İKİ YÜKSƏK RANQLI MƏMURUMUZ MƏHKƏMƏYƏ VERİLDİ
Tarix: 14-03-2013, 08:43 | Çap et
ZİYA MƏMMƏDOV VƏ KƏRƏM HƏSƏNOV...Azərbaycan məhkəmələrində Nəqliyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə çəkişən və yerli məhkəmələrin çıxartdığı qərarlardan narazı qalan sahibkarlar Avropa Məhkəməsinə müraciət edəcəklər. Bu barədə gozetci.az portalına İnsаn Hüquqlаrı üzrə Mааrifləndirmə İctimаi Birliyindən (İHM İB) məlumat verilib.
Məlumatda deyilir ki, 2010-cu ildə sahibkarlıq fəaliyyəti ilə bağlı sahibkarlar İsmiyev Hidayət Bəybala oğlu, Şabanov Qəzənfər Ağazahid oğlu və Seyidov Mirheydər Mirseyid oğlu İnsаn Hüquqlаrı üzrə Mааrifləndirmə İctimаi Birliyinin Аvrоpаdа Təhlükəsizlik və Əməkdаşlıq Təşkilаtının (АTƏT) Bаkı оfisinin dəstəyi ilə həyata keçirdiyi “Kiçik və orta sahibkarlar üçün hüquqi Məsləhət Mərkəzləri" adlı lаyihəsi çərçivəsində onlara müraciət ediblər: "Müraciətdə bildirilmişdir ki, sahibkarlar Bakı şəhəri, Nəsimi rayonu, C.Cabbarlı meydanı, yeraltı keçid ünvanında yerləşən (28 May metrostansiyasında) ticarət obyektlərində 1987-ci ildən 1997-ci ilədək Bakı şəhəri İcra Hakimiyyətinə məxsus idarələr ilə və 1997-ci il tarixdən 2001-ci il tarixədək isə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ilə aralarında olan icarə müqavilələri əsasında ticarət fəaliyyəti ilə məşğul olmuşlar.
Lakin 2001-ci ildən yeraltı keçid 7 il ərzində təmirə bağlandıqdan sonra sahibkarlar ilə aralarında olan müqavilələr hələ müddəti bitməmiş dayandırılmışdır. Qanunla icarə müqavilələrinin ləğv edilməsi həmin müqavilələrdə göstərilən şərtlərin gerçəkləşməsi və ya məhkəmə qaydasında mümkündür. Lakin burada heç bir qanuni tələblərə məhəl qoyulmamışdır. Sadəcə sahibkarlar əmin edilmişdir ki, təmirdən mütləq icarə müqavilələri üzrə həmin obyektlərdə fəaliyyətlərini davam etdirə biləcəklər. Daha sonra təmir müddəti ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2008-ci il tarixli 112/s saylı sərəncamına uyğun olaraq həmin yeraltı keçid Bakı şəhər İcra Hakimiyyətinin balansından Nəqliyyat Nazirliyinin balansına verilmişdir. Bunu bəhanə edərək Nəqliyyat Nazirliyi bəzi sahibkarlara həmin keçiddə yer ayırmış, digərlərinə isə səbəb göstərmədən ayırmamışdır. Məsələ ilə bağlı sahibkarlar Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Hakim Elmar Kərimovun sədrliyi ilə baxılan məhkəmə prosesində iddia rədd edilib. Digər məhkəmə instansiyalar da həmin qətnaməni qüvvədə saxlayıb. Hazırda bu iş Avropa Məhkəməsinə hazırlanır", - deyə İHM məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, ƏMDK-nin əsasnaməsi və Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 1997-ci il tarixli 629 saylı Fərmanı dövlət əmlakının istifadəsinin-icarəyə verilməsi səlahiyyətini müstəsna olaraq ƏMDK-nə həvalə edir: "Buna baxmayaraq, istifadə olunan dövlət əmlakının istifadəsindən ƏMDK-nin məlumatı guya yox idi. Beləki, ƏMDK-si bu fakt barəsində müraciətimizə cavab olaraq təşkilatımızın ünvanına daxil olan 04.04.2011-ci il tarixli məktubunda qeyd edilmişdir ki, həmin keçiddə yerləşən sahələrin icarəyə verilməsi və özəlləşdirilməsi barədə onlara heç bir fiziki və ya hüquqi şəxslə bağlanılmış əqd qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, müraciətinizdə qaldırılan məsələyə Nəqliyyat Nazirliyi tərəfindən münasibət bildirildikdən sonra Komitədə məsələnin həlli istiqamətində mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görüləcəkdir. Nəsimi rayon Məhkəməsinin baxışında Nəqliyyat Nazirliyinin və ƏMDK-nin nümayəndələrinin ifadəsinə əsasən Nəqliyyat Nazirliyinin balansında olan həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olunduğundan xəbəri olmadığını iddia etmişdir.
