Əsas Səhifə > Dünya > İSTANBULDA ƏHALİYƏ ATƏŞ AÇAN ƏRƏB ÖLDÜRÜLDÜ

İSTANBULDA ƏHALİYƏ ATƏŞ AÇAN ƏRƏB ÖLDÜRÜLDÜ


30-11-2011, 13:32
İSTANBULDA ƏHALİYƏ ATƏŞ AÇAN ƏRƏB ÖLDÜRÜLDÜ

AMMA TERRORÇU İKİ NƏFƏRİ YARALAYA BİLİB

Türkiyənin İstanbul şəhərində yoldan keçənlərə atəş açan silahlı şəxs öldürülüb. Trend-in məlumatına görə, bu barədə CNN Turk telekanalı məlumat verib.

Bu gün İstanbulun mərkəzində naməlum silahlı yoldan keçənlərə atəş açıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində iki nəfər yaralanıb.

Türiyə KİV-inin versiyasına görə, cinayətkar adamlara atəş açarkən "Allahu Əkbər" qışqırırmış.


Geri qayıt