AĞCABƏDİDƏN YENİ XƏBƏR: AKSİYA QƏRARI QƏTİLƏŞDİ
Tarix: 31-01-2013, 16:04 |
Çap et
SAHİBKARLAR NARAZILIQ EDİR
DİA.AZ: - Az əvvəl məlumat verərək bildirmişdik ki, Ağcabədi rayonunda bir qrup sahibkar kənd təsərrüfatı kreditlərinin bölüşdürülməsində yol verilən ədalətsizliyə görə rayonun icra başçısı Şahin Məmmədovu əsas günahkar kimi qəbul edərək ona qarşı imzatoplama kampaniyasına başlayıblar.
DİA.AZ-a rayondan verilən son məlumatda bildirilir ki, gələn həftənin şənbə günü sahibkarlar icra hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar: «Təxminən 60-a yaxın sahibkarın imzası toplanılıb və onların hamısı aksiyada iştirak etməyə razılıq veriblər».
Mənbəmiz onu da əlavə etdi ki, etirazçıların sayı daha da çoxala bilər.