“ÖZ SERİALLARIMIZ ÇƏKİLSƏ YAXŞIDI”
Tarix: 6-12-2011, 12:21 | Çap et
HƏMKARLARI ROLU YAXŞI İFA EDƏNDƏ ÜRƏKDƏN SEVİNDİYİNİ GİZLƏTMİR
Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Rüstəmovun Milli.Az xəbər portalına müsahibəsi.
Dosye: Elşən Rüstəmov 1971-ci il yanvarın 22-də Masallıda dünyaya gəlib. 1990-95-ci illərdə M. A. Əliyev adına İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1993-cü ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. Bu vaxta qədər bu teatrın səhnəsində qoyulan tamaşalarda 60-dan çox müxtəlif xarakterli rollarda çıxış edib. Bundan savayı ardıcıl olaraq digər truppalara da dəvət olunur. Azərbaycan Televiziyasının dublyaj redaksiyasında çalışır. Kinoaktyor kimi isə filmoqrafiyasını böyük kinoda və televiziyada istehsal olunan “İtkin gəlin”, “Nə gözəldir bu dünya”, “Özgə vaxt”, “Günaydın, mələyim”, “Məhkumların cənnəti”, “İstanbul reysi” və s. kimi filmlərdə canlandırdığı fərqli obrazlarla zənginləşdirib.
“...yəqin ki, uğurlu izdivac olacaq”
- Bir neçə il əvvəl sizdən müsahibə alanda demişdiniz ki, həm ürəyimin sözünə qulaq asıram, həm ağlımın, amma daha çox ağlım deyən olur. Dəyişməmisiniz ki bu illər ərzində? “Urək heç vaxt aldatmır” fikrini birmənalı şəkildə qəbul etməyi nəzərdə tuturam.
- Demək olmaz ki, tamamilə ağıllıyam. Bəzən ürək üstün gəlir, bəzən ağıl. Çalışıram ki, hər ikisinin tarazlığı olsun. Son vaxtlar bu paralellik daha tez-tez alınır.
- Bu günlərdə premyerası baş tutmuş “Xanuma” tamaşasında (baş rolda xalq artisti Bəsti Cəfərova - red.) ifa etdiyiniz Niko obrazının xarakterində də bu tarazlıq görünür.
- Bəli, müəyyən mənada Niko bu cür insandır. Amma o, inanırdı ki, ağlının gücü ilə hərəkət edir. Sonra isə sevgisini tapdı. Qəlbi ağlını üstələdi, o, sevdi. Bu dəfə qəlbi onu idarə elədi. Deməli, qəlbin də səsinə qulaq asmaq lazımdı. Niko qəlbinin səsini dinləməsəydi, həyatında dönüş yaranmazdı. Düzdür, bilmək olmaz ki, onun Xanuma ilə evlənməsi nə ilə nəticələnəcək...
- Belə görünür ki, yaxşı olacaq.
- Elədi, yəqin ki, uğurlu izdivac olacaq.
“Aktyor onda çox sayda rol almağın marağnda olar ki...”
- Bu, sizin Akademik Milli Dram Teatrının səhnəsində canlandırdığınız, səhv eləmirəmsə, artıq dördüncü obrazdır.
- Bəli. “Hamlet”də Laert, “On ikinci gecə”də Hersoq, “Kabuslar”da məşuq Alfredodan sonra Niko hələlik bu teatrda aldığım dördüncü roldur.
- “Azdrama”nın truppasına birdəfəlik daxil olmaq perspektivi yoxdur ki?
- Məni elə bu cür işləmək də qane edir. Düzdür, iki teatrın repertuarını uzlaşdırmaq bəzən çətin olur. Amma Gənc Tamaşaçılar Teatrı ilə vidalaşmaq istəməzdim, ora mənimçün doğmadı, fəaliyyətə o səhnədə başlamışam.
- Müqavilə sisteminin tətbiqinə başlananda belə iş prinsipinin azsaylı tərəfdarlarından biri siz oldunuz.
- Düzdür. Onun tərəfdarıyam ki, aktyor iki ay bir teatrda çalışsın, iki ay başqa bir teatrda. Amma bunun maddi tərəfi də olmalıdı. Yəni əgər bir aktyoru ardıcıl şəkildə müxtəlif teatrlara dəvət edirlərsə, deməli, nəsə var. Aktyor onda çox sayda rol almağın marağında olar ki, ödəniş də buna uyğun olsun, sabit məvaciblə isə belə işləmək düz gəlmir. Hər halda, belə olmamalıdır.
“...bu həvəsi içimdə dəfn etmişəm”
- Əcnəbi rejissorlardan da tez-tez təklif alırsınız?
