FERMERLƏRİN PLASTİK KARTLARI MƏNİMSƏNİLİR
Tarix: 16-04-2013, 12:33 | Çap et
İCRA ORQANLARINDAN ŞİKAYƏT VARAzərbaycan kənd təsərrüfatı ölkəsi hesab edilsə də hələ də bir sıra məhsulları xarici ölkələrdən idxal etmək məcburiyyətindədir. Baxmayaraq ki, rəsmi strukturlar dəfələrlə bəyan ediblər ki, Azərbaycan özünü kənd təsərrüfatı məhsulları ilə təmin etmək iqtidarındadır, ancaq ölkələrin inteqrasiyası mal mübadiləsini labüd edir. Bu baxımdan ölkədə kənd təsərrüfatinin inkişafı dövlətin prioritet sahələrindən hesab olunur. Dövlət isə kənd təsərrüfatı sahəsində özəl sektorun inkişafını daim diqqətdə saxlayır. Təkcə son müddət ərzində dövlət tərəfindən fermerlərə 1 milyard 200 milyon manat güzəştli şərtlərlə kredit verilib ki, onun da 83 faizi bölgələrin aqrar sektoruna ödənilib. Məhz bunun nəticəsidir ki, artıq Azərbaycanda dünya bazarına çıxarılacaq ekoloji baxımdan təmiz kənd təsərrüfatı məhsulu istehsal edən kifayət qədər fermer təsərrüfatları mövcuddur. Məsələ orasındadır ki, bəzi üzdəniraq məmurlar fermerlərin sərbəst fəaliyyətinə süni məhdudiyyətlər yaradırlar. Öz məqsədlərinə müxtəlif yollarla nail olmaq cəhdində bulunan məmurlar hətta dövlət tərəfindən fermerlərə ayrılan subsidiyalara göz tikirlər. Vəziyyət o həddə çatıb ki, bu sahəyə cavabdeh olan Kənd Təsərrüfatı Nazirliyi özü “subsidiya əməliyyatı”na girişib. Adıçəkilən nazirlik yeni yaradılan iri fermer təsərrüfatlarına dəstək olmaq əvəzinə onlardan maksimum qoparmağa çalışır. Hansı ki, belə iri fermer təsərrüfatlarının yaradılması ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına sözün həqiqi mənasında töhvə verə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının mütləq əksəriyyəti belə fermer təsərrüfatları tərəfindən təmin edilir. Eyni zamanda, fermer təsərrüfatlarının inkişafı ölkədə işsizliyin aradan qaldırılmasında mühüm rol oynayır. Belə bir şəraitdə məmurların fermerlərə ayrılan vəsaitə göz dikmələri qətiyyən başa düşülən deyil. Dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda əsas diqqəti məhz bu məsələyə yönəltdi: “Bu subsidiyaları biz veririk. Amma əfsuslar olsun ki, biz bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik. Subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda fermerə çatacaq subsidiyaların bir hissəsi dövlət məmurlarının cibinə gedir. Bəzi hallarda ümumiyyətlə, istehsal olunan məhsulun həcmi, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün. Bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Yəni, bu sahədə biz tam şəffaflığı təmin etməliyik. Dövlət öz kəndlisinə öz dəstəyini verir və verəcəkdir. Elə etmək lazımdır ki, bu təminat fermerlərə maksimum dərəcədə - 100 faiz çatsın.
