“Amnesty İnternational” anti-Azərbaycan “xor”a qoşuldu .....                     Tramp prezidentlik yarışındakı nəticəsini siyasi qələbə adlandırıb .....                     Zəfər Günü Bakıda atəşfəşanlıq olacaq .....                     Trampın Azərbaycan siyasəti necə olacaq? .....                     Həbsdə olan bəstəkardan möhtəşəm musiqi .....                     Fox News: Tramp ABŞ-ın 47-ci prezidenti seçilib .....                     Naxçıvan məktəblərində gözətçi və xadimələrin MAAŞLARINA ƏL QOYULUR .....                     “ŞABRAN-D” niyə etibarsız təchizatçılar siyahısına salındı? .....                     Azərbaycanda DƏHŞƏT: .....                     Məktəblərdə tətil bu tarixdən başlayır .....                     Qəzada ölən Nazimin 6 uşağının aqibəti necə olacaq? .....                     Sabah Ramiz Mehdiyevin kürəkəninin məhkəməsidir .....                     "Aftandil İsrafilov səni yanında meymun kimi aparıb toylara" .....                     Belə bələdiyyədənsə, olmasa yaxşıdır .....                     Çılpaq qadın heykəli Bakıya necə gəldi? .....                     Qafqazda qanlı ssenarilər .....                     Azərbaycanda daha bir faydalı qazıntı yatağı hərraca çıxarılacaq .....                     `AZƏR GOLD` adına SƏRVƏTLƏRİMİZ NECƏ XIRID EDİRLİR... .....                     Dollar rəqiblərinə qarşı Trampın “qələbə” xəbəri öncəsi kəskin dəyər qazanır .....                     İran İsrailin son hücumlarına cavab verəcəkmi? .....                     Respublikaçılar ABŞ Senatında səslərin çoxunu qazanırlar .....                     Tiflisdən İrəvana SEZAR şilləsi! .....                     Bakıda müğənninin qətli: qatilin cəzası niyə azaldıldı? .....                     İcra başçısı ona yeni vəzifə verdi .....                     9 saylı xüsusi internat məktəbinə XÜSUSİ qəbul qaydası .....                     Azərbaycana qarşı ŞOK torpaq İDDİASI .....                     “ABŞ-da Azərbaycana qarşı ciddi addımların atılması gündəmdə ola bilməz” .....                     Türkiyəli iş adamının Azərbaycandan çıxışına qadağa qoyulur .....                     Kərki bu yolla qaytarılır: İrəvanla top atəşi məsafəsində... .....                     Rusiya Qafqaza “qayıdır” .....                     “Bakıda bu qiymətlərlə yaşamaq mümkün deyil” .....                     Şarl Mişel Azərbaycana .....                     İran dəqiq müharibəyə girəcək: o zaman Ermənistan... .....                     Milyonluq “Cənubtikintiservis” şirkətinin rəhbərliyi formalaşdırılacaq, .....                     Praktikada Əmək Məcəlləsinin bu tələbinə də əməl edilmir... .....                     Sumqayıt Gömrük İdarəsində sahibkarlara DİVAN TUTURLAR... .....                     İlon Maskdan seçkilərlə bağlı SON DƏQİQƏ açıqlaması .....                     Maraqlıdır ki, bu pul köçürmələri Məmmədovanın öz adına deyil... .....                     Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarında nələr baş verir? .....                     “Şəki-Bazar” ASC-nin ümumi yığıncağı keçiriləcək .....                 

GƏNCLƏR FORUMUNDA REPRESSİYALAR MÜZAKİRƏ OLUNUB
Tarix: 2-11-2011, 17:05 | Çap et
GƏNCLƏR FORUMUNDA REPRESSİYALAR MÜZAKİRƏ OLUNUB

