EKSPERT NAZİRİN SÖZLƏRİNİ LAĞLAĞIYA QOYDU
Tarix: 24-10-2012, 08:00 | Çap et
Misir Mərdanov: “Sabunçuda göstəricilərin aşağı olması onunla bağlıdır ki, bu rayonun sakinləri kasıbdır” Əlövsət Osmanlı: “Belə getsə, bir azdan “kasıblar uşaqlarını oxutmasın, hamballığa göndərsin” sözlərini də eşidəcəyik”
DİA.AZ: - “Bəzi müəllimlər repetitorluğa can yandırırlar ki, onların hazırlaşdırdığı uşaqlar yüksək göstəricilərlə ali məktəblərə qəbul olsunlar”. Bildirək ki, bu sözləri təhsil naziri Misir Mərdanov dünən Sabunçu rayonunun 252 saylı məktəbində “Müasir təhsil proqramlarının tətbiqi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən konfransda deyib. Nazir onu da qeyd edib ki, həmin müəllimlərin bunda əsas məqsədi odur ki, pullu adamların uşaqları onların yanına gəlsinlər: “Müəllimlərimizin əksəriyyətinin paytaxtın mərkəzi məktəblərində dərs deməyə meyil etməsinin də səbəbi budur. Yəni pullu adamların uşaqlarını özlərinə cəlb etmək”. M. Mərdanovun sözlərinə görə, Sabunçu rayonundan ali məktəblərə daxil olanların sayının digər paytaxt məktəblərinə nisbətən aşağı olması bu rayonun sakinlərinin kasıb olması ilə bağlıdır: “Sabunçuda göstəricilərin aşağı olması onunla bağlıdır ki, bu rayonun sakinləri kasıbdır. Yəni Sabunçuda yaşayan valideyn uşağını ali məktəbə hazırlaşdırmaq üçün 30 manat repetitora pul verir, nəticə də ürəkaçan olmur”. Nazirin bu və bəzi digər fikirlərinə riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı DİA.AZ-a münasibət bildirib. Onu oxucuların diqqətinə çatdırırıq. “Bu yaxınlarda mətbuatda “Misir Mərdanov və Herostrat” başlıqlı yazım dərc olundu. Orada bir tanışıma istinadən belə fikir söyləmişdim: “Təhsilimizlə bağlı mövzu axtarmaq üçün heç də dağa-daşa düşmək, uzaqlara getmək lazım deyil, sadəcə olaraq, Mərdanovun çıxışlarını izləmək yetərlidir. Onun hər ifadəsi bir mövzudur”. Nazirimizin bu gün (dünən – red.) Sabunçu rayonunun 252 saylı məktəbində işlətdiyi ifadələri də bu qəbildən hesab etmək olar. Mən Mərdanovun sözlərinə heç də təəccüblənmədim! Elə biz də neçə vaxtdır, bunu demirdikmi?! Nəhayət ki, nazir, dolayısı ilə də olsa, rəhbərlik etdiyi ümumtəhsil sistemində təhsilin olmadığını boynuna aldı. Buna görə, bizə ancaq onu “təbrik etmək” düşür. Kişi daha nə deməlidir? Elan edir ki, ali məktəbə qəbul olmaq üçün məktəb yox, repetitor və valideynin pulu əsasdır. Onun məktəb təhsilinin keyfiyyətindən yox, Sabunçu rayonu əhalisinin kasıblığından danışması, onların repetitorlara az pul verməsindən “şikayəti” isə dünyada analoqu olmayan nazir “səmimiyyətidir”. Bəs necə, nazir artıq camaatın pulunu saymağa başlayıb. Özü də bunu təkcə Sabunçu rayonu üçün deməyib, Xəzər və Qaradağ rayonları üçün də deyib! Hətta Yasamal rayonunun niyə bu cərgəyə düşməsini təəccüb və təəssüflə qarşılayib: “Xəzər, Sabunçu və Qaradağ rayonlarını bu məsələdə başa düşmək olar. Lakin Yasamal rayonunda təhsil alan şagirdlərin imtahanda bu cur xoşagəlməz nəticə göstərməsini başa düşmürəm. Gərək belə olmayaydı”. Əlbəttə gərək belə olmayaydı! Axı Yasamal rayonu əhalisinin imkanlarını Misir müəllimdən yaxşı kim bilir?! Mətbuat bu rayonun məktəblərinə direktor keçmək üçün təklif edilən məbləğin altırəqəmli ədədə yaxınlaşmaqda olduğunu bildirir... Misir Mərdanovun “düşündürücü” fikirləri bununla da bitmir. Bir neçə gün öncə o, Gədəbəydə bundan da dəhşətli fikirlər söyləmişdi. Bildirmişdi ki, təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələrin əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylər yaradılmalıdır, bu liseylərə ən yaxşı müəllimlər və xüsusi istedadı olan şagirdlər cəlb edilməlidir. Bunun adı nədir? – Ümumtəhsil sistemini dağıtmaq, hər rayonda bir “göstərgə” məktəb yaradaraq ora imkanlıların uşaqlarını toplamaq deyilmi? Belə getsə, bir azdan yəqin ki, “kasıblar uşaqlarını oxutmasın, hamballığa göndərsin” sözlərini də eşidəcəyik”...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|