ZİYA MƏMMƏDOV RƏQİBİNİ ZƏRƏRSİZLƏŞDİRİR
Tarix: 16-11-2012, 15:21 |
Çap et
NN ŞEFİ KADR İSLAHATLARINA HAZIRLAŞIR
DİA.AZ: - Nəqliyat sektorunda islahatlar tək avtobusların marşrutlarının ixtisarı ilə müşaiyət olunmayacaq. Bu sözləri redaksiyamıza Nazirlər Kabinetindəki mötəbər mənbə bildirib. Məlumatlı qaynağın DİA.AZ-a verdiyi xəbərə görə, yaxın günlərdə Nəqliyyat Nazirliyinin strukturlarında kadr islahatlarının həyata keçirilməsi planlaşdırılır.
Mənbəmiz bildirir ki, bir neçə vəzifəli şəxsi işdən azad etməyə hazırlaşan ən səs-küylü hadisə isə Ziya Məmmədovun öz müavini Musa Pənahovla vidalaşma niyyətiylə bağlıdır. Məlumata görə, zaman-zaman mətbuatda Ziya Məmmədova alternativ kimi səciyyələndirilən Musa Pənahova qarşı çoxdandır diş qıcayan Ziya Məmmədov son dövrlərin qarışıqlığından sui-istifadə etməyə hazırlaşır.
Xatırladaq ki, Mussa Pənahov ayrı-ayrı dönəmlərdə - hətta hansısa inşası başa çatmış yolların prezidentə təqdimatında belə Ziya Məmmədovu əvəzləyib ki, bu da bir çox çevrələr tərəfindən fərqli formada dəyərləndirilib.