- Bəli, 5-6 il əvvəl Rusiyanın iki telekanalında istehsal olunan filmlərdə çəkildim - REN TV-nin “Студенты интерне�?нл” serialında, bir də NTV-nin “Jurnalist” çoxseriyalı filmində. Onu da deyim ki, “Jurnalist” filmində baş rolllardan birini Fuad Poladov canlandırıb. REN TV-də məni Ramiz Fətəliyev təqdim eləmişdi. Ruslar bizim aktyorlarla işləməkdən böyük zövq aldıqlarını deyirdilər. Bu yaxınlarda isə Jerar Depardyenin iştirakilə Azərbaycan mətbəxinə aid çəkilən reklam çarxının da iştirakçısı oldum.
- Yeri gəlmişkən, Fuad Poladov kütləvi-informasiya vasitələrinə açıqlamasında sizin haqqınızda çox yüksək fikirdə olduğunu bildirmişdi.
- O cür böyük aktyorun mənim kimi kiçik aktyor haqqında belə yüksək fikirdə olması, özü də bunu etiraf etməsi böyük işdi. Bu, artıq nəsə deməkdir. Belə sözdən sonra pis oynamaq olmur, istər-istəməz çalışırsan ki, istedadını, bacarığını səfərbər edəsən. Fuad Poladovla kinodan başqa iki tamaşada da tərəf-müqabili olmuşuq - onun baş rolları ifa etdiyi “Hamlet”də, bir də “Afinalı Timon”da. Əvəzsiz tərəf-müqabilidi. Yeri düşdükcə məsləhətlər verir, həmkarları rolu yaxşı ifa edəndə ürəkdən sevindiyini gizlətmir.
- Vaxtilə Ramiz Rövşənin sözlərinə 15-ə yaxın mahnı qoşmuşdunuz. Davam eləyirsiniz bu işi?
- (ah çəkərək) Evlənəndən sonra bu işlə məşğul olmağa macal tapmıram, pis çıxmasın, bu həvəsi içimdə dəfn etmişəm. Ailə həyatının qaçhaqaçı belə işlərə mane olur. Təəssüf ki, bizdə belədir - istirahətimiz yoxdur. Bircə gün qaçmasan, dərhal dolanışığa təsir edir. - Bəs həmin mahnıları hələ də dost-tanışlarınızdan savayı eşidən olmayıb?
- Demək olar ki, yox. Təkcə bir dəfə Gənc Tamaşaçılar Teatrında qoyulan “Qaraca qız” tamaşasında istifadə elədim. O tamaşada iştirak eləməkdən əlavə musiqi tərtibatını da mən vermişdim. Mahnılarımdan birini də elə orda oxudum. (birdən-birə qətiyyətlə) Amma bu işi davam etdirmək fikrim var. Ola bilər mahnılarımı yazdırdım da.
“İnsanlara inanmamağı öyrənməmişəm”
- Deməli, öz istədiyiniz kimi yaşamaq alınmır?
- 15-20 il əvvəl alınırdı. Məntiqlə ağıllı adamlar yaşları artdıqca az qaçıb, çox qazanmalıdır. Xaricdə belədir. (özünəməxsus istehza ilə) Görünür, ya mən o qədər də ağıllı deyiləm, ya da cəmiyyətimiz belə qurulub... öz istədiyim kimi yaşamaq mənim arzumdur. Yollarını axtarıram. Amma hələ ki mümkün olmur, qaçhaqaç imkan vermir.
- Üstəlik seriallara da çəkilirsiniz. Məsələn, hazırda nümayişlənən “Qaranlıqlar çiçəyi” serialında. Görünür, münasibətiniz yaxşıdır bu janra?
- Bəli, seriallara münasibətim yaxşıdır. Bilirsiz, 20 il əvvəl Braziliya serialları bizim tamaşaçılar üçün maraqlı idi, amma indi artıq bu maraq o dərəcədə deyil. Ona görə öz seriallarımız çəkilsə yaxşıdı. Yaxşı serial qoy çəkilsin. Qoy özümüzünkü olsun. Onda inkişaf da olacaq.
- İnsanlara etibar eləmək xasiyyətiniz sizi hələ aldatmayıb ki?
- Mən həmişə insanlara etibar eləmişəm. Başqa cür bacarmıram. İnsanlara inanmamağı öyrənməmişəm (yarızarafat, yarıciddi). Hətta bunu təbliğ edirəm. Yox, hələ ki aldanmamışam. Xırda aldanışlar olub. Məsələn, birinci maşınımı alanda satan dedi ki, əla vəziyyətdədir, heç bir problemi yoxdur. Mənim də maşından başım çıxmır, inandım ona. Sən demə, o maşının ciddi problemləri var imiş. Amma mən belə hadisələri xırda, məişət aldanışları hesab edirəm. Böyük mənada isə insanlarda yanıldığım olmayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|