Maraqlıdır ki, balans saxlayan mərkəzi icra hakimiyyəti orqanın öz balansından olan yeraltı keçid sahəsindəki ticarət obyektlərinin mövcudluğundan xəbəri olmadığını iddia etməsi ilə bərabər dövlət əmlakının müstəsna sərəncamçısı olan ƏMDK-nin də rəsmi məktubuna əsasən həmin ərazidə fəaliyyət göstərən 100-dən çox ticarət obyektlərinin sahibləri ilə hər hansı müqavilələrin qeydə alınmadığı bildirilmişdir. Bundan başqa əldə etdiyimiz müqavilə surətlərinə və həmçinin digər sübutlara əsasən həmin yeraltı keçid ünvanındakı obyektlərdə işləyən mağaza sahiblərindən dövlət əmlakından istifadə qarşılığında icarə haqqı olaraq aylıq 800 AZN ödəniş toplanılır (Bu isə aya təxminən 80 000, ilə isə 960 min manat təşkil edir). Bu icarə haqqları dövlət büdcəsinə ödənilməli olduğu halda ödənişlər qanuni olması olduqca mübahisəli vasitə və üsullarla sahibkarlardan hər ayın əvvəlində toplanılır və hara gedir bəlli deyil. Bundan əlavə, dövlət əmlakının icarəyə verilməsi səlahiyyəti və icarə müqavilələrinin qeydiyyatının aparılması səlahiyyəti dövlət əmlakının müstəsna sərəncamçısı olan ƏMDK-nə həvalə edilməsinə baxmayaraq, həmin ərazıda 100-dən çox ticarət obyektində fəaliyyət göstərən sahibkarlar "ZQAN" Holdinqə məxsus “ROYAL İSTEYT” MMC arasında bağlanmış icarə müqaviləsi əsasında indiyədək fəaliyyət göstərirlər. Həmin müqavilədə Nəqliyyat Nazirliyinin həmin yeraltı keçiddə yerləşən ticarət obyektlərini öz sərəncamı ilə “ZQAN” Holdinqə məxsus “ROYAL İSTEYT” MMC-yə icarə verildyi qeyd olunur. Halbuki, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 1997-ci il tarixli 629 saylı Fərmanının birinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərəncamçısına - ƏMDK-nə məxsusdur. Habelə, Azərbaycan Respublikasının Prezidentinin 06 iyun 2007-ci il “Dövlət Əmlakının qorunub, saxlanılması və səmərəli istifadə edilməsinin təkminləşdirilməsi haqqında” Fərmanına əsasən Dövlət proqramı təsdiq olunmuş və həmin proqramın qarşısında dövlət əmlakının istifadəsinin dövlət büdcəsinə daxil olan vəsaitin həcminin artırılması. Və dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, ondan istifadə edilməsinə mükəmməl nəzarətin təmin edilməsi kimi vəzifələr vardır. Lakin hazırkı faktlar mövcudluğu onu göstərir ki, dövlət əmlakının qanuna uyğun istifadəsi üzrə faktiki qeyri müəyyən halların aradan qaldırılması və bu məsələyə rəsmi mövqenin bildirilməsinin qeyri mümkünlüyü hüquqi dövlətin hamılıqla qəbul edilmiş prinsipləri ilə birbaşa ziddiyyət təşkil edir və hökümətin antikorrupsiya tədbirləri fəaliyyətindəki addımlarına kölgə salır.Yuxarıda qeyd olunan hallar barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğuna dəfələrlə müraciət edilməsinə baxmayaraq prokurorluqdan rəsmi cavab almaq mümkün olmamışdır. Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanuna zidd olaraq müraciətə cavab verilməməsi təəssüfedici haldır".
Məlumatda qeyd edilir ki, yuxarıda qeyd olunan halların araşdırılması, qanuna müvafiq qaydada müvafiq dövlət qurumlarının bu məsələyə dair rəsmi münasibətinin öyrənilməsi və dövlət əmlakının istifadəsindən gələn həmin gəlirlərin dövlət büdcəsinə yönləndirilməli olduğunun vacibliyini vurğulayaraq dövlət qurumlarından ƏMDK-nin sədri Kərəm Həsənova, vergilər naziri Fazil Məmmədova, nəqliyyat naziri Ziya Məmmədova, baş prokuroru Zakir Qaralova, Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə məsələyə dair rəsmi mövqenin bildirilməsini xahiş edilib. Lakin müraciətlərə cavab verilməyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Bu gün, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Bu gün, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Bu gün, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
|