500 manat arasında dəyişir. 2006-cı ildən bu günə qədər cəmi 3 ədəd bahalı sandıq satmışam. İndi sandığı ancaq turistlər alır, ümidimizi onlara bağlamışıq. İstəyərdim ki, qədim sənət növləri yaşasın. Bu sənətlərin yaşamasına şərait yaratsınlar, tariximizi, keçmişimizi öldürməsinlər". "Şəkidəki keçmiş "Sənətkarlar evi"ni də əlimizdən aldılar. Sənətkarların əksəriyyəti mənim kimi orda-burda öz hesabına dükan açıb işləyirlər. Mən özüm gördüyünüz bu balaca dükanı almışam. Elə vaxt olur ki, 6 ay bir qəpik də qazancım olmur. 174 manat "pensiya" alıram. Mən bu təqaüdlə işıq, qaz pulu verim, yoxsa ailə saxlayım?!" — deyir sənətkar. O, qeyd edir ki, qədim sənətkarlığa dövlət qayğısı olmalıdır: "Bu qayğı təkcə qədim sənətləri yaşatmaq üçün deyil, həm də Şəkiyə çoxsaylı turistləri cəlb etmək üçün vacibdir. Şəkiyə gələn turistləri buranın qədimliyi, ənənələri qoruyub saxlamağı, nadir sənətkarlığı cəlb edir. Turizmdən pul qazanmaq istəyənlər bilməlidirlər ki, turistlər onların qara qaşına aşiq olub gəlmir. Onları cəlb edən bizim qədimliyimiz, Şəkinin özünəməxsusluğudur. Bu da olmayandan sonra, sənəti və sənətkarı öldürürsənsə, turist bura niyə gəlsin?" "Ona görə də, dövlət qurumları fikirləşməlidir ki, bahalı hotelləri tikməyə vəsait sərf etdikləri kimi, sənətkarlığı da yaşatmağa vəsait sərf etməlidirlər. Sənətkar yaxşı yaşayarsa, sənət də yaşayar, pul da gələr, güzəran da yaxşı olar, dövlət də varlanar" — Sədi dayı çıxış yolu göstərir.

"Turizmdən pul qazanmaq istəyənlər bilməlidirlər ki..."
"Turizmdən pul qazanmaq istəyənlər bilməlidirlər ki..."








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İnstapower" işində YENİ DETALLAR – “76 milyon manat Honkonqa KÖÇÜRÜLÜB”
Bu gün, 12:26
Tehran, ABŞ və İsrailin birgə "raket şousu" - hədəf Türkiyədir
Bu gün, 12:25
Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır - Nüşabə Məmmədovanın ŞOK ƏMƏLİ
Bu gün, 12:21
AMEA prezidentinə yeni müşavirlər təyin olunub - ADLAR
Bu gün, 12:16
Bayden Paşinyanı niyə dəstəkləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:08
Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... - İTTİHAM VAR...
Bu gün, 12:06
İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb - “The New York Times”
Bu gün, 11:59
Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır - "Təcili tədbirlər görülməsə..."
Bu gün, 11:57
“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”
Bu gün, 11:55
Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı
Bu gün, 11:52
Daha bir fintex “lisenziya üçün sırada” dayanıb – Kapitalı kəskin artırıldı
Bu gün, 11:38
“Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını 1 milyon dollar azaldır
Bu gün, 11:36
Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 11:33
“Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” - Müğənnidən qalmaqallı sözlər
Bu gün, 11:30
Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI - FOTO
Bu gün, 11:28
Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb - FOTO
Bu gün, 11:26
İranlı nazirdən hədə: - “Bölgədə müharibə başlasa...”
Bu gün, 11:23
YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış - Biznesi var, universitetdə dərs deyir
Bu gün, 11:18
Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 11:15
Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:10
Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb
Bu gün, 10:50
Paşinyan yolu açdı - Sülhün önündəki yeganə maneə qaldırılır
Bu gün, 10:46
ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib - VİDEO
Bu gün, 10:34
Nüvə silahına MARAQ ARTACAQ... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 10:29
Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? - Baş həkim də həbs olundu
Bu gün, 10:23
AŞ PA-nın Bakıya qarşı “taran” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
Saxta qızıl XAOSU – “Aldığını geri qaytarmaq da mümkün deyil”
Bu gün, 10:12
Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı - MƏHKƏMƏ
Bu gün, 10:04
Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? - GƏLİŞMƏ
Bu gün, 10:00
TƏBİB-ə göz verir... TENDER VERMİR... - SAVAŞ GEDİR?
Bu gün, 09:57
Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu – Dəhliz açılsa...
Bu gün, 09:51
Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı - DETALLAR
Bu gün, 09:49
Prezident İlham Əliyev real olmayanı deməz... - Görünəni odur ki...
Bu gün, 09:46
“AzerGold”da yeni təyinat olub - ƏMR
Bu gün, 09:43
`Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... - "30 manata qane olmur..."
Bu gün, 09:40
"Nəbadə yolunuzu burdan salasınız..." - Müştərisinə tövbələtmə oxutdurdu...
Bu gün, 09:28
“Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 09:12
Ruslar azərbaycanlılarla əlaqə saxlayan bu ermənini tutduqdan sonra Araiklə sərt danışıblar...” - “Hraparak”
Bu gün, 09:11
ABŞ-dən ölkəmizə ŞOK XƏBƏRDARLIQ - "Azərbaycan hazırlaşmalıdır..."
Bu gün, 09:10
"İş yerlərinin attestasiyasının keçirilməsi ilk növbədə..." - Ekspert danışır...
Bu gün, 09:04
"Onlar dilənçi xislətlərini heç vaxt gizlətməyiblər" - deputat
Bu gün, 08:59
"Siz ünvanı hara yazsanız da... onlar istədikləri yerə göndərəcək..." - BU NƏDİ BELƏ?!
Bu gün, 08:56
DTX-nin ifşa etdiyi casusun məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 08:47
“Azər-Türk Bank” yenə də narazılıq yaradır... - "...gərək ancaq öz bankomatına gedəsən"
Bu gün, 08:45
`Azercell` premium müştərilərini də incidir - GİLEY
Bu gün, 08:35
Ermənilərin uydurma filmlərinə cavabımız niyə gecikir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
İrəvanın gözləntisi böyükdür – ABŞ-nin siyasəti dəyişəcəkmi?
Bu gün, 08:14
Şərur sakini ədalətsizliklə ÜZ-ÜZƏ... - VİDEOGİLEY
Bu gün, 08:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru