İSGƏNDƏR XƏLİLOV KAPİTULYASİYA EDİR?
Tarix: 21-02-2013, 12:36 |
Çap et
TANINMIŞ MİLYARDER FEDERASİYADAN GETDİRusiyada yaşayan azərbaycanlı iş adamı, Milyarderlər İttifaqının üzvü İsgəndər Xəlilov Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının (AFKF) prezidenti vəzifəsindən getməyi qərara alıb. Bu haqda Lent.az-a federasiyanın vitse-prezidenti Fuad Quliyev məlumat verib.
F.Quliyevin sözlərinə görə, İ.Xəlilov işlərinin çoxluğu ilə əlaqədar istefa verib. Onu əvəzləməyə yeganə namizəd oğlu Rəhman Xəlilovdur. Federasiyanın hesabat-seçki konfransı Novruz bayramı ərəfəsində baş tutacaq. Həmin konfransda bu əvəzləmə rəsmiləşəcək.
Qeyd edək ki, ölkəmizdə qış idman növləri üzrə daha bir qurumun - Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti İskəndər Xəlilovun digər oğlu Rauf Xəlilovdur.