LAÇININ İCRA BAŞÇISINA ŞOK İTTİHAMLAR
Tarix: 4-12-2012, 08:36 | Çap et
HAQQI TAPDANMIŞ KEÇMİŞ LAÇINLI MƏMUR PREZİDENTDƏN KÖMƏK İSTƏDİDİA.AZ: - Laçın rayonunun Şeylanlı kəndindən məcburi köçkün, hal-hazırda Ağcabədi rayonu ərazisində məskunlaşmış Baxışov Müqabil Baxış oğlu tərəfindən redaksiyamıza şikayət məktubu göndərilib. DİA.AZ-a daxil olan məktubda narazı vətəndaş başına açılan oyunlardan danışır:
“2008-ci ilin dekabır ayında R.Cəbrayılov Laçin rayonuna başçı təyin olunduqdan sonra köçkün həyatı yaşayan laçınlıların konstitusyon hüquq və azadlıqları, adi insan haqları işğala məruz qaldı. Rayonu öz qanunları ilə idarə edən R.Cəbrayılovun korrupsiya və rüşvətxorluqa meydan verməsi onsuz da ağır olan vəziyyətimizi daha da ağırlaşdırırdı. Rayonda tüğyan edən yerlibazlıqdan, qohumbazlıqdan, rüşvətxorluqdan narazı qalan rayon sakinləri kütləvi şəkildə şikayət ərizələri ilə yuxarı orqanlar müraciət edirdi. R.Cəbrayılovun qanunsuz əməllərindən yazılmış şikayət ərizələri nədənsə baxılıb tədbir görülməsi üçün elə R.Cəbrayılovun özünə göndərilirdi.
Yuxarı orqanlara şikayət ərizələri ilə müraciət etmiş rayon sakinləri İcra başçısının qəzəbinə tuş gələrək, təzyiqlərə məruz qalırdılar. R.Cəbrayılovun yaxın qohumu olan Laçın RPŞ-nin rəisi M.Kərimovun isə özünü demokratik bir respublikanın qanun keşikçisindən üzaq əsl qoçu kimi aparması vətəndaşların hüquq mühafizə orqanlarına olan inamına da kölgə salırdı. R.Cəbrayılova öz sədaqətini nümaiş etdirən M.Kərimov vətəndaşların qanunla nəzərdə tutulmuş hüquq və azadlıqlarıni tapdamaqdan da çəkinmirdi.
R.Cəbrayılovun qanunsuz əməllərindən yuxarı orqanlara şikayət ərizələri ilə müraciət etmiş rayonun Şeylanlı kənd sakini Mirzəyev Almurad Novruz oğlunu R.Cəbrayılov icra hakimiyyəti aparatında döyərək işgəncələrə məruz qoydu. Bu qanlı olay İran İslam Respublikasının “Səhər” telekanalında yayımlansa da, R.Cəbrayılova “gözün üstə qaşın var” deyən bir kimsə tapılmadı.
Laçın rayon ƏSMM-nın sabiq baş mühasibi M.Səmədov R.Cəbrayılovun yaxın qohumu və kəndçisi A.Abbasovun həmin idarəni korrupsiya yuvasına çevirməsinə etiraz etdiyi üçün R.Cəbrayılovun iş otağında Laçın Rayon Polis şöbəsinin rəisi M.Kərimov tərəfindən döyülərək təhqir olundu və R.Cəbrayılovun sifarişi ilə tutduğu vəzifədən azad edildi. M.Səmədov bu ədalətsizliyə dözməyib yuxarı orqanlara şikayət ərizələri ilə müraciət etsə də, heç bir orqan tərəfindən ədalətli araşdırma aparilmadı. Ümidini itirmiş M.Səmədov Laçın rayon İH-nin binasının qarşısında özünü yandırmaqla intihara cəhd etdi. Bu qanli olay respublikanın mətbuat və informasiya orqanlarında yayimlansa da, dövlətin aidiyyatı orqanları yenə də bu qanlı olaya susmaqla cavab verdi.
