"SƏFƏR ƏBİYEVİ YIXMAQ İSTƏYƏN QÜVVƏLƏR VAR"
Tarix: 9-04-2013, 11:11 | Çap et
“BU HƏM DƏ ALİ BAŞ KOMANDANA QARŞIDIR”
DİA.AZ: - Suallarimiza Tərtər rayonunun sabiq icra başçısı, rayonun özünümüdafiə batalyonuna komandirlik etmiş Sərdar Həmidov cavab verib. O, əsasən Azərbaycan Ordusunda baş verən əsgər ölümlərindən, bunun səbəbindən və qarşısını almaq imkanlarından danışıb.
- Sərdar bəy, zamanında sizdə batalyon kamandiri olmusunuz, müharibənin aktiv iştirakçısısınız. Azərbaycan Silahlı Qüvvələrində baş verən əsgər ölümləri faktını necə qiymətləndirirsiniz? - Mən 1992-1994-cü illərdə orduda olmuşam. Təcrübəmə əsasən deyə bilərəm ki, məqsədli bir şey olmayanda insan heç çətin vəziyyətdə xəstəxanada belə dünyasını dəyişməz. Məsələ burasındadır ki, biz normal məntiqlə hadisələrə yanaşsaq görərik ki, əsgər ölümləri faktının şişirdilməsi müdafiə nazirinə qarşı olan prosesdir. Yəni nazir vəzifəsinin öhdəsindən gəlmir və s fikrini yaratmağa hesablanıb. Fikrimcə, əsgər ölümləri halı həm də Ali Baş Komandana qarşı olan hadisədir. Guya orduda nizam-intizam yoxdur. Əslində bu belə deyil. Ehtimal edirəm ki, bunu qəsdlə və bilərəkdən törədənlər var. Sizə adi məqam deyim. Şəmkir Korpusunun komandanı general-leytenant Rövşən Əkbərov durur. R. Əkbərov 1993-cü ilin əvvəllərində xüsusi təyinatlı batalyonla Tərtərdə olub və müharibədə iştirak edib. Baxın, orduda dünyasını dəyişən övladlarımızın çoxu Şəmkir korpusunda baş verir. Yəni R. Əkbərovun komandan olduğu korpusda. Bu hərəkətlə müdafiə naziri olmaq ehtimalı olan şəxsə təzyiq göstərilir. Qənaətimcə, R. Əkbərov nazir olmağa daha yaxın hərbçidir. Əgər indiki nazir nə zamansa vəzifədən getsə onun yerinə Əkbərovun gəlmə ehtimalı daha çoxdur. Əkbərov həmdə 1995-ci ildə əsgər olaraq Ali Baş Komandanın əmrlərini yerinə yetirib, dövlətçiliyin qorunması prosesində öndə olub. Özü də cəsur və qoçaq oğlandır. Bu gün daha çox əsgər ölümləri ona görə bu şəxsin komandan olduğu korpusda baş verir ki, onu nazir vəzifəsinə gətirməsinlər. Bu təxribat həmdə Ali Baş Komandana qarşıdır. Hesab edirəm ki, orduda dəyişikliklər olmalıdır. Bu proses aşağı komandirlərdən tutmuş birqada komandirlərinə qədər əhatə etməlidir. Ordu ilə ciddi maraqlanmaq lazımdır. Bir daha qeyd edirəm ki, əsgər ölümləri Səfər Əbiyevə və Ali Baş Komandana qarşı hazırlanan əməllərdir.
- Bəs bunu kimlər hazırlayır? - Çox güman ki, orduda Əbiyevi yıxmaq istəyən qüvvələr var. Bu qüvvələrin kimliyini mən bilmirəm. Nəzərə alın ki, mən ordudan 1994-dən getmişəm.