FORUMDA ÇAĞIRIŞ ELAN OLUNDU

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Gənclər Forumu keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, təşkilatın siyasi şurasının üzvü Samir Əsədli gənclərin problemlərindən danışaraq Yeni Azərbaycan Partiyasının (YAP) hakimiyyətə gəldiyi gündən bəri müxalifət və müxalif düşüncəli insanların təzyiqlərə məruz qaldığını və hakimiyyətin müxalifətə qarşı səlib yürüşünə çıxdığını deyib. Eyni zamanda, təhsil sistemindəki problemlərdən danışan S.Əsədli bu sahənin bərbad vəziyyətə salındığını bildirib.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı çıxışında bildirib ki, hazırki rejim gənclərin öz potensialını dövlətin mənafeyi üçün sərf etməyə imkan vermir. O, çıxışında, həmçinin gənclərin sosial hüquqlarının təmin olunmadığını, yaşayış üçün minimum şərtlərin ödənilmədiyini, mədəni hüquqlarının təmin olunmadığını diqqətə çatdırıb. Ə.Qurbanlı ölkədə gənc yazarların qarşılaşdıqları problemlərə də diqqət çəkib. O da təhsildəki problemlərdən danışaraq mütərəqqi boloniya sisteminin ölkəmizdə rüşvət üçün istifadə olunduğunu deyib. Azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil almalarına maneələrin yaradıldığını və hakimiyyətin gənclərin ABŞ kimi ölkədə deyil, Çində yaxud Sinqapurda təhsil almasında maraqlı olduğunu qeyd edib: “ Buna əsas kimi isə həmin ölkədə təhsil alan tələbələrin müxalifətçi kimi ölkəyə qayıtmaları göstərilir”.

Ölkə hakimiyyətinin öz nəznində fəaliyyət göstərən gənclər təşkilatlarına daha çox diqqət ayırdığını deyən Ə,Qurbanlı Gənclər Təşkilatları Milli Şurasına narkomaniya ilə mübarizə üçün milyonlarla vəsait ayrıldığını xatırladıb: “GTMŞ-na narkomaniya ilə mübarizə aparmaq milyonlar ayrılır, DİN isə elan edir ki, narkomaniya gəncləşir”.

Gənclər Forumunda qəbul edilən bəyanatda 2 aprel məhbusları və “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinə də münasibət bildirilib və bu faktlar hakimiyyətin cəmiyyəti uçuruma sürükləmək niyyətinin göstəricisi kimi dəyərləndirilib. Bəyanatda deyilir:

“02 aprel 2011-ci il tarixində əsaslı siyasi islahatlar aparılması tələbi ilə Bakı şəhərində keçirilən dinc etiraz aksiyası zamanı qanunsuz olaraq həbs olunan aksiya iştirakçılarından 14 nəfərə qarşı heç bir hüquqi əsas olmadan qondarma cinayət işi açılıb. Məhkəmələrin gedişi zamanı müqəssir hesab edilən şəxslərin sərbəst ifadələri, onların və vəkillərin məhkəmədə etdikləri son çıxışları qaldırılan cinayət işinin tamamilə saxta olduğunu, istintaqın heç bir real fakta malik olmadığını və bu işin siyasi sifariş olduğunu bir daha təsdiq etdi. Zərərçəkənlərin öyrədilmiş və ya bu işə məcbur edilmiş şəxslərdən, ittiham tərəfinin şahidlərinin isə əsasən hüquq-mühafizə orqanlarının işçilərindən və ya onların agentura şəbəkəsindən ibarət olduğu sübut olundu.

Məhbusların və onların vəkillərinin təqdim etdiyi təkzibedilməz faktlar əsasında məhkəmələrdə araşdırılan cinayət işinin saxta olduğunun sübuta yetirilməsi, vəkillərin qaldırdıqları qanunauyğun vəsatətlərin heç bir qanuni əsas göstərilmədən, bəzən isə vəsatətlər oxunmadan hakimlər tərəfindən bir qayda olaraq təmin edilməməsi, məhkəmələrin kiçik iclas zallarında yarımqapalı şəraitdə keçirilməsi, zərərçəkənlərin və şahidlərin təqsirləndirilən şəxslərə qarşı kobudluqlarının hakimlər tərəfindən qarşısının alınmaması, dövlət ittihamçısının vəkillərin verdiyi sualları heç bir əsas olmadan çıxarılmasını tələb etməsi və hakimin buna sözsüz əməl etməsi və s. bu işin siyasi sifariş olduğunu təsdiqləyən faktlar sırasındadır.

