MİSİR MƏRDANOVUN YARATDIĞI MÜƏLLİM PORTRETİ
Tarix: 29-03-2013, 12:17 | Çap et
Astara rayonun Ərçivan kənd 2 saylı orta məktəbin tarix müəllimi Əli Əliyevlə bazar günü məktəbdə görüşdük. Əli müəllim ali məktəbə dərsdən əlavə şagird hazırlayır. Hazırlıqda az qala bir sinif qədər uşaq var idi. Sinifdə qoyulan odun sobası diqqətimizi cəlb etdi. Məktəbin dəhlizində və siniflərdə keçmiş prezident Heydər Əliyevin portretləri və divara vurulmuş sözləri əks olunurdu. Məktəbin girəcəyində isə bu sözlər yazılmışdı: «Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyyəsini yalnız ona etibar edir» ( Heydər Əliyev). Əli müəllim deyir ki, məktəbdə 400-dən çox şagird təhsil alır, 70-ə qədər müəllim çalışır. O qeyd edir ki, 30 illik pedaqoji fəaliyyəti var: «7-8 İLDİR Kİ, MƏKTƏBİN İSTİLİK SİSTEMİ YOXDUR»
«Məktəbimiz dəfələrlə birinci yerdə olub, idman sahəsində, təhsil sahəsində, ali məktəblərə qəbul olunan şagirdlərin sayına görə. Son illərdə məktəbimizdə bir sıra problemlər yaşanır. Məktəb 2002-ci ildə tikilib istifadəyə verilib. Lakin 2 il sonra məktəbin istilik sistemi sıradan çıxıb. 7-8 ildir ki, məktəbin istilik sistemi yoxdur. Bu da qış fəslində dərsin davamiyyətinə, təhsilin keyfiyyətinə ciddi təsir göstərir». Əli Əliyevin bildirdiyinə görə, sinifləri qızdırmaq üçün odun sobasından istifadə olunur. Yenidən 20-ci əsrə qayıdıblar. O deyir ki, bu həm şagirdlər ,həm valideynlər, həm də müəllimlər üçün çətinliklər yaradır: «BU YOXSULLUQ HƏDDİNDƏN DƏ AŞAĞI YAŞAMAQ DEMƏKDİR» «Müəllim demək olar ki, əmək haqqı ilə təmin olunmur. Maksimum dərs saatı 24 saatdır. 24 saat dərs deyən müəllim sinif rəhbəri olmaq şərti ilə 300 manata qədər maaş alır. Bu isə ailənin maddi tələbatını minimum səviyyədə ödəmir. Bu yoxsulluq həddindən də aşağı yaşamaq deməkdir. Əgər əmək haqqının 50 faizi ərzağa xərclənirsə, bu ailə yoxsulluq həddində yaşayır. Əmək haqqının hamısını demək olar ki, ərzağa xərcləyirik. Bu da 5 nəfərlik ailənin tələbatını ödəmir. Bu sübut edir ki, bizim yaşayışımız yoxsulluq həddindən qat-qat aşağıdır». Əli müəllimin sözlərinə görə, təhsilin keyfiyyətli olmasının ən başlıca şərti əmək haqqının artırılmasıdır. O deyir ki, cəmiyyət öz övladlarını müəllimə etibar edir, lakin onun haqqını vermir. Nəticədə müəllim əlavə qazanc əldə etmək üçün yollar axtarır: BOŞ VAXTLARDA TƏSƏRRÜFATLA MƏŞĞUL OLAN MÜƏLLİM «Boş vaxtlarımızı istirahət əvəzinə, yaradıcı sürətdə öz işimizə yanaşmaq əvəzinə gedib təsərrüfatda işləyirik. Gün ərzində 12-13 saat, bəlkə də bir az da çox işləyirəm. Birinci növbədə dərs deyirəm, ikinci növbədə fərdi sürətdə şagird hazırlayıram, repitoturluq edirəm. Boş vaxtlarda təsərrüfatla məşğul oluram. Axşamlar da ki, şagirdlərin ev tapşırıqlarını yoxlayıram. Təbii ki, bu da bizdə həm zehni həm də fiziki problemlər yaradır».
Müəllim deyir ki, istirahətə, insanlarla ünsiyyətə girib kəndin müəyyən məsələlərini həll etməyə vaxt qalmır. Beləcə tədricən cəmiyyətdən uzaqlaşırlar. Əvvəllər söz sahibi olan müəllim indi öz ailəsini dolandıra bilməyən bacarıqsız bir adam təsiri bağışlayır: «BİZİM ƏN BÖYÜK ARZUMUZ İSƏ...» «Aylıq əmək haqqı ilə dolana bilməyən, ailəsinin minimum tələbatını ödəyə bilməyən, uşaqların gələcəyini dumanlı görən müəllim özgə uşağına yaxşı dərs deyə bilməz. Bizim ən böyük arzumuz isə məhz bu uşaqların gələcəyidir, onların xoşbəxtliyidir. Bu uşaqların əksəriyyəti ali məktəb pullu olduğuna görə təhsildən yayınır, ailə vəziyyəti, maddi vəziyyəti pis olduğu üçün onların yuxarı siniflərdə artıq dərs davamiyyəti korlanır. Əslində təhsildən uzaqlaşırlar». Əli Əliyev deyir ki, ali təhsil alıb kəndə gələnlər də çətinliklərlə rastlaşırlar. Onlar iş tapa bilmir. Kəndə işsizlərin sayı ildən ilə artır:
«Təhsil alan şagirdlərin böyük bir qismi əllərində diplom işlə təmin olunmurlar. Pedaqoji fəaliyyətə gələnlər ali məktəbdə 4-5 il oxuyandan sonra imtahan verməlidirlər, iş yerləri ilə təmin olunmaq üçün çox problemlərlə üzləşirlər. Əksəriyyəti işsiz qalır». Əli Əliyev söhbətmizin sonunda mərhum prezident Heydər Əliyevin müəllimlər barəsində dediklərini yada salır: «Ulu öndərmizin belə bir kəlamı vardır ki, cəmiyyət öz övladlarının gələcəyini müəllimlərə etibar edir. Əgər cəmiyyət öz gələcəyini yalnız müəllimə etibar edirsə deməli müəllim də cəmiyyətdə öz yerini tapmalıdır». Əli müəllim bu söhbətdən sonra kələkötür kənd yolu ilə evə tələsir. Qarşılaşdığı həmkəndliləri ilə tələsik görüşür, tez də yoluna davam edir. Əli müəllim deyir ki, həyətyanı təsərrüfatda görüləsi işləri çoxdur.Yazın gəlşi onun işini bir az da artırıb. Növbəti qışın ruzisinin bünövrəsi yaz aylarında qoyurlar. Əli Əliyevin fikrincə müəllim yazın işini görməsə qışda çətinlikləri çox olacaq. \ azadlıq radiosu \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
|