- İddia edilir ki, ordu daxilində əsas mübarizə Əbiyevlə Baş Qərargah rəisi Nəcməddin Sadıqov arasında gedir... - Bu Əbiyev-Sadıqov qarşıdurması deyil. Və ya ola bilər ki, bu məsələnin sadəcə bir tərəfi olsun. Mən bunu bilmirəm. Məsələ ondadır ki, Tərtər döyüşlərindən keçən Nəcməddin Sadıqov, Rövşən Əkbərov, Kərim Vəliyev, Elman Cəfərov, Altay Mehdiyev sonradan general rütbəsinə layiq görülüblər. Başqa sözlə desək, ordumuzun döyüşən generallarının 60 faizinin yolu Tərtət döyüşlərindən keçib. Azərbaycanın heç bir rayonunun düşmənlə Tərtər qədər uzun cəbhəsi olmayıb. Ağdam işğal edildikdən sonra erməni silahlı qruplaşmaları Qapanlı istiqamətində də Tərtərə ciddi hücumlar təşkil edirdilər. Amma bunun da nəticəsi olmadı.Adını saydığım generalların çoxu bu müharibələrdə iştirak ediblər, müdafiə naziri Əbiyev isə o zaman Baş Qərargahdan Tərtərə təhkim edilib. O zaman Tərtərdə əsasən könüllülər vuruşsa da, cağırışçılardan ibarət nizamlı ordu birləşmələri də var idi. Bu saat Dağıstanla sərhəddə oturan general-mayor Hikmət Mirzəyev güclü kadrlardan biri idi. Mən ancaq Tərtər müharibəsindən keçən Elmar Ağayevi görmürəm. Bu şəxsdə mərd hərbçi idi. Bildiyiniz kimi, mən icra başçısı vəzifəsini daşımaqla yanaşı həm də Tərtər batalyonunun komandiri idim və bu vəzifəni də öz xoşumla götürməmişdim. Sadəcə olaraq mənə qədər bu batalyon faktiki olaraq yox idi, məndən sonra isə batalyon bir qədər düzəldi, rayonunun müdafiəsində ciddi fədakarlıq göstərdi. Sonradan Kəlbəcər yolu açıldı və mən hətta atamın məzarını ziyarət etmək üçün ora getdim.
- Baş Qərargah rəisi Nəcməddin Sadıqov Kəlbəcərin işğal olunmasında günahlandırılır. Bir neçə gün əvvəl kəlbəcərlilər növbəti dəfə bu haqda danışıblar. Bu mövzu haqqında siz nə deyə bilərsiniz? - Bəli, bu yaxınlarda Kəlbəcərdən olan bir qrup şəxs rayonun məhz Sadıqov tərəfindən satıldığı haqqında fikirlər səsləndirib. Düzdür, bu sözü deyirlər, amma kəlbəcərlilər N. Sadıqovu tanımırlar. Kəlbəcər ərazilərinin birqada komandirirəhmətlik general Zaur Rzayev idi. Sonradan Zaur Rzayevi işdən götürüb yerinə Qənizadəni gətirdilər. Mən məşhur Qənizadəni deyirəm, hansı ki, o Şuşada, Laçında olmuşdu. Onu Kəlbəcər briqadasına gətirdilər və rayonda işğal olundu. Onun hazırda harada olduğu mənə məlum deyil. Qeyd edim ki, hələ müharibə başlamazdan öncə Azərbaycanda dörd atryad yaranmışdı. Onun birinin komandiri rəhmətlik Rey, birinin komandiri Qənizadə, birinin komandiri isə belarus Mudrak idi. Bu adamlar işğal olan rayonların hamısından keçiblər. Elbrus Orucovdan general kimi Kəlbəcərə təhkim edilmişdi. Səhv etmirəmsə, o indi Karsda ataşe işləyir. O da Şuşa da olmuşdu. İndi bu məsələlər haqqında danışan yoxdur. Mən ordudan gedəndə və işdən azad olunanda artıq atəşkəslə bağlı saziş imzalanmışdı. Bir il sonra məni həbs etdilər. Uzun illər həbsdə qaldım. Sonradan İlham Əliyev prezident seçildi və məni əfv etdi. Əgər 3-4 ayda həbsxanada qalsaydım vəfat edə bilərdim. Həbsdən çıxan kimi gedib xaricdə müalicə olundum. Mən əlbəttə, buna görə ona sağ ol deyirəm. Amma qeyd etdiyim məsələlərdə araşdırılmalıdır. Həmdə Kəlbəcərin rəhbərliyinə sual olunmalıdır ki, Kəlbəcərin məhz Nəcməddin Sadıqov tərəfindən satıldığı haqqında sözü kəlbəcərlilər haradan tapıb. Bəyəm sən bilmirsən ki, N. Sadıqov həmin vaxt Kəlbəcərdə deyil, Tərtərdə yerləşən 703 saylı birqadanın komandiri olub.
