RAMİZ MEHDİYEV ÜÇÜN DUA EDİLDİ
Tarix: 13-03-2013, 15:22 |
Çap et
Xəbər verdiyimiz kimi bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının hüquqlarının müdafiəsi komitəsi onun həbsi ilə bağlı mətbuat konfransı keçirib. FaktXeber.com-un verdiyi məlumata görə, konfransda çıxış edən Əvəz Zeynallının anası Şamama Zeynallı maraqlı fikirlər səsləndirib.
Şamama xanım çıxışı zamanı bildirdi ki, Əvəzi şərləyən şəxs Azərbaycanı bütün dünyaya biabır etdi: ” Gülər Əhmədova özü dələduzun böyüyü olduğu halda, onun sözü ilə Əvəz kimi oğula 9 il həbs cəzası verdilər. Görünən budur ki, bunlar hər hansı cinayət törətməsindən asılı olmayaraq qılınclarının qabağı da kəsir, dalı da.”
Baş redaktorun anası sonda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə dua etdi: “Sonda hörmətli akademikimizə növbəti parlament seçkilərinə qədər uzun ömür, möhkəm cansağlığı, ölümünün gözünə dik baxana qədər bir mandatı 3 nəfərə yox, 5 nəfərə satacaq qədər cəsarətli kadrlar və nəhayət xeyirli bazar arzu edirəm.”