Rayonun Qarakeçdi kənd sakini Həsənov Aslan Əhliman oğlu R.Cəbrayılovun qanunsuz əməllərindən yuxarı orqanlara şikayət ərizələri ilə müraciət etdiyi üçün rayon Baytarlıq idarəsinin müdiri Ə.Nadirov tərəfindən şərlənərək barəsində qondarma cinayət işi açıldı. Hətta RPŞ-nin rəisi M.Kərimovun göstərişi ilə İstintaq bölməsinin rəisi Ələddin müəllim yol verdiyi qamunsuzluqlardan yaxa qurtarmaq üçün pensiyaya çıxmaq məcburiyyətində qaldı. Hal-hazırda A.Həsənovun barəsində açılmış cinayət içinə Laçın rayon məhkəməsində baxılır.
Rayonun Qoşasu kənd sakini, şəhid ailəsi Yasəmən adlı qadın oğluna iş istədiyi üçün RCəbrayılovun ondan rüşvət tələb etməsidə nədənsə ört-basdır edildi.
Bu siyahını çox uzatmaq olar . Mədəniyyət şöbəsinin sabiq müdirləri Çingiz müəllimin, Azər müəllimin, musiqi məktəbinin sabiq direktoru Daşqın müəllimin, rayon DSMF –nin sabiq müdiri Musa müəllimin, Maliyyə Şöbəsini sabiq müdiri Zülfüqar müəllimin, R.Cəbrayılovun tamahının qurbanına çevrilmiş sabiq Təhsil Şöbəsinin müdiri Şahlar müəllimin və TŞ-nın sabiq kadr məsələləri üzrə məsləhətçisi Aqil müəllimin başlarına gətirilənləri hələ demirəm.
Həmin vaxtlar mən də rayon Təhsil Şöbəsində metodis vəzifəsində çalışırdım. R.Cəbrayılovla münasibətlərimiz də çox yaxşı idi. R.Cəbrayılovun da şəxsən mənə heç bir pislyi olmamışdı İcra başçısı ilə olan yaxın münasibətlərimiz sayəsində ona yuxarı orqanlarda daydayılıq edən yüksək post tutmuş məmurların kimliyini də bilirdim. R.Cəbrayılova hər ilin sentyabr ayında rayonun hər bir tam orta məktəbindən 800 manat, ümumi orta məktəblərin hər birindən 500 manat və hər ay hər bir məktəbdən 100-150 manat aylıq toplandığının şahidi olurdum. R.Cəbrayılovla yaxın münasibətlərimizin olmasına baxmayaraq rayonda yaranmış anormal mühit məni də çox narahat edirdi. Hətta 2010-cu ilin axırlarında dəfələrlə R.Cəbrayılovun qəbulunda olub rayonda hökm sürən yerlibazlığa, qohumbazlığa öz kəskin etirazımı bildirdim. 2011-ci ilin əvvəllərində rayonda vəziyyət olduqca gərginləşmişdi. R.Cəbrayılovun yalnız rayonun Güləbird və Ağanus kəndlərindən rəhbər vəzifələrə kadrlar təyin etməsi və digər kəndlərin sakinlərinə kölə kimi baxmasi sakinləri yuxarı orqanlara müraciət etmək məcburiyyətində qoyurdu. R.Cəbrayilovun “hakimi-mütləq” elan etdiyi Güləbird və Ağanus kəndlərindən olan pensiyaner kadrlarda rəhbər vəzifələrə təyinat alırdı. Rayon İH-nin Laçın şəhəri üzrə nümayəndəsi, İcra başçısının iqtisadi məsələlər üzrə müavini, 91 saylı Laçın seçki dairəsinin sədri və bütün katibləri, Rayon TŞ-nın müdiri, Kapitalbankın Laçın filialının müdiri, Mədəniyyət və Turizm Nazirliyinin Laçın Şöbəsinin müdiri, Sığorta idarəsinin müdiri, Evlər idarəsinin müdiri, PŞ-nın rəisi və.s. R.Cəbrayılovun hakimi mütləq elan etdiyi kəndlərdəndirlər. Hətta bu komandaya daxil olan bəzi kadrların diplomlarının saxta olması da R.Cəbrayılovun vecinə deyildi. Saxta diplomu olanlar məktəb direktoru, İcra nümayəndəsi və idarə müdiri kimi rəhbər vəzifələrə təyin olunublar.
Həmin vaxtlar R.Cəbrayılovun rayonda Cənab Prezident İ.Əliyevə yaxınlığı ilə seçilən bəzi mötəbər məmurların adlarını öz “daydayıları” siyahısında hallandırması rayon sakinlərinin yuxarı dairələrə olan inamına kölgə salırdı.
