TƏHSİL NAZİRLİYİNİN “ÜSYANKAR” DƏRSLİK MÜƏLLİFİ
Tarix: 12-03-2013, 08:38 | Çap et
Çəkmə şotkasını məməlilər sinfinə aid etməklə onda süd vəzisi əmələ gəlmir. Karl Marks
Üç gün öncə Modern.az saytında “Təhsil Nazirliyinin dərslik müəllifi TQDK-ya üsyan etdi” sərlövhəli yazı dərc olundu. Başlığı oxuyanda düşündüm, görəsən, kimdir TQDK-nın üstünə yeriyən və öz-özümə dedim: Bu adam kimdirsə, yəqin quruma qarşı “haray-qışqırıq”, “hayqırtı”, “nərə” ilə yox, ən müasir top-tüfənglə mücadiləyə başlayıb. Digər tərəfdənsə, TQDK-ya yazığım gəlməyə başladı: Bu gəlişin qarşısında o, necə duruş gətirəcək? Rəhmətlik Sabir demişkən, “Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!”. Bu minvalla yazını başdan-ayağa diqqətlə oxudum... Məlum oldu ki, yazı Rafiq İsmayılov adlı bir şəxsin TQDK-dakı dərslik monitorinqlərinə etirazları üzərində qurulub və bu adam əvvəldən axıradək var gücü ilə “həyəcan təbili” çalır: Ay aman qoymayın, yaxşı olan nəyimiz varsa, hamısı əldən gedir; “müşgü-ənbər qoxuyan” Azərbaycan dili dərsliklərini bir-bir çıxdaş edirlər; TQDK-nın divarları arxasında “gizlənən” ekspertlər üzə çıxmırlar; onların dərslikdən, müəllim üçün metodik vəsaitdən, kurikulumdan, müasir təlim metodlarından başları çıxmır və s. Kimdir Rafiq İsmayılov? – 1-7-ci siniflərin hal-hazırda istifadədə olan Azərbaycan dili dərsliklərinin müəllifi... Bir neçə ildir ki, mətbuatdan gen gəzən bu adam son aylar fəallaşmağa, müxtəlif elektron və yazılı media vasitələrində görünməyə başlayıb. Bu gun o, necə deyərlər, mətbuat ulduzuna çevrilib. Demək olar, hər gün müxtəlif qəzetlərdə və saytlarda onun yazılarına və müsahibələrinə rast gəlirik. Onda avtomatik bir sual ortaya çıxır: Görəsən, Rafiq əfəndinin mətbuatla simsarlaşmasının səbəbi nədir? – Sən demə, TQDK adamın “dağdan ağır” üç dərsliyini – 1, 3, 4-cü sinif Azərbaycan dili dərsliklərini çıxdaş edibmiş və mətbuat ona öz “dərdini” danışmaq (həm də dağıtmaq!), söz oyunundan istifadə etməklə ayıblarını ört-basdır eləmək üçün lazımmış. Daha demir ki, məktəblərdə müəllimdən tutmuş qapıçıyadək hamı TQDK-nın yekun rəyindən xəbərdardır: “Dövlət rəmzləri, xalqımızın dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri haqqında şagirdlərdə ilkin anlayışların yaradılması və təbliği baxımından dərslikdə bir sıra ciddi qüsurlara yol verilib. Dərslikdə Azərbaycançılıq, türkçülük və milli-mənəvi dəyərlər epizodik verilib, çox hallarda isə “unudulub””... Bildiyimiz kimi, indiyədək istifadədə olan 5-6-cı sinif Azərbaycan dili dərsliklərinə Rafiq İsmayılov “Sən nə vaxt göz eylədin, Mən demədim baş üstə” – kimi çoxlu sayda erotik materiallar daxil etmişdi. Bu azmış kimi, o, çalışmaları (krossvordlar, testlər, cədvəllər və s.) elə tərtib etmişdi ki, istər-istəməz, şagird onlar üzərində qeydlər aparmalı olurdu və dörd il üçün nəzərdə tutulmuş dərslik yararsız hala düşürdü. Növbəti il həmin dərslikdən istifadə edən şagirdin valideyni isə yenisini almaq zorunda qalırdı. Bir sözlə, dərslik əsl “biznes” təfəkkürü ilə hazırlanmışdı. Başqa misal. Bir neçə il öncə Rafiq İsmayılovun rəhbərlik etdiyi nəşriyyatda 7-ci sinif üçün fransız dili dərsliyi çap olunmuşdu. Dərslik, demək olar ki, Fransa dövləti üzərində qurulmuşdu. Daha doğrusu, buradakı materialların 99 faizini “Marselyoza”dan tutmuş, Fransanın tarixi, coğrafiyası, ədəbiyyatı, adət-ənənələri, mədəniyyəti, idmanı, məhsullarının reklamı (?!) və s. təşkil edirdi. Biabırçılığın dərəcəsinə baxın, hətta dərsliyin adı dəyişdirilərək “Fransanı kəşf edirik” qoyulmuşdu... Gətirdiyim bu iki misaldan sonra üzümü TQDK-ya tuturam: Deyin görüm, bu cür təfəkkür sahibindən dövlət rəmzlərimiz, xalqımızın dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri, Azərbaycançılıq, türkçülük və s. ilə bağlı nəsə ummağa dəyərmi?! Rafiq İsmayılova isə deyirəm: Əbəs yerə özünüzü yormayın, çəkmə şotkasını məməlilər sinfinə aid etməklə onda süd vəzisi əmələ gəlmədiyi kimi, sizin də məsələni o tərəf, bu tərəfə dartmağınızla dərsliklərinizdəki nöqsanlar buxarlanası deyil, yaxşı olar ki, onları necə düzəltmək haqqında düşünəsiniz...
P.S. Müəllifi başa düşürəm, birtəhər vəziyyətdən çıxmaq istəyir, amma həmkarım Nabatəli Qulamoğlunu anlamadım. Bu adamın “Azadlıq”dakı son müsahibəsindən belə çıxır ki, o, “ölmüş dərsliklərin” yenidən xortladılmasını istəyir...
Nadir İSRAFİLOV, təhsil eksperti
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
|