
İLK TURDA ROMA PAPASI SEÇİLMƏYİB
Katolik kilsəsinin kardinalları martın 12-si Vatikanda keçirilən səsvermənin ilk turunda Roma papasını seçə bilməyiblər. Qələbə üçün namizəd 115 kardinaldan 77-nin səsini almalıdır.
Səsvermə bir neçə gün davam edə bilər. Qaydaya görə, kardinallar gündə dörd dəfə səs verir, nəticələr isə gizli saxlanır.
Əvvəlki Roma papası XVI Benedikt fevralın 28-də səlahiyyətlərini rəsmən başa çatdırıb. 85 yaşlı XVI Benedikt katolik kilsəsinə 2005-ci ilin aprelindən rəhbərlik edirdi. Fevralın 11-də o, yaşlandığını, kilsəni idarə etmək üçün kifayət qədər gücünün olmadığını vurğulayaraq istefa verib. \ "Media forum" \