Rayonda yaranmış anormal vəziyyətdən çıxış yolu axtaran rayonun 50-yə yaxın ziyalısı və fəal ağsaqqalı bir araya gələrək hökümətin diqqətini Laçın rayonunda yaranmış vəziyyətə cəlb etmək üçün 2012 -ci ilin mart ayının əvvəllərində dinc aksiya keçirmək qərarına gəldilər.
Əllərində mərhum prezident H.Əliyevin və cənab Prezident İ.Əliyevin portretləri olan rayon sakinləri rayonun Qarakeçdi obasının yanından başlayaraq Zərdab Ağcabədi magistral yolu istiqamətdə “Korrupsiyaya yox” və “R.Cəbrayılovun qanunsuz əməllərinə son qoyulsun” şüarları ilə irəliləyərkən polisin müqaviməti ilə rastlaşdılar və dinc aksiya dağıdıldı. Lazım gələrsə, aksiyanın video görüntülərini də təqdim edəcəym. Mitinqin təşkilində məndən və rayon Səhiyyə şöbəsinin müdir müavini Z.Əhmədovdan şübhələnən ixtisasca baytar olan icra başçısı həmin gün sosial şəbəkələrdə bizi şantaj etdirdi.
R.Cəbrayılov dövlət orqanlarının diqqətini real vəziyyətdən yayındırmaq məqsədi ilə guya Suriya və İraqdan PKK –çıların gəldiyini, rayonun Qarakeçdi obasında görüş keçirildiyini və həmin görüşdə mənim və Z.Əhmədovunda iştirak etdiyini, eyni zamanda mitinqin buna etiraz əlaməti olduğunu bir sıra internet portallarında yayımlatdırdı. Öz şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan R.Cəbrayılov bununla da Milli Təhlükəsizlik orqanlarının fəaliyyətini şübhə altına aldı. R.Cəbrayılovun belə iyrənc oyunlara əl atmasi məni də aidiyyatı dövlət orqanlarına və mətbuata müraciət etməyə məcbur etdı. 24 mart 2012-ci il tarixdə “Gündəlik Bakı” qəzetinin redaksiyasında Z.Əhmədovla mətbuat konfransı keçirərək rayonda yaranmış vəziyyət barədə mətbuata ətraflı məlumat verdik. Həmin vaxt Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən xeyriyyə fondundan oğurlanmış pulların rəsmi cədvəllərinin surətlərini və Cənab Prezidentin sərəncamı ilə tikilmiş 552 evlik qəsəbədə satılmış evlərin siyahısını mətbuatda dərc edilməklə, aidiyyəti dövlət orqanlarından dərhal tədbir görmələrini xahiş etdik. Çox təssüf ki, mətbuatda dərc olunmuş bu təkzibolunmaz korrupsiya faktlarına da aidiyyatı orqanlar göz yumdu. Həmin cədvəllərin surətlərini bizə ötürməkdə günahlandırılan “Kapitalbank”ın Laçın filialının müdiri və bir neçə işçisi R.Cəbrayılovun qəzəbinə tuş gələrək tutduqları vəzifələrindən azad olundular.
Qanunsuz əməllərinə rəvac verildiyini görən R.Cəbrayılov mətbuat orqanlarına üz tutduğuma görə rayonun polis və prokurorluq orqanları ilə mənə müxtəlif formalı təziqlər göstərir və həps etdirəcəyi,öldürtdürəcəyi ilə hədələyirdi. Həyatıma qarşı real təhlükənin olduğunu görüb təhlükəsizliyimin təmin edilməsi üçün Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə rəsmi müraciət etsəm də, heç bir nəticəsi olmurdu. Məcburiyyət qarşısında qalıb 4 iyun 2012-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirdim. Mətbuata geniş məlumat verməklə yanaşı cənab Prezidentə, Milli Təhlükəsizlik Nazirliyinə, Baş Prokurorluğa, Daxili İşlır Nazirliyinə, Beynəlxalq Qurumlara, ABŞ-ın və Almaniyanın Azərbaycan Respublikasındakı səfirliklərinə müraciət edərək həyatımın təhlükədə olduğunu , yaxın 15-20 günə şərlənərək həbs olunacağımı və bəri başdan “deşifrə edilməsini” çox acizanə xahiş etsəm də taleyimlə maraqlanan olmadı. Artıq mən başa düşürdüm ki, R.Cəbrayılovun rayonda dedikləri doğrudur. Həqiqətən də dövlətin ali orqanlarında R.Cəbrayılova “daydayılıq” edən şərikləri var və bu “daydayıların” R.Cəbrayılova canıyananlığı sayəsində ya həyatıma qəsd olunacaq ya da şərlənərək həbs olunacağam.