- Sizin dövrünüzdə orduda əsgər ölümləri baş verirdimi? -Xeyr. Yalnız bir dəfə Lənkəran birqadası gəlmişdi və Marquşavan istiqamətində yerləşdirilmişdi. Yalnız bir dəfə orada əsgər ölümü baş vermişdi. Orda iki əsgər bir-birilə dalaşmış və nəticədə bir əsgər ölmüşdü. Bu Əlikram Hümmbətovun komandiri olduğu hərbi hissə idi. O zaman ölüm halları ancaq cəbhədə olurdu. Amma ümumi ölkə üzrə mən bir söz deyə bilmərəm. Bəlkə də əsgər ölümləri faktı var idi, amma o zaman mətbuat bu haqda yazmırdı. Mən bildiyim qədər o dövrdə əsgər ölümləri halı yox idi. O dövrdə əsgər də az idi, əsasən könüllülər döyüşürdü. Döyüşmələrinə baxmayaraq ortada nəticə yox idi. Bu gün Tərtərdən başqa bir nəticə yoxdur. Əsgər cəbhə rayonlarımız işğal edilib.
- Əsgər ölümlərinin qarşısını almaq olarmı? - Əlbəttə olar! Bunun üzərinə getmək, məsələni araşdırmaq lazımdır. Ordu təmsilçilərindən prezidenti əsasən generallar görür. Amma prezidentin inandığı adamlar orduda iş aparmalıdır. Mən istintaq aparılmasını nəzərdə tutmuram. Sadəcə olaraq ordu ilə maraqlanmalı, hərbi hissələrdə olmalı, əsgərlərlə söhbət etməlidirlər. Və real vəziyyət haqqında da prezidentə məlumat verilməlidir. İndi deyirlər ki, əsgər özünü güllələyib. Əslində müasir dövrdə ekspertlər bunu dərhal müəyyən edə bilirlər. Əgər əsgərə güllə yaxın məsafədən dəyibsə, deməli özünü güllələyib. Yox əgər güllə 15 metrdən atılıbsa, deməli əsgər güllələnib. Xüsusi idarə var, prezidentin yanında hərbi məsələlər üzrə şöbə var. Fikrimcə, onlar bu məsələlərlə bağlı daha çox işləməlidirlər.
