Əsas Səhifə > Cəmiyyət > ƏHƏD ABIYEVİN RAYONU RƏİSSİZ QALDI
ƏHƏD ABIYEVİN RAYONU RƏİSSİZ QALDI8-12-2011, 12:17 |
KÖHNƏ RƏİS İSƏ ZAQATALAYA GETDİ Azərbaycanda daha bir rayonun polis rəisi dəyişdirilib. APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Arif Babayev tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə A. Babayev Zaqatala RPŞ-ə rəis təyin olunub. Daşkəsən RPŞ-nin rəisi vəzifəsinə isə hələlik təyinat yoxdur. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Qeyd edək ki, bir müddət əvvəl Zaqatala RPŞ-nin rəisi Faiq Şabanov Bakının Xəzər Rayon Polis İdarəsinin rəisi təyin edilib. Geri qayıt |