Yeganə çıxış yolum Azərbaycan Respublikasından qaçmaq idi. Lakin ailə uşağımı qoyub R.Cəbrayılov kimi korrupsiya çirkabında boğulmuş birisinin qabağından qaçmağı da özümə yaraşdırmadım. Nəticədə cəmi 14 gün sonra 18 iyun 2012-ci il tarixdə R.Cəbrayılovun yaxın dostu və qohumu Ağcabədi RİH-nin başçısı Ş.Məmmədovun göstərişi ilə Ağcabədi Rayon Polis Şöbəsi məni əvvəlcədən hazırlanmış ssenari üzrə çox ustalıqla həbs etdi. Çox acınacaqlı haldır kı, əvvəlcədən müraciət etməyimə baxmayaraq DİN-ni və Baş Prokurorluqu bu sual maraqlandırmadı ki, nəyə görə R.Cəbrayılovun qanunsuz əməllərinə etiraz edən rayon sakinləri dərhal “xuliqan” olurlar. Ağcabədi polisində gördüklərimdən şoka düşdüm.
Mənə qarşı olan ədalətsizliklərə narazılığımı bildirəndə şöbənin istintaq bölməsinin rəisi M.Həsənov mənə bildirdi ki, “müəllim, sən nə etmisənsə, Ağcabədi Rayon İH-nın Başçısı Ş.Məmmədov qəti tapşırıb, barəndə mütləq həbs qətimkan tədbiri seçməliyik. Mənim də atam laçınlıdır. Sabah deməyin ki, Mehman müəllim bizə əvvəlcədən niyə vəziyyəti demədi. Baş Prokurorluqdan və Daxili İşlər Nazirliyindən də həbs olunmağına tapşırıq verilib. Sənə hörmətim odur ki, yolunu göstərirəm. Valideyinlərin ağsaqqal götürüb getsinlər R.Cəbrayılovun və Ş.Məmmədovun yanına. Artıq-əksik danışmaq lazım deyil. Gedəndə sənin adından üzr istəsinlər, bəlkə ürəyi yumşala. Əgər R.Cəbrayılov “dabro” verməsə, 3-4 ilin hazırdı”.
Əslində Mehman müəllim reallığı deyirdi. Həqiqətən də həmin vaxt düşdüyüm belə bir çətin vəziyyətə pis olmadım. Yalnız yaşadığımız cəmiyyətdə şərin-böhtanın ayaq tutub yeriməsinə və qanunlarımızın belə ucuz bayağı səviyyəyə enməsinə, kiminsə əlində alətə, gəlir mənbəyinə çevrilməsinə qəlbən acıdım. Hətta məndən şikayətçi olan “Aqroinvest” kredit ittifaqının Ağcabədi filialının rəhbəri V.Mehdiyev də məni təkid edirdi ki, sən niyə R.Cəbrayılovdan üzr istəmirsən ki, məni də nahaqdan sənin üzünə dirəndirməsinlər: “Xahiş edirəm, get Ramiz müəllimlə barış, bəlkə mən də günaha batmayım. Mənim də vicdanım sızıldayır, nahaqdan üzünə durduğuma görə ailəm də mənə pis baxır. Məni də başa düş. Mən Ramiz müəllimdən yox, Ş. Məmmədovdan qorxuram. Əgər onların dediyi kimi əleyhinə ifadə verməsəm, Şahin müəllim məni yox edər”.
Şahid qismində üzümə durmağa məcbur edilmiş vətəndaşlar da Allah qarşısında böyük günah etdiklərini və nahaqdan həbs olunacağımı düşünərək Ağcabədi RİH-nin başçısı Ş.Məmmədovdan qorxsalar da, mənim heç bir dava-dalaş etmədiyimə və təziq altında ifadə verdiklərinə dair ərizə və ifadə yazıb dövlət notariusunda təsdiq etdirib məhkəməyə göndərsələr də, məhkəmə prosesində əsl həqiqt nəzərə alınmadı.
