İKİ DÖVLƏT QURUMU MƏHKƏMƏDƏ TOQQUŞASI OLDU
Tarix: 6-02-2013, 12:12 |
Çap et
“AZƏRİQAZ”DAN “AZƏRPOÇT”A İTTİHAM
DİA.AZ: - ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi (İB) “Azərpoçt” MMC-ni məhkəməyə verib. DİA.AZ bildiri ki, bu barədə Femida.az portalı məlumat yayıb. Qaynağın verdiyi xəbərə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Azəriqaz” İB “Azərpoçt” MMC-yə qarşı tikinti işlərinin dayandırılması və sökülərək mühafizə zonasından çıxarılması tələbi barədə iddia qaldırıb.
Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib.
Bakı Apellyasiya Məhkəməsi aktı ləğv edib və yeni qətnamə qəbul edib.
Hazırda işə Ali Məhkəmədə baxılır.