Tibb sektorunun “mogikanı”: .....                     Ermənistan parlamenti .....                     Flora Kərimova Afətin üzrünü qəbul etmədi: .....                     Nazirlik dörd məktəbdə təmir işləri üçün 1 milyon manat ayırdı .....                     Xalq artistinin açıq-saçıq geyimdə .....                     “Paşinyan Qarabağ ermənilərinə xəyanət etdi” .....                     AZAL “AerCap” şirkətindən 6 yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür .....                     Lavrov Polad Bülbüloğluna Putinin verdiyi ordeni təqdim etdi .....                     Bölgələrdə güclü külək əsəcək .....                     Nəsimi rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb .....                     "Krokus" terrorunda ittiham olunanlar bir-birinin əleyhinə ifadə verir .....                     "İnstapower" işində YENİ DETALLAR .....                     Tehran, ABŞ və İsrailin birgə "raket şousu" .....                     Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır .....                     AMEA prezidentinə yeni müşavirlər təyin olunub .....                     Bayden Paşinyanı niyə dəstəkləyir? .....                     Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... .....                     İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb .....                     Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır .....                     “Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi .....                     Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı .....                     Daha bir fintex “lisenziya üçün sırada” dayanıb .....                     “Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını .....                     Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub .....                     “Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” .....                     Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI .....                     Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb .....                     İranlı nazirdən hədə: .....                     YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış .....                     Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... .....                     Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... .....                     Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi .....                     Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb .....                     Paşinyan yolu açdı .....                     ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib .....                     Nüvə silahına MARAQ ARTACAQ... .....                     Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? .....                     AŞ PA-nın Bakıya qarşı “taran” qərarı .....                     Saxta qızıl XAOSU .....                     Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı .....                 

Paşinyan yolu açdı - Sülhün önündəki yeganə maneə qaldırılır
Tarix: Bu gün, 10:46 | Çap et
Paşinyan yolu açdı
ABŞ-da keçirilən görüşdə xarici işlər nazirləri sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər. Bu istiqamətdə atılacaq bir neçə addım var. Birincisi, indiyə qədər razılaşdırılmış məqamlardır. Burada söhbət çərçivə sazişindən gedir. Sülh sənədində razılaşdırılmış məqamlar paraflanır və bundan sonra danışıqlar yenə davam etdirilir. Digər variant, çərçivə sazişinin imzalanmasıdır. Burada da Ermənistanın Baş naziri Nikol Paşinyan mütləq mənada üzərinə öhdəlik götürüb imza atmalıdır ki, Azərbaycana ərazi iddiası ilə bağlı Ermənistanın ali qanunvericiliyində təsbit olunan bütün məqamlar ləğv olunacaq.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, bunun yolu referendumdan keçməyə də bilər:

“Yəni preambulanı və konstitusiya aktını dəyişdirə bilərlər. Eyni zamanda Ali Sovetin 1989-cu il dekabrın 1-də keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərarı ləğv oluna bilər. Yəni bunlar parlament çoxluğu ilə həll olunacaq məsələlərdir. Ancaq BMT-nin Baş Assambleyasının 79-cu sessiyası öncəsi Ermənistan Konstitusiya Məhkəməsi belə bir məlumat verdi ki, Azərbaycan-Ermənistan arasında sərhədlərin müəyyənləşməsi, delimitasiya və demarkasiya ilə bağlı yaradılmış birgə işçi qrupun qəbul etdiyi reqlament Ermənistanın Konstitusiyasına tam uyğundur.

Düşünürəm ki, bu, əbəs yerə veriləcək məlumat deyildi. Ayrıca, məhz o ərəfədə Konstitusiya məhkəməsinin reqlamentin uyğunluğu haqqında verdiyi məlumat da qətiyyən təsadüfi ola bilməzdi. Dolayısı ilə Ermənistan rəhbərliyi göstərmək istəyirdi ki, əgər reqlament Ermənistan Konstitusiyasına zidd deyilsə və uyğun qəbul olunursa, Azərbaycanla imzalanacaq sülh sənədi də konstitusiyaya uyğun hesab edilə bilər. Yəni bunun yolunu açdılar. Dolayısı ilə sülhə hazır olduqlarını nümayiş etdirdilər. Amma əslində reqlamentin özü belə Ermənistanın indiki mövcud konstitusiyasına ziddir.