Çox acınacaqlı haldır ki, Ağcabədi rayon Məhkəməsinin Sədri X.Fərhadov əsl həqiqəti bilsə də, aldığı sifariş qarşısında aciz qalaraq çox ədalətsiz qərara imza atdı. X.Fərhadovun bu hökmü açıqcasına göstərdi ki, Azərbaycan Respublikasında demokratiyadan, insan hüquq və azadlıqlarından, ən əsası isə müstəqil məhkəmə sistemindən danışmağa haqqı yoxdur.
Bəli, sonda heç bir günahım olmadan ədalətsizliyin qurbanına çevrilib 4 ay 16 gün Gəncə şəhər 2 Sayli istintaq təcridxanasında saxlandıqdan sonra Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə R.Cəbrayılovun əl-ayağına dolaşmamaq şərti ilə 3 il şərti cəzaya məhkum olundum. Ədalət məhkəməsi dediyimiz bu orqan qeyri-rəsmi olaraq mənə öz tapşırığını da verdı: “Yadında saxla ki, sonda şərti cəzayla ailə-uşağının yanında olmağa yenə Ramiz müəllim razılıq verdi. Get Ramiz müəllimin yanına ondan əvvəl etdiklərinə görə üzr istə. Yoxsa ha”...
Hətta X.Fərhadov valideyinlərimə tapşırdı ki, R.Cəbrayılovla mütləq barışaq. R.Cəbrayılovla barışmasaq, daha dəhşətli fəsadların olacağı da qaçılmazd. Şərti cəza ilə azadlığa buraxıldığım gündən müxtəlif formalı hədə və təzyiqlərə məruz qalmışam. R.Cəbrayılov qəti tələb edir ki, camaat içində ondan üzr istəməsəm, bank müidirinin adına Appelyasiya şikayət verdirib, məni yenidən həbs etdirəcək.
Həbs olunmamışdan əvvəl yaxın günlərdə həbs olunacağımı və aidiyyəti dövlət orqanlarının köməklik etməsini dəfələrlə xahiş etsəm də, həbs olunanda bu dövlət orqanları susdumaqla həbsimə sifariş verənlərə dolayısına dəstək oldular. Bu gün daha çətin vəziyyətlə üz-üzə qalmışam. R.Cəbrayılovun şərtlərini qəbul etməsəm, yenidən həbs olunacağam.
Mətbuat vasitəsi ilə üzümü R.Cəbrayılova tuturam: “Ramiz müəllim, hələ həbs olunmamışdan əvvəl “Əhsən sənə, Ramiz müəllim, əla “daydayın” var” başlıqlı yazım mətbu orqanlarda dərc olunmuşdu. Amma sənin “daydayılarının” bu boyda da güclü olduğunu təsəvvür etmirdim. İnana bilməzdim ki, kiməsə çor demədən “daydayıların” məni “xuliqan” elan edib həbs etdirə bilər. Sən Laçının başçısı ola-ola Ağcabədi Polisinin, Prokurorunun, Məhkəməsinin sənin qarşında necə aciz, cılız, yazıq vəziyyətdə qaldığını gördüm. Bu orqanların sənin “daydayılarına” görə Azərbaycan Respublikasının qanunlarına hörmətsizlik etdiklərinin şahidi də oldum. Sözlərimi tam səmimi qəbul et, ay Ramiz müəllim.Vallah, sən istəsən, yetmiş min laçınlını Ağcabədi polisinə “xuliqan” etdirib həbs etdirərsən və Ağcabədi rayonunun “Ədalət”məhkəməsi də sifarişinlə öz “ədalətli” hökmünü verər. Sözlərimin səmimiliyinə inan, ay Ramiz müəllim, bu gündən rüşvət alanın atasına rəhmət deyəcəyəm. Bəyəm, mən dəli-zadam ki, durub deyim ki, ay-haray, filankəs korrupsiya çirkabında boğuldu- qoymayın, sən də bundan əsəbləşib mənim üzümə adam dirətdirib və 5 ay həbsxanada saxlatdırasan. 3 il də şərti cəza verdirəsən. Yox, ay Ramiz müəllim, bir də ağa ağ, qaraya qara demərəm. Axı mənim nə işimə qalıb ki, evin birini üç min manata satırsan, Laçının Təhsil şöbəsində hər ay on beş-iyirmi min manat pul yığdırırsan, RTŞ-nin sabiq müdiri Ş.Xəlilov və kadr məsələləri üzrə məsləhətçi A.Cabbarov sənin tamahına qurbanı olublar, xeyriyyə fonduna toplanmış pulları müavinlərinin şöbə müdirlərinin və onların ailə üzvlərinin adına yazdırıb mənimsəyirsən, tikinti-təmirə ayrılmış pullarla özünə villa tikdirirsən, məktəblərin yanacaq pullarını cibxərcliyi edirsən, sinif komplektinin birini 500 manata satırsan. mədəniyyət şöbəsini özünün biznes sahənə çevirib kənd klub və kitabxanalarını xaraba qoyursan, bir metr asfalt örtüyü 10 metr yazıb pullarını bala-bala xərcləyirsən, kadr alveriylə məşğulsan, mənə nə ki, icra hakimiyyətində kimi döyüb təhqir edirsən, kimi intihar etmə həddinə çatdırırsan, bunları aləmə car çəkmək mənim nəyimə lazımdır axı. Arxayın ol Ağcabədi Rayon Hüquq Mühafizə orqanları mənı çox əla başa salıblar. Görsəm ki, biri sənin kimi dövlətin və xalqın malını qarət edir gözümü yumacağam ki, görməyim. Madəm ki, dövlət orqanları səni bu boyda çox istəyir və sənə belə şəraiti yaradır, onda mən niyə razı olmayım. Ali təhsilli olmağıma, məktəb direktoru, RTŞ-də məsləhətçi-metodist vəzifələrində işləməyimə baxma, çox şeyi indi öyrəndim. Mən hardan biləydim ki, korrupsiya əleyhinə çıxmağın sonu “xuliqnlıqdır”. Vallah, sən mənə bunları vaxtında desəydın, səsimi də çıxarmazdım. Mən də mətbuatda bu demokratiya, insan hüquq və azadlıqları filan kimi şüarlara inanıb özümü atdım oda. Sənin də “daydayıların” məndən “xuliqan” düzəltdi. Arxayin ol, bir də belə səhv etmərəm. Belə səhvə bir də yol versəm, bu dəfə də Ağcabədi polisinə məni narkotik alverçisi kimi həbs etdirərsən. Camaat da fikirləşər ki, 40 yaşına kimi heç kimə “çor deməyən” bu müəllim lap kriminal aləmin adamıymış ki... Bilirəm, belə işlərdə çox peşəkarsan, istəsən evimdən tank, “BTR” də çıxar. Sonda səndən bircə xahişim var. Sənin barəndə mətbuata və aidiyyatı orqanlara məlumat verdim. Səndə bunun əvəzində məni şər-böhtanla həbs etdirib, 3 il şərti cəza verdirdin. İllərlə topladığım əmlakımı əlimdən aldırdın, rüşvətə nifrət etsəm də, rüşvət verməyə də məni məcbur etdin. Bəsdir, məndən əl çək, mənə hədə-qorxu dolu mesajlar göndərmə. Mənə pislik edirsənsə də, öz adınla elə. Nə olsun ki, ixtisasca baytarsan, bizimlə mal-heyvan kimi yox, insan kimi davran. Sən Allah, o Vidadi müəllimdən əl çək.Onu da özün kimi öyrətmə. Bir də ki, ay Ramiz müəllim, adam belə unutqan olmaz axı. M.Səmədovu intihara cəhd etməyə məcbur edəndə həmin hadisədən necə qorxduğunu və həmin gecə səhərəcən Ağcabədinin qonaq evində Elşad müəllimin yanında necə acizanə məndən kömək istədiyini nə tez unutdun. Əgər M.Səmədov mənim xahişimi eşitməsəydi, nələr ola bilərdi. Məni Mirzəyev Nizamiyə,Vağazin kəndindən olan Raya xanıma, Qurban müəllimə, Həsənov Aslana, Axundov Ədilxana və digərlərinin yanına minnətə göndərdiyin o çətin günlərini unutduğuna da inanmağım gəlmir. Aramızda nə olsa da, özün bilirsən ki, 3 il məktəb direktorlarını əməkhaqqı karta oturan kimi öz cib telefonumla aylığını verməyə mən çağırmışam. Sənin üçün toplanmış milyonların şahidi olmuşam. Heç olmasa, onları nəzərə al.
Sonda üzümü Cənab Pezidentimiz İ.Əliyevə, Beynəlxalq Hüquq təşkilatlarına, Ombusman aparatına, KİV-lərə üz tutub müraciət edirəm. Ədalətli və mərhəmətli Allah şahiddir ki, Cənab Prezidentin ölkə vətəndaşlarını korrupsiyaya qarşı birgə mübarizəyə çağrışına qoşulmağım mənim və ailəmin həyatını alt-üst etdi. Aidiyyatı dövlət orqanlarına yazdığım ərizə və müraciətlərimə baxılmaması sayəsində iş yerimi itirdim və günahsız yerə həbs olunaraq 4 ay 16 gün həbsxanada saxlandıqdan sonra 3 il şərti cəzaya məhkum olundum. Dövlət orqanlarının R.Cəbrayılovun qanunsuz əməllərinə rəvac verməsi sabiq Ağcabədi Rayon Prokuroru H.Mirzəyevin, Ağcabədi RPŞ-nın müstəntiqi Y.İsgəndərovun Ağcabədi Rayon Məhkəməsinin rəhbəri X.Fərhadovun vətəndaş hüquq və azadlıqlarımı ayaq altına atması ilə nəticələndi. R.Cəbrayilova havadarlıq edən dövlət məmurlarının ona canıyananliğı sayəsində illər boyu dişimlə, dırnağımla topladığım əmlakımın əlimdən alınmasına gətirib çıxardı. Mənim taleyimə biganə yanaşıldısa da, heç olmasa iki azyaşlı uşağımın taleyinə biganə qalmayın. Azərbaycan Respublikasından çıxmasam, ya yenidən şərlənərək həbs olunacağam, ya da hansı yolla olursa-olsun, həyatıma qəsd olunacaq. Çox acizanə surətdə xahiş edirəm, mənim Azərbaycan Respublikasının ərazisindən çixmağıma köməklik edin.
Mənim və yaxınlarımın həyatı real təhlükə ilə üz-üzə qalıb. Mən də bu Respublikanın vətəndaşıyam, taleyimə biganə qalmayın. Allah xatirinə, mənim iki azyaşlı övladımın gözüyaşlı qalmasına imkan verməyin. Mənə köməklik etməsəniz, R.Cəbrayılov və Ş.Məmmədov məni və yaxınlarımı hədəfə alacaq. Respublikanın hüquq-mühafizə orqanlarının R.Cəbrayılova gücü çatmaz. Taleyim Baş Prokurorluqun və Daxili İşlər Nazirliyinin ümüdünə buraxılarsa, yenə də nahaqdan həbs ediləcəyəm. Yeganə ümidim ədalətli və mərhəmətli Allaha və sizlərədir. Çox xahiş edirəm, araşdırın haqqa-ədalətə dayaq durun ki, mərhəmətli və səxavətli Allah da sizə dayaq dursun”.
Onu da bildirək ki, Baxışov Müqabil eyni zamanda Şirvan Apellyasiya məhkəməsinə etdiyi müraciətinin surətini də redaksiyamıza yollayıb ki, həmin müraciəti də olduğu kimi diqqətinizə təqdim edirik: Şirvan Apellyasiya məhkəməsinə Azərbaycan Respublikası CM-221.2.2 və 221.3 maddəsiylə ilə təksirli bilinərək Ağcabədi rayon Məhkəməsinin qərarı ilə 3 il şərti cəzaya məhkum olunmuş Baxışov Müqabil Baxış oğlu tə- rəfində Cinayət işinə yenidən baxılmasına dair İddia Ərizəsi.
Bildirirəm ki, 18 iyun 2012-ci il tarixdə Ağcabədi rayon polis şöbəsində barəmdə Azərbaycan Respublikası CM-nin 221.2.2 və 221.3 maddəsi ilə açılmış cinayət işinə 31 oktyabr 2012-ci il tarixdə Ağcabədi Rayon Məhkəməsinin sədri Xanlar Fərhadovun sədrliyi ilə baxılaraq hökm çıxarılmışdır. Barəmdə açılmış cinayət işində tamamilə təqsirsiz olduğumu sübut edəcək kifayət qədər dəlil və sübutların olmasına baxmayaraq Ağcabədi Rayon Məhkəməsinin sədri X.Fərhadov haqqımda 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti cəzaya məhkum olunmağım barədə hökm çımarmışdır. Həbs olunmağımı Laçın RİH-nin başçısı R.Cəbrayılovun və Ağcabədi RİH-nin başçısı Ş.Məmmədovun sifariş verdiyini sübut edən təkzibolunmaz, dövlət notariusunda təsdiq olunmuş şahid ərizə və ifadələrin olmasına baxmayaraq Ağcabədi Rayon Məhkəməsi Azərbaycan Respublikasının adından çox ədalətsiz qərar çıxartdı.
Həbs olunmamışdan əvvəl və həbs olunduqdan sonra dövlətin bütün aidiyyatı orqanlarına etdiyim rəsmi müraciətlərə baxılmamasını, bunun da nəticəsi olaraq Ağcabədi RPŞ-nin məni sifarişlə həbs etməsini, 4 ay 16 gün istintaq təcridxanasında günahsız olaraq saxlanmağımı, Ağcabədi Rayon Məhkəməsinin bu sifarişi ədalətsizcəsinə başa çatdırmasını və hətta barəmdə çıxarılmış hökmdə Apellyasiya hüququmu əlimdən almasını, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərərdə tutulmuş hüquq və azadlıqlarımın pozulması kimi qiymətləndirirəm.
Həbsimdə şikayətçi olmuş V.Mehdiyevin kimlər tərəfindən təzyiqlərə məruz qalaraq məni şərləməsini və hansı hüquq-mühafizə orqanının bilərək buna göz yummasını qeyd-şərtsiz sübut edəcək video görüntüləri, səs qeydlərini və digər maddi sübutları da sizə təqdim edirəm.
Odur ki,yenidən ədalətli araşdırma aparıb barəmdə çıxarılmış hökmün ləğv edilməsini, barəmdə bəraət qərarının çıxarılmasını, Laçin RİH-nin başçısı R.Cəbrayılovun, Ağcabədi RİH-nin başçısı Ş.Məmmədovun, Ağcabədi RPŞ-nın istintaq bölməsinin rəisi M.Həsənovun, şöbənin müstəntiqi Y.İsgəndərovun, sabiq Ağcabədi Rayon Prokuroru H.Mirzəyevin, Ağcabədi rayon Məhkəməsinin sədri X.Fərhadovun cinayət məsuliyyətinə cəlb olunmasını, mənə dəymiş maddi - mənəvi və psixi zərərə görə təzminatın ödənilməsini təmin etməyinizi Azərbaycan Respublikasının vətəndaşı kimi tələb edirəm. REDAKSİYADAN: Şikayət ərizəsində adları çəkilən bütün tərəfləri dinləməyə və mövqelərini işıqlandırmağa hazırıq…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyədən ermənipərəst jurnalistə qadağa: - ölkəyə buraxılmadı
Bu gün, 00:08 |
|
|
|
• Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün, 00:03 |
|
|
|
• Berbok Bakını niyə erkən tərk edib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:36 |
|
|
|
• Sumqayıt şəhər 4 nömrəli xəstəxanaya yeni baş həkim təyin olunub - ƏMR
Dünən, 21:34 |
|
|
|
• "Bundan başqa bizə nə lazımdır axı?"
Dünən, 19:28 |
|
|
|
• Kimin hərbçiləri Mariupol və Xarkovda: “Havanın pisləşməsini gözləyirlər” - GƏLİŞMƏ
Dünən, 19:26 |
|
|
|
• “Seçilən müəlliflərin dövlət tərəfindən dəstəklənməsi arzuedilən olardı” - ÇAĞIRIŞ
Dünən, 19:21 |
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Dünən, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Dünən, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Dünən, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Dünən, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Dünən, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Dünən, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Dünən, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Dünən, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Dünən, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Dünən, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Dünən, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Dünən, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Dünən, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Dünən, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Dünən, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Dünən, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Dünən, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Dünən, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Dünən, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Dünən, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Dünən, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Dünən, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Dünən, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Dünən, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Dünən, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Dünən, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Dünən, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Dünən, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Dünən, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Dünən, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Dünən, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Dünən, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Dünən, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Dünən, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
23-11-2024, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23-11-2024, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
23-11-2024, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
23-11-2024, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
23-11-2024, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
23-11-2024, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
23-11-2024, 13:57 |
|
|
|
|