- Hər kəs bilir ki, dövlət büdcəsindən orduya böyük miqdarda maliyyə ayrılır. Söhbət bir neçə milyard manatdan gedir. Bəlkə orduda bu pulun bölünməsi və xərclənməsi uğrunda mübarizə gedir? - Pulu orduya rəhbər şəxslərin bölüşməsi üçün verməyiblər ki, bunun üstündə bir-birini qırsınlar. Onlar pulu ayrı şeylərdən qazanırlar və bunu da bir-birindən gizləyirlər. Bu məsələnin əsgər ölümü ilə heç bir əlaqəsi yoxdur. Məsələn, əsgərə 5-6 gün gizli icazə verirlər və o da geri qayıdanda pul gətirir. Əslində birqada komandirinin, hüquqşünaslarının, orta dərəcəli komandirlərin oturduqları kabinetləri araşdırılsa sual yaranar ki, bu kabinetləri belə yüksək səviyyədə kim təmir edib və nəyə görə, əsgər kazarmaları belə yüksək səviyyəli təmir görməyib. Mən orduda korrupsiyanın olmasını inkar edə bilmərəm. Orduda düyün də, makaronu da, çörəyi də satırlar. Belə hallar mümkündür. Amma ali baş komandana da deyirlər ki, orduda təminat yüksək səviyyədədir, hər şey əladır və s. Ancaq Azərbaycan müharibə vəziyyətindədir, ölkənin 20 faiz ərazisi işğal altındadır. Yaxşı olar ki, prezidentin ətrafında olan şəxslər siyasətdən danışana qədər avtomobilə əyləşib döyüş bölgələrinə getsinlər, birqadaya girsinlər, avtomobillərin və zirehli texnikanın işlək durumuna baxsınlar. Bəlkə sabah ölkədə bir nömrəli vəziyyət elan olundu və ya erməni hücumları başladı. Heç olmasa istehkamların vəziyyətinə baxsınlar, bu işlərlə maraqlansınlar. Əslində mən heç hərbi ekspertlərin fikirləri ilə də razı deyiləm. Onlar da əsasən “obivatelin” xoşuna gəlmək məqsədilə danışırlar. Baxın, onlar əsasən nazirdən danışırlar, amma nazirə qədər nələrin olduğundan bəhs eləmirlər. Mən naziri də döyüşlərdə görmüşəm. Fikrimcə, zəif hərbçidə deyil. Ümumiyyətlə Tərtər döyüşlərindən keçən və sonradan hərbi elitada yer alan hərbçilərin heç biri zəif mütəxəssis deyil. Mən o zaman deyirdim ki, ya hamımız burada öləcəyik, ya da Tərtərin sərhədi qorunmalıdır. Çünki əsgəri, oğulu sabah da ana doğa bilər, amma vətəni heç bir ana doğa bilməz. Sonradan həbsdə oldum, uzun müddət cəza çəkdim və səhhətimlə bağlı ciddi problemlər yaşandı. Əgər İlham Əliyev mənim bu durumumu nəzərə alıb əfv siyahısına salmasaydı, yəqin ki, indi həyatda yox idim. Görürsünüz ki, hazırda da səhhətim yerində deyil. Mən bu mövzuda danışmaq istəmirəm. Amma hər halda buna görə, İlham Əliyevə də təşəkkürümü bildirirəm.
- Sərdar bəy, siz hazırda nə işlə məşğulsunuz? - Heç bir işlə məşğul deyiləm, oturmuşam evdə. Nə özüm işləyirəm, nə də oğlum işləyir. Bilmirəm niyə.
- Oğlunuz hərbçidir? - Xeyr, Ukraynada dövlət universitetini bitirib və ehtiyatda olan hərbçidir. Hərbi xidmətini leytenant kimi çəkib. Hazırda işləmir. Mən yuxarıda döyüş yolu Tərtərdən keçən onlarla generalın adını çəkdim. Bəyəm onların zəhmətinin 30 faizi qədər mənim zəhmətim olmayıbmı bu vətənin qorunması üçün? Mən illərdir ki, işsizəm. Əşi işsiz qalmağım bir yana, elə xof var ki, guya Sərdar Həmidov bu dövlətin düşməni olub. Sərdar Həmidov bu dövlətin bir parçasının qoruyucusu olub, vətənin bir hissəsinin düşmən əlinə keçməsinə imkan verməyib. Heydər Əliyevin dövründə də ən ağır döyüşlər Tərtər istiqamətində olub və məndə bu döyüşlərin başında durmuşam. Buna şübhə edən varsa, buyurub həmin generallardan soruşsun. Yeri gəlmişkən, mən həbsdən azad edildikdən sonra müraciət etdim ki, milli qəhrəmanlıqla bağlı məsələyə baxsınlar. Həmin vaxt mənə milli qəhrəman verilməsi ilə bağlı sənəd Müdafiə Nazirliyindən keçmişdi və Prezident Aparatının müvafiq şöbəsində idi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Gürcüstanın daxili məsələlərinə qarışır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:46 |
|
|
|
• Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “Oradan çıxırıq” - KİV
Bu gün, 06:43 |
|
|
|
• Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
|