ETSN ŞEFİ MEŞƏ QATİLLƏRİNƏ ŞƏRAİT YARADIR
Tarix: 12-04-2013, 14:06 |
Çap et
YATMAYIN, AZƏRBAYCAN TƏBİƏTİ TƏHLÜKƏDƏDİR!
DİA.AZ: - Ötən günlərdə Zaqatal, Qax və Cənub bölgəsində meşələrin kütləvi şəkildə qırılması barədə mətbuatda geniş araşdırma təqdim olundu. Bildirilirdi ki, meşələrin qırılan ağacları hətta yerli hüquq-mühafizə orqanlarının himayəiçliyi isə rayonlardakı taxta-şalban sexlərinə gətirilir. Və orada emal olunaraq, məhsul kimi satılır.
DİA.AZ olaraq sizə təqdim edəcəyimiz bu fotoşəkillər isə həmin araşdırmalar nəticəsində ortaya çıxmış faktlardır. Və həmin şəkillərdən də aydın görünür ki, vəziyyət dəhşətlidir.
DİA.AZ bildirir ki, meşələrə nəzarət edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Departamentinin rəhbəri Rövşən Cəlilov ümumiyyətlə, prosesi nəzarətsiz buraxıb. Daha doğrusu, bir jurnalistin asanlıqla araşdıra biləcəyi və üzə çıxardığı bu faktlardan Rövşən Cəlilovun xəbərdar olmaması mümkün deyil.
Əgər həqiqətən də onun xəbəri yoxdursa, deməli, bir vəzifəli şəxs olaraq yerində deyil. Yox, əgər xəbəri var, amma tədbir görmürsə, o zaman bu şəxs artıq vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, meşəqıranlarla əlbir statusu qazanmış olur.
İndi cənab Cəlilovun verəcəyi açıqlamanı gözləyirik. Görən, departament rəhbəri bu faktlarla bağlı nə deyəcək.