ƏHƏD ABIYEVİN RAYONU RƏİSSİZ QALDI
Tarix: 8-12-2011, 12:17 |
Çap et
KÖHNƏ RƏİS İSƏ ZAQATALAYA GETDİ
Azərbaycanda daha bir rayonun polis rəisi dəyişdirilib.
APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Arif Babayev tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə A. Babayev Zaqatala RPŞ-ə rəis təyin olunub. Daşkəsən RPŞ-nin rəisi vəzifəsinə isə hələlik təyinat yoxdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, bir müddət əvvəl Zaqatala RPŞ-nin rəisi Faiq Şabanov Bakının Xəzər Rayon Polis İdarəsinin rəisi təyin edilib.