Ona görə hesab edirəm ki, yaxın aylarda subsidiyaların verilməsində birinci növbədə əldə edilmiş təcrübə bir daha təhlil edilsin, təkliflər verilsin, müsbət tərəfləri ilə yanaşı, nöqsanlar da aydınlaşdırılsın. Bu işlərdə mən xüsusilə fermerlərə müraciət edirəm, onlar öz təkliflərini versinlər Prezident Administrasiyasına, hökumətə, İqtisadi İnkişaf Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və yerli icra orqanlarına. Təklifləri versinlər ki, biz daha dəqiq bilək ki, onları narahat edən məsələlər nədir. Mən bilirəm ki, burada problemlər var, şəffaflıq lazımi səviyyədə təmin edilməyib. Bu nöqsanlar tezliklə aradan qaldırılmalıdır. Fermerə nə qədər çatmalıdır, o qədər də o, bunu almalıdır. Heç kim onun puluna gözünü dikməsin!” Göründüyü kimi məmurların fermerlərə ayrılan vəsaitin hansı səviyyədə və hansı yollarla məninsəmələri dövlət başçısına dəqiqliyi ilə bəllidir. Dövlət başçısınin mövcud problemləri açıqlığı ilə deməklə məmurlara üzlərini yığışdırmaları üçün bir mesaj kimi də qəbul etmək olar.
İqtisadçı alım Vüqar Bayramov bildirib ki, sahibkarların problemləri sırasında dövlət tərəfindən onlara verilən subsidiyaların bəzi hallarda ünvanına çatmaması, sahibkarlara ayrılan kreditlərdən səmərəli istifadə edilməməsi kimi nöqsanlar mövcuddur. Təkcə 2012-ci ildə sahibkarlara 218 milyon manatlıq kredit verilib, eyni zamanda, fermer təsərrüfatlarına subsidiyalar təklif olunub. Bu subsidiyalar Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən əkin sahələrinə uyğun verilir. Belə ki, adi kənd təsərrüfatı məhsulu istehsal edən fermerə hər hektara görə 40 manat, buğda və taxıl məhsulları kimi strateji məhsullara görə isə 80 manat verilir.: “Təəssüf ki, bu subsidiyaların verilməsində ciddi problemlər var. Ötən il Azərbaycan fermerlərinə 60 milyon manata yaxın subsidiya ayrılıb. 2007-2012-ci illər ərzində fermerlərə ayrılan cubsidiyaların həcmi 400 milyon manata yaxındır. Göründüyü kimi burada söhbət kifayət qədər böyük məbləğdən söhbət gedir. Buna baxmayaraq, bəzi hallarda fermerlərin malik olduqları torpaq sahələrinin həcmi artıq göstərilir və dövlət büdcəsindən daha çox vəsait ayrılır. İcra hakimiyyəti orqanlarının iştirakı ilə yaradılan komissiya tərəfindən həmin vəsaitin bir qismi mənimsənilir. Bəzi hallarda icra hakimiyyəti orqanları tərəfindən fermerlərdən subsidiya kartları yığılır ki, guya hansısa dövlət əhəmiyyətli tədbir üçün istifadə ediləcək. Apardığımız monitorinqlər deməyə əsas verir ki, bəzi rayonlarda fermerlərə ayrılan cubsidiyalar bankomatlardan gecə saat 3-4 radələrində çıxarılır. İcra hakimiyyətləri yerli əhalidən qorunmaq mıəqsədilə pulu bankomatdan gecə saatlarında çıxarır. Bu isə onu göstərir ki, bəzi rayonlarda fermerlərə ayrılıb subsidiyalar ünvanına çatmır, məmurlar tərəfində mənimsənilir. Maliyyə Nazirliyinin apardığı yoxlamalar da göstərdi ki, belə fırıldaqlara əl atan məmurlar mövcuddur. Bütün bunlara baxmayaraq, hələ də subsidiyaların verilməsində problemlər qalmaqdadır”. Ekspert hesab edir ki, mövcud problemin aradan qaldırılması üçün ictimai və dövlət nəzarətinin gücləndirilməsinə ehtiyac var: “İctimai nəzarətin gücləndirilməsi ona görə vacibdir ki, subsidiyaların verilməsindəki nöqsanları aradan qaldırmaq mümkün olsun. Həm də mətbuatın subsidiyaların verilməsinə müşahidə imkanları genişləndirilməlidir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
|