Əsas Səhifə > Ölkə, Manşet > ZİYA MƏMMƏDOV RƏQİBİNİ ZƏRƏRSİZLƏŞDİRİR
ZİYA MƏMMƏDOV RƏQİBİNİ ZƏRƏRSİZLƏŞDİRİR16-11-2012, 15:21 |
NN ŞEFİ KADR İSLAHATLARINA HAZIRLAŞIR DİA.AZ: - Nəqliyat sektorunda islahatlar tək avtobusların marşrutlarının ixtisarı ilə müşaiyət olunmayacaq. Bu sözləri redaksiyamıza Nazirlər Kabinetindəki mötəbər mənbə bildirib. Məlumatlı qaynağın DİA.AZ-a verdiyi xəbərə görə, yaxın günlərdə Nəqliyyat Nazirliyinin strukturlarında kadr islahatlarının həyata keçirilməsi planlaşdırılır. Mənbəmiz bildirir ki, bir neçə vəzifəli şəxsi işdən azad etməyə hazırlaşan ən səs-küylü hadisə isə Ziya Məmmədovun öz müavini Musa Pənahovla vidalaşma niyyətiylə bağlıdır. Məlumata görə, zaman-zaman mətbuatda Ziya Məmmədova alternativ kimi səciyyələndirilən Musa Pənahova qarşı çoxdandır diş qıcayan Ziya Məmmədov son dövrlərin qarışıqlığından sui-istifadə etməyə hazırlaşır. Xatırladaq ki, Mussa Pənahov ayrı-ayrı dönəmlərdə - hətta hansısa inşası başa çatmış yolların prezidentə təqdimatında belə Ziya Məmmədovu əvəzləyib ki, bu da bir çox çevrələr tərəfindən fərqli formada dəyərləndirilib. Geri qayıt |