QAÇQINLAR TƏLƏSİBMİŞ? - FOTOLAR
Tarix: 15-02-2013, 11:50 |
Çap et
HƏR HALDA RƏSMİ MÖVQE BELƏ OLDUFevralın 15-də bir qrup məcburi köçkün Bakıda, Tbilisi prospektində, Nəqliyyat Nazirliyilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qarşısında yolu bağlayıblar. Az sonra polis yolu açıb.
“Ans press”in məlumatında deyilir ki, məcburi köçkünlər məişət problemlərinin həll olunmamasından narazıdırlar. Eyni zamanda, onları qəbul edib, dinləyən şəxsin olmamasından şikayətləniblər.
“Sadəcə biz yığılıb yolu bağladıqdan sonra bizi qəbul edib, problemlərimizlə maraqlanmağa razılıq verdilər”, - deyə aksiya iştirakçılarından biri bildirib.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Telman Məmmədov “Ans press”ə bildirib ki, həmişə məcburi köçkünlərin problemləri ilə maraqlanıblar:
“Sadəcə onlar bir az səbirsizlik etdilər. Qəbul günlərini gözləmək istəmədilər. Onların tələbi məişət problemləri, bəzilərinin işsiz olmasıdır. Axı hansısa problemi birdəfəlik həll etmək mümkün deyil. Hazırda məcburi köçkünlərlə danışdıq. Onlar yolu açdılar. Mən özüm şəxsən və komitə sədrinin müavini və digər əməkdaşalrımız onları qəbul etmişik. Hazırda qaçqınların problemləri dinlənilir”.