"AZƏRİQAZ" ŞEFİ ÇƏTİN DURUMDA
Tarix: 6-04-2013, 13:09 | Çap et
SAHİBKARLAR ONDAN ŞİKAYƏTÇİDİRSon vaxtlar Azərbaycanın qazlaşdırılması ilə bağlı hökumət ciddi addımlar atmaqdadır. Hətta bu ilin sonunadək Azərbaycanda qazlaşdırma səviyyəsinin 95%-ə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Əlbəttə, bu, təqdirəlayiq prosesdir, amma yayılan məlumatlar onu göstərir ki, qazlaşdırma prosesi heç də nöqsanlarsız ötüşmür. Burada xüsusilə bir neçə il əvvəl ARDNŞ-in nəzarətinə verilən “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyindən daxil olan şikayətlər və narazılıqları qeyd etmək lazımdır. Məsələn, müstəqil ekspertlər hesab edir ki, “Azəriqaz” rəhbərliyinin ölkədə sürətli qazlaşdırma siyasəti həyata keçirildiyinə dair hesabatlarının reallığı əks etdirmədiyini söyləməyə əsas verir. Belə məlumatlar verməsinin arxasında isə sənədləşdirmədə aparılan saxtalaşdırmalar dayanır. Məsələ burasındadır ki, əsas şərt kimi təbii qazın yaşayış məntəqəsinə daxil olması göstərilir. Bu halda yaşayış məntəqəsinin tam qazlaşdırılıb- qazlaşdırılmaması nəzərə alınmır. Yəni, 1000 evin olduğu bir qəsəbədə 10 evə qaz çəkilibsə, bu yaşayış məntəqəsi artıq qazlaşdırılmış hesab olunur. Hətta ötən il KİV yazırdı ki, “Azəriqaz”ın yenicə qazlaşdırdığı kəndlərdə evlərin böyük əksəriyyətinə qaz xətti çəkilmədiyi halda, sənədlərdə təbii qazın verildiyi göstərilir. Bunun nəticəsidir ki, yerli TV-lər soyuqlar düşən kimi Azərbaycan regionlarında insanların qazsızlıqdan əziyyət çəkdiklərinə dair süjetlər nümayiş etdirirlər. Məsələn, hələ 2008-ci ildə Ağcabədi rayonuna qaz verilməsi ilə bağlı təntənəli tədbir keçirilmişdi, ancaq 2 il sonra orda olan həmkarlarımız hələ də rayon mərkəzindəki evlərin, hətta hərbi hissənin belə qazsız olduğunu aşkarlamışdı. Başqa bir misal. Bakının mərkəzində minlərlə abonent var ki, smart-kart tipli sayğacı da var, onları öz vəsaitləri hesabına alıblar, ancaq qazı yoxdur və nə vaxt olacağı da bilinmir. Ona görə, statistika ilə insanların qaz təminatı arasında kəsgin fərq mövcuddur. Başqa sözlə desək, qazlaşdırma sənəd üzərində aparılır, amma nəticədə xərcləndiyi iddia edilən milyonlarla manat vəsaitin taleyi üzərində ciddi şübhələr yaranır. Hətta qazlaşdırma prosesini həyata keçirən bəzi firmalar da çətin vəziyyətdə qalıblar. Bununla bağlı redaksiyamıza daxil olan məlumatda bildirilir ki, təxminən 10-dək firma “Azəriqaz”ın sifarişini həyata keçirmək üçün işə başlayıblar və onların adıçəkilən İstehsalat Birliyi ilə bu məsələ ilə əlaqədar konkret müqavilələri də var. Ancaq iş burasındadır ki, “Azəriqaz” sifarişin yerinə yetirilməsi prosesində hissə-hissə ödəməli olan vəsaitin yalnız 10-15 faizini firmaların hesabına keçirir və bundan sonra ödəmə prosesi dayanır. Bildirilir ki, elə firma var ki, “Azəriqaz”ın təxminən 2 milyon manatlıq sifarişini yerinə yetirib, amma buna görə “Azəriqaz”dan vur-tut 200 min manat civarında ödəmə alıb. İcraçı firmalar adıçəkilən İstehsalat Birliyindən pullarını dəfələrlə tələb etsələr də, hər dəfə bununla bağlı onlara vəd verilməklə kifayətlənilib, belədə pis vəziyyətdə qala iş adamlarının məsələni ölkə rəhbərliyinin diqqətinə çatdırmaqdan başqa çıxış yolu qalmır. Onlar bildirirlər ki, belə davam edərsə, onlar üzləşdikləri situasiya ilə prezidentə şikayət xarakterli müraciət göndərmək məcburiyyətində qalacaqlar . Qeyd edək ki, bu ilin fevralında ölkə başçısı iri məmurlara sahibkarlara gördürdükləri işin haqqını vaxtında, heç bir incidilməyə yol verilmədən ödəmələrini tapşırmışdı. Doğrudur, orada konkret olaraq, icra başçılarına xitab edilmişdi. Amma aydın məsələdir ki, bundan digər məmurlar da lazımi nəticə çıxarmalı idilər. İndi belə çıxır ki, Əkbər Hacıyevin rəhbərlik etdiyi “Azəriqaz” başbilənləri ya ölkə başçısının həmin sərt xəbərdarlığından xəbərsizdirlər, ya da bu xəbərdarlığı diqqətə almaq onlara sərf etmir. Hər bir halda qarşıdakı günlərdə sifarişçi “Azəriqaz”la icraçı firmalar arasındakı haqq-hesab qanuni şəkildə yoluna qoyulmasa, bu problemin böyüyəcəyi və Əkbər Hacıyev üçün ciddi problemlər yaradacağı şübhəsizdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
|