“AZƏRBAYCANIN DİNDAR ƏHALİSİ BU VƏZİYYƏTƏ DÖZMƏYƏCƏK”
Tarix: 14-11-2011, 16:25 |
Çap et
İRANLI AYƏTULLAH YENƏ DƏ AZƏRBAYCANI HƏDƏFƏ ALDI
«Bir neçə gün əvvəl Azərbaycan haqqında nitq söylədim və o ölkədə islamofobiyaya xəbərdarlıq etdim».
Bunu Ayətullah Məkarim Şirazi İran mətbuatına açıqlamasında bildirib.
O, deyib:
«Azərbaycanlıların əksəriyyəti şiələrdir. Amma hakimiyyət son zamanlar insanlara təzyiqlər edir və məscidləri dağıdır».
Ayətullah dini ədəbiyyatın - risalələrin yayılmasına qadağalardan da təəssüfünü bildirib:
«Son zamanlar tələbə və məmurların məsciddə ibadət etməsinin yasaq olunduğu bildirilir».
Şirazi deyib ki, Azərbaycan xalqının uğuru və sevinci iranlı ayətullahların da istəyidir:
«İslamı müdafiə etmək şəriətin tələbidir. Biz istərdik ki, bütün müsəlman ölkələrində, xüsusən də qonşularımızda stabillik hökm sürsün».
Ayətullah Məkarim bundan əvvəl də Azərbaycanı hədələyici bəyanatlar vermişdi. Qeyd etmişdi ki, Azərbaycanın dindar əhalisi bu vəziyyətə dözməyəcək və onlar zalımların cəzasını verəcəklər.