Artıq Səbail rayon məhkəməsinin çıxardığı hökmə əsasən Arif Alışlı 3 il, Elnur İsrafilov 2 il 6 ay, Sahib Kərimov 2 il, Elşən Həsənov 2 il, Babək Həsənov 1 il 6 ay, Zülfüqar Eyvazlı 1 il 6 ay, Arif Hacılı 2 il 6 ay, Tural Abbaslı 2 il 6 ay, Məhəmməd Məcidli 2 i 6 ay, Nəsimi rayon məhkəməsinin çıxardığı hökmə əsasən Əhəd Məmmədli 3 il, Rüfət Hacıbəyli 1 il 6 ay, Ülvi Quliyev 3 il və Elnur Məcidli 2 il, Göyçay rayon məhkəməsinin çıxardığı hökmə əsasən Vidadi İsgəndərli 3 il azadlıqdan məhrum ediliblər. Səbail rayon məhkəməsinin çıxardığı hökmə əsasən Fuad Qəhrəmanlı 2 il şərti cəzaya məhkum edilib.

02 aprel mitinqinə hazırlığı pozmaq məqsədilə şərlənərək həbs olunan Şahin Həsənli qanunsuz silah saxlamaq ittihamı ilə avqust ayında Şəmkir rayon məhkəməsinin çıxardığı hökmə əsasən 2 il müddətinə azadlıqdan məhrum edilib.
Arif Alışlı, Elnur İsrəfilov, Sahib Kərimov, Elşən Həsənov, Babək Həsənov, Zülfüqar Eyvazlı və Şahin Həsənlinin apellyasiya şikayətinə baxılıb, 6 nəfərin hökmü eynilə saxlanılıb, yalnız Elşən Həsənovun cəza müddəti 1 ilədək azaldılıb.
Hənçinin Bəxtiyar Hacıyev və Cabbar Savalanlı da siyasi fəallıqlarına görə daha öncə azadlıqdan məhrum edilmişlər ki, onların da vicdan məhbusları olduqları artıq sübut olunmuşdur.

Bu qanunsuz, ədalətsiz hökm ölkə və dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən kəskin şəkildə qınanılır və günahsız insanların dərhal azad edilməsi tələb edilir.