Çünki delimitasiya və demarkasiya məsələsində əsas olaraq götürülən prinsip 1991-ci il Almatı bəyannaməsidir. Almatı bəyannaməsi də birmənalı olaraq Qarabağı Azərbaycanın ərazisi kimi göstərir. Bu faktdır. BMT-yə də Azərbaycan məhz keçmiş Dağlıq Qarabağla birgə bütöv olaraq daxil olub. Eyni zamanda bütün dünya dövlətləri BMT-də başda olmaqla Azərbaycanı Qarabağla birgə bütöv bir dövlət olaraq tanıyıblar. Belə olduğu təqdirdə, Ermənistan Konstitusiyası da preambula və konstitusiya aktında göstərilən miatsum ideologiyasını əsas tutaraq konstitusiyanın 1-ci və 11-ci maddəsində təsbit olunursa, necə ola bilər ki, bu reqlament Ermənistan Konstitusiyasına uyğun hesab edilir? Yəni ortada bir ziddiyyət var. Nikol Paşinyan bunu belə əsaslandırır ki, Ermənistan Konstitusiyasında belə bir bənd mövcuddur ki, istənilən dövlətlə imzalanan beynəlxalq müqavilə Ermənistanın qanunvericiliyi ilə müqayisə olunduqda əsas olaraq beynəlxalq müqaviləyə üstünlük verilir. Məhz bu prizmadan yanaşmaqla bu məqamların hətta gələcəkdəki sülh sənədinin də Ermənistan Konstitusiyasına zidd olmayacağını bəyan edirlər. Əslində, bu, bir erməni hiyləsidir. Ona görə ki, konstitusiyada müəyyən dəyişikliklər Nikol Paşinyan hökuməti üçün müəyyən risk amilləri özündə daşıyır. Çünki müxalifət bunu kəskin olaraq hökumətin əleyhinə istifadə etmək istəyəcək. İstəkləri xalqı ayağa qaldırmaq olacaq. Ona görə də 2026-cı il parlament seçkilərinə az itkilərlə getmək üçün Konstitusiyada bu cür fundamental dəyişikliklər olmadan, sülh müqaviləsinin Ermənistan Konstitusiyasına uyğunluğu ilə bağlı qərar verə bilərlər. Konstitusiya Məhkəməsi də hökumətin bilavasitə nəzarətindədir”.

Politoloq bildirib ki, məhz bu reqlament məsələsi müzakirə olunarkən Ermənistanın ədliyyə nazirinin müavini istefa verdi:

“Bunu əsas olaraq göstərdi ki, həm müxalifətdən, həm də hakimiyyət dairələrindən özümə qarşı olan təzyiqlərə görə istefa verirəm. Bu o deməkdir ki, bu cür təzyiqlər mövcuddur. Buna görə də Konstitusiya Məhkəməsinin uyğunluq haqqında istənilən qərarı Azərbaycanı qane edə bilməz. Azərbaycana ərazi iddiası ilə bağlı bəndlər qaldıqca, Ermənistanda hakimiyyət dəyişikliyi olduğu təqdirdə dərhal yenidən həmin sülh məsələsini qaldırıb Konstitusiya Məhkəməsində zidd hesab etməklə sənəti ləğv edəcəklər. Burada artıq hər hansı bir beynəlxalq müqavilənin Konstitusiyadan üstün olduğu müddəası işləməyəcək. Çünki ortada 2009-cu il Sürix protokolu var. İsveçrədə Futbol diplomatiyası kontekstində Ermənistan-Türkiyə arasında ABŞ-ın patronajlığı, eyni zamanda ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə protokol imzalanıb. Çox maraqlıdır ki, bu beynəlxalq protokolu Konstitusiya Məhkəməsinə göndərməklə ləğv elədilər. Nədənsə bu sənəd ləğv olunanda Paşinyanın konstitusiyadakı iddia etdiyi o müddəa işləmədi. Yəni istənilən beynəlxalq müqavilə Ermənistanın ali qanunvericiliyindən üstündür.

Ona görə də bu, Azərbaycanı qane edəcək məsələ deyil. Mütləq mənada konstitusiya dəyişdirilməlidir. Azərbaycan hüquqi təminat alandan sonra bu sənədi imzalaya bilər. Yaxud da ki, indiyə qədər əgər razılaşdırılmış məqamlardan söhbət gedirsə, bunlar paraflanır. Yenidən irəliyə doğru addımlar atmaq üçün danışıqlar davam etdirilir. Konstitusiya dəyişdirilmədiyi təqdirdə, əslində paraflanmış bu məqamlar hüquqi cəhətdən Azərbaycan üçün heç bir öhdəlik yaratmır. Şərtlər ortadadır, yerinə yetiriləcək, başqa yol yoxdur. Çünki bu cür təminat olmadan bu cür sülh müqaviləsi davamlı, uzunmüddətli və perspektivli ola bilməz”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tibb sektorunun “mogikanı”: - Azəri Med ATU-nin tenderini də uddu
Bu gün, 14:00
Ermənistan parlamenti Qarabağdan gedən ermənilərə "yox" dedi
Bu gün, 13:56
Flora Kərimova Afətin üzrünü qəbul etmədi: - "Onu başa salın..."
Bu gün, 13:10
Nazirlik dörd məktəbdə təmir işləri üçün 1 milyon manat ayırdı
Bu gün, 13:06
Xalq artistinin açıq-saçıq geyimdə FOTOSU
Bu gün, 13:02
“Paşinyan Qarabağ ermənilərinə xəyanət etdi”
Bu gün, 12:57
AZAL “AerCap” şirkətindən 6 yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür - DETALLAR
Bu gün, 12:46
Lavrov Polad Bülbüloğluna Putinin verdiyi ordeni təqdim etdi - FOTO
Bu gün, 12:44
Bölgələrdə güclü külək əsəcək - Belə deyirlər...
Bu gün, 12:41
Nəsimi rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Bu gün, 12:35
"Krokus" terrorunda ittiham olunanlar bir-birinin əleyhinə ifadə verir
Bu gün, 12:29
"İnstapower" işində YENİ DETALLAR – “76 milyon manat Honkonqa KÖÇÜRÜLÜB”
Bu gün, 12:26
Tehran, ABŞ və İsrailin birgə "raket şousu" - hədəf Türkiyədir
Bu gün, 12:25
Bakının bu məktəbində fiziki məhdudiyyətli uşaqlar pula satılır - Nüşabə Məmmədovanın ŞOK ƏMƏLİ
Bu gün, 12:21
AMEA prezidentinə yeni müşavirlər təyin olunub - ADLAR
Bu gün, 12:16
Bayden Paşinyanı niyə dəstəkləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:08
Vüqar Zeynalov özünü HAKİMİ-MÜTLƏQ kimi hiss edir... - İTTİHAM VAR...
Bu gün, 12:06
İsrailə endirilən zərbələrdən Pezeşkianın xəbəri olmayıb - “The New York Times”
Bu gün, 11:59
Bakıda qorxunc Ağ Amerika həşəratları yayılır - "Təcili tədbirlər görülməsə..."
Bu gün, 11:57
“Atlant”ın sahibi Prezident İlham Əliyevdən kömək istədi – “Əmlakımın üzərinə həbs qoyulub, hüquqlarım pozulur”
Bu gün, 11:55
Agentlik bu şirkətdən 819 minlik qış geyimləri aldı
Bu gün, 11:52
Daha bir fintex “lisenziya üçün sırada” dayanıb – Kapitalı kəskin artırıldı
Bu gün, 11:38
“Supreme Pharmatech Manufacturing” nizamnamə kapitalını 1 milyon dollar azaldır
Bu gün, 11:36
Həbsdə məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 11:33
“Ailəli ola-ola iş yerində ərinə xəyanət edir” - Müğənnidən qalmaqallı sözlər
Bu gün, 11:30
Kərəm Mustafayevin bacısı oğlu İŞDƏN ÇIXARILDI - FOTO
Bu gün, 11:28
Azərbaycanda qadın 3 uşağını atıb evdən qaçıb - FOTO
Bu gün, 11:26
İranlı nazirdən hədə: - “Bölgədə müharibə başlasa...”
Bu gün, 11:23
YENİ XƏBƏR: Lütvəli Babayev Novosibirskdə yaşayırmış - Biznesi var, universitetdə dərs deyir
Bu gün, 11:18
Ceyhun Cəlilovun fərmayişidir: YENİ İXTİSAR DALĞASI GƏLİR... - Naxçıvanda NƏ BAŞ VERİR?
Bu gün, 11:15
Naxçıvan Sağlamlıq Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ... - BU NƏDİ BELƏ?!
Bu gün, 11:10
Gürcüstanda gözlənilən seçkilər və vizasız Avropa yolunun taleyi - NƏ BAŞ VERİR?
Bu gün, 10:57
Mirzoyan ukraynalı həmkarı ilə müzakirələr aparıb
Bu gün, 10:50
Paşinyan yolu açdı - Sülhün önündəki yeganə maneə qaldırılır
Bu gün, 10:46
ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib - VİDEO
Bu gün, 10:34
Nüvə silahına MARAQ ARTACAQ... - BELƏ HARA GEDİRİK?..
Bu gün, 10:29
Lütvəli Babayevin oğlu ölkədən qaçıbmış? - Baş həkim də həbs olundu
Bu gün, 10:23
AŞ PA-nın Bakıya qarşı “taran” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:19
Saxta qızıl XAOSU – “Aldığını geri qaytarmaq da mümkün deyil”
Bu gün, 10:12
Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı - MƏHKƏMƏ
Bu gün, 10:04
Paşinyan elan etdiyi yolu DÜZ GEDƏ BİLƏCƏKMİ? - GƏLİŞMƏ
Bu gün, 10:00
TƏBİB-ə göz verir... TENDER VERMİR... - SAVAŞ GEDİR?
Bu gün, 09:57
Yaxın Şərqdə can üstündə olan İranın “köhnə sancı”sı yenə tutdu – Dəhliz açılsa...
Bu gün, 09:51
Vaxtilə Azərbaycanda hotel şəbəkəsi quran türkiyəli H.Duru geri döndü, şirkət yaratdı - DETALLAR
Bu gün, 09:49
Prezident İlham Əliyev real olmayanı deməz... - Görünəni odur ki...
Bu gün, 09:46
“AzerGold”da yeni təyinat olub - ƏMR
Bu gün, 09:43
`Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR... - "30 manata qane olmur..."
Bu gün, 09:40
"Nəbadə yolunuzu burdan salasınız..." - Müştərisinə tövbələtmə oxutdurdu...
Bu gün, 09:28
“Xalq Sığorta”nın biznes itkiləri 1 milyon manata yaxınlaşıb - NƏ BAŞ VERİR?
Bu gün, 09:20
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
Bu gün, 09:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru