DÖVLƏTSTATKOM-DAN MARAQLI AÇIQLAMA
Tarix: 11-11-2011, 14:59 |
Çap et
GUYA OKTYABRDA SIFIR İNFLYASİYA OLUB
Bu ilin oktyabrında Azərbaycanda istehlak qiymətləri dəyişməyib və Dövlətstatkom sıfır inflyasiya qeydə alıb.
Son dəfə belə inflayasiya dərəcəsi 2010-cu ilin aprelində olub.
Dövlətstatkomda Turan-a deyiblər ki, oktyabrda ərzaq 0,1%, qeyri-ərzaq malları 0,4% bahalanıb. Tariflər və ödənişli xidmətlər üzrə qiymətlər oktyabrda sentyabrla müqayisədə 0,5% düşüb. Müqayisə üçün deyək ki, 2010-cu ilin oktyabrında Azərbaycanda rəsmi inflyasiya 0,9% olub.
Qeyd edək ki, Azərbaycanda rəsmi inflyasiya Beynəlxalq Valyuta Fondunun metodikası ilə hesablanır. DSK-nın səbətinə 565 mal və xidmət daxil edilib. Qiymətlər 9 min məntəqədə ölçülür.