Gənclər forumu hər bir Azərbaycan vətəndaşını məhkəmələrdə əsassız ittiham olunan dönməz mübarizləri - vicdan məhbuslarını ölkə Konstitusiyasına və qanunlarına uyğun olaraq müdafiə etməyə çağırır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnesty İnternational” anti-Azərbaycan “xor”a qoşuldu - NƏ BAŞ VERİR?
Bu gün, 11:57
Tramp prezidentlik yarışındakı nəticəsini siyasi qələbə adlandırıb - KİV
Bu gün, 11:48
Zəfər Günü Bakıda atəşfəşanlıq olacaq
Bu gün, 11:31
Trampın Azərbaycan siyasəti necə olacaq? – Markov ŞƏRH EDİR
Bu gün, 11:29
Həbsdə olan bəstəkardan möhtəşəm musiqi - VİDEO
Bu gün, 11:28
Fox News: Tramp ABŞ-ın 47-ci prezidenti seçilib - SON DURUM
Bu gün, 11:22
Naxçıvan məktəblərində gözətçi və xadimələrin MAAŞLARINA ƏL QOYULUR - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19
“ŞABRAN-D” niyə etibarsız təchizatçılar siyahısına salındı? – MMC yüzminləri harada “batırdı”
Bu gün, 11:14
Azərbaycanda DƏHŞƏT: - çoban fermada özünü GÜLLƏLƏDİ
Bu gün, 11:10
Məktəblərdə tətil bu tarixdən başlayır - Neçə gün dərs olmayacaq?
Bu gün, 11:08
Qəzada ölən Nazimin 6 uşağının aqibəti necə olacaq? - AÇIQLAMA
Bu gün, 11:00
Sabah Ramiz Mehdiyevin kürəkəninin məhkəməsidir – 100 hektarla bağ torpaq sahəsinin zəbti təsdiqlənir
Bu gün, 10:59
"Aftandil İsrafilov səni yanında meymun kimi aparıb toylara" - QALMAQAL
Bu gün, 10:48
Belə bələdiyyədənsə, olmasa yaxşıdır - ETİRAZ
Bu gün, 10:45
Çılpaq qadın heykəli Bakıya necə gəldi? - Bu barədə ÇOX DANIŞIRIQ...
Bu gün, 10:41
Qafqazda qanlı ssenarilər – Azərbaycanı nə gözləyir?
Bu gün, 10:36
Azərbaycanda daha bir faydalı qazıntı yatağı hərraca çıxarılacaq - ŞƏRTLƏR
Bu gün, 10:32
`AZƏR GOLD` adına SƏRVƏTLƏRİMİZ NECƏ XIRID EDİRLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:31
Dollar rəqiblərinə qarşı Trampın “qələbə” xəbəri öncəsi kəskin dəyər qazanır - GƏLİŞMƏ
Bu gün, 10:15
İran İsrailin son hücumlarına cavab verəcəkmi? - ŞƏRH
Bu gün, 10:13
Respublikaçılar ABŞ Senatında səslərin çoxunu qazanırlar
Bu gün, 10:10
Tiflisdən İrəvana SEZAR şilləsi! - sərhəddən buraxmır
Bu gün, 10:05
Bakıda müğənninin qətli: qatilin cəzası niyə azaldıldı? - TƏFƏRRÜAT
Bu gün, 10:04
İcra başçısı ona yeni vəzifə verdi - BUNDAN SONRA...
Bu gün, 10:02
9 saylı xüsusi internat məktəbinə XÜSUSİ qəbul qaydası - İDDİA
Bu gün, 09:55
Azərbaycana qarşı ŞOK torpaq İDDİASI - 200 kv/km...
Bu gün, 09:48
“ABŞ-da Azərbaycana qarşı ciddi addımların atılması gündəmdə ola bilməz” - Cəlaloğlu
Bu gün, 09:33
Türkiyəli iş adamının Azərbaycandan çıxışına qadağa qoyulur - SƏBƏB
Bu gün, 09:30
Kərki bu yolla qaytarılır: İrəvanla top atəşi məsafəsində... - İLGİNC...
Bu gün, 09:26
Rusiya Qafqaza “qayıdır” - Bakı-İrəvan sazişinə təsiri
Bu gün, 09:25
“Bakıda bu qiymətlərlə yaşamaq mümkün deyil” - Maaşlar iki dəfə ARTIRILACAQ?
Bu gün, 09:24
Şarl Mişel Azərbaycana GƏLİR
Bu gün, 09:21
İran dəqiq müharibəyə girəcək: o zaman Ermənistan... - GƏLİŞMƏ
Bu gün, 09:18
Milyonluq “Cənubtikintiservis” şirkətinin rəhbərliyi formalaşdırılacaq, əlavə maya qoyulur
Bu gün, 09:16
Praktikada Əmək Məcəlləsinin bu tələbinə də əməl edilmir... - Ekspert danışır...
Bu gün, 09:13
Sumqayıt Gömrük İdarəsində sahibkarlara DİVAN TUTURLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:08
İlon Maskdan seçkilərlə bağlı SON DƏQİQƏ açıqlaması - Tramp Ağ Evə qayıdarsa...
Bu gün, 09:04
Maraqlıdır ki, bu pul köçürmələri Məmmədovanın öz adına deyil... - TƏFƏRRÜAT
Bu gün, 08:59
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarında nələr baş verir? - İLGİNC İDDİALAR
Bu gün, 08:58
“Şəki-Bazar” ASC-nin ümumi yığıncağı keçiriləcək
Bu gün, 08:53
Kilosu 4 manata başa gələn ətlər... - əsasən restoranlara göndərilir
Bu gün, 08:49
Tramp “tərəddüd edən” yeddi ştatın altısında liderdir - Amerika mediası
Bu gün, 08:46
Əvvəl yanacaq əvəzinə su vururdular, indi isə... - "Axırıncı dəfə olar burda benzin vurmağım..."
Bu gün, 08:45
YANLIŞ GÜNÜ QEYD EDİRİK... - DİQQƏT
Bu gün, 08:31
Bakıda 300-ə yaxın uşağın TƏHSİL DƏRDİ - GİLEY
Bu gün, 08:25
Bu nə qanundur, nə qaydadır?.. - ETİRAZ
Bu gün, 08:22
Büdcə pullarımızın yeni ünvanı: VANUATU... - İcazə verin şübhələnək...
Bu gün, 08:16
Tramp qalib gəlmək üçün lazım olan 270 səsin yarıdan çoxunu toplayıb - “Fox News”
Bu gün, 08:05
Zəngəzurla bağlı İranın Rusiyaya “tənqidi”… - Rus ekspert ŞƏRH EDİR
Bu gün, 07:04
"İranın İsrailə cavab verməsi acı nəticələrə səbəb ola bilər" - deputat
Bu gün, 06:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru