
AMMA TERRORÇU İKİ NƏFƏRİ YARALAYA BİLİB
Türkiyənin İstanbul şəhərində yoldan keçənlərə atəş açan silahlı şəxs öldürülüb. Trend-in məlumatına görə, bu barədə CNN Turk telekanalı məlumat verib.
Bu gün İstanbulun mərkəzində naməlum silahlı yoldan keçənlərə atəş açıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində iki nəfər yaralanıb.
Türiyə KİV-inin versiyasına görə, cinayətkar adamlara atəş açarkən "Allahu Əkbər" qışqırırmış.