Əsas Səhifə > Dünya > KATOLİKLƏR HƏLƏ DƏ LİDERSİZ QALIBLAR

KATOLİKLƏR HƏLƏ DƏ LİDERSİZ QALIBLAR


13-03-2013, 09:38
KATOLİKLƏR HƏLƏ DƏ LİDERSİZ QALIBLAR
İLK TURDA ROMA PAPASI SEÇİLMƏYİB

Katolik kilsəsinin kardinalları martın 12-si Vatikanda keçirilən səsvermənin ilk turunda Roma papasını seçə bilməyiblər. Qələbə üçün namizəd 115 kardinaldan 77-nin səsini almalıdır.

Səsvermə bir neçə gün davam edə bilər. Qaydaya görə, kardinallar gündə dörd dəfə səs verir, nəticələr isə gizli saxlanır.

Əvvəlki Roma papası XVI Benedikt fevralın 28-də səlahiyyətlərini rəsmən başa çatdırıb. 85 yaşlı XVI Benedikt katolik kilsəsinə 2005-ci ilin aprelindən rəhbərlik edirdi. Fevralın 11-də o, yaşlandığını, kilsəni idarə etmək üçün kifayət qədər gücünün olmadığını vurğulayaraq istefa verib. \ "Media forum" \

Geri qayıt