İsrail İrana necə cavab verəcək? .....                     "Dünya yanır və nəzarətdən çıxır... .....                     İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi .....                     Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu .....                     İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? .....                     Sumqayıtda yolların təmiri 2 milyona .....                     "Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, .....                     TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... .....                     Bu il sülh müqaviləsinin imzalanması mümkündür .....                     “Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” .....                     İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır .....                     Simonyan yarımçıq sülh istəyir .....                     Aşıq Əhliman səhhətindən danışdı: .....                     Ermənistanı qorxuya salan proses: .....                     "Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." .....                     Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar .....                     Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... .....                     Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb .....                     Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib .....                     "Paşinyan ölkənin ləyaqətini alçaldır" .....                     Aslan Xasıyev “Rabitəbank”dan .....                     Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat .....                     “O bura gəlsə venamı kəsib sizi zibilə salacam” .....                     “Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” .....                     "Adam təklif etdi, mən də qəbul etdim .....                     Nazir onları müavin təyin etdi .....                     Bakıdakı dəhşətli cinayətin DETALLARI .....                     “Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? .....                     Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." .....                     Nizaməddin Babanlı vəzifəsindən azad olundu .....                     “AcccesBank” 8 nəfəri evdən küçəyə atır .....                     Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır .....                     Afətdən ONU QINAYANLARA: .....                     Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm .....                     Azərbaycan şirkəti nizamnamə kapitalını .....                     İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? .....                     Beynəlxalq güclərin savaş meydanı: .....                     Hədəfdəki İran və iki plan: .....                     Rusiyada qarğıdalı qıtlığı yaranıb .....                     ABŞ Ermənistandan niyə imtina etdi? .....                 

«Ulduz səfir olmaq çox məsuliyyətli və çətin bir işdir»
Tarix: 14-05-2015, 08:48 | Çap et
«Ulduz səfir olmaq çox məsuliyyətli və çətin bir işdir»
Bakı-2015 Birinci Avropa Oyunlarının başlanmasına тяхминян бир ай галыб. Azərbaycan bu mötəbər beynəlxalq yarışlara layiqli ev sahibliyi etmək üçün çox ciddi hazırlaşır. Qeyd edək ki, sözügedən oyunların daha yaddaqalan və daha çox tamaşaçı auditoriyası toplaması üçün təbliğat və təşviqat kampaniyasının aparılması da mühüm rol oynayır. Bu məqsədlə bu ilin yanvar ayının 14-də Bakı Muğam Mərkəzində Bakı 2015 Avropa Oyunlarının ulduz səfirləri seçilib. Həmin səfirlərin fəaliyyəti barədə ətraflı məlumat almaq və bu barədə oxucularımıza geniş məlumat vermək üçün «Həftə içi» qəzeti «Ulduz səfirlərimiz» adlı yeni rubrikasını təqdim edir. Rubrikamızın ilk qonağı isə Avropa Oyunlarının ulduz səfirlərindən biri olan Respublikanın Əməkdar artisti, sevimli aktyor və şoumen Murad Dadaşovdur.

- Murad müəllim, əvvəlcə Bakı-2015 barədə fikirlərinizi bilmək istərdik…
- Birinci Avropa Oyunları Азярбайъан üçün çox mühüm bir hadisədir. Mən
həmin yarışların ölkəmizdə keçirilməsini bir şans kimi dəyərləndirirəm. Çox sevincli, xoşbəxt və həyəcanlı anlar yaşayırıq. Bu anları bizə yaşadan, belə bir şansı bizə verən Avropa Olimpiya Komitəsi və ölkə prezidenti İlham Əliyevdir. Bildiyiniz kimi uzun illərdir beynəlxalq aləmdə Azərbaycana qarşı informasiya müharibəsi aparılır, uydurma, qondarma iddialar irəli sürülür. Müəyyən qüvvələr dövlətimizin əldə etdiyi nailiyyətlərə kölgə salmağa, ökəmizin adına ləkə gətirməyə, beynəlxalq nüfuzumuza зярбя вурмаьа çalışırlar. Lakin dövlətimizin başçısı başda olmaqla həmişə bu cür qüvvələrə, anti-Azərbaycan kampaniyası aparanlara layiqli cavab verilib. Bakı-2015 Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi də məhz bu cür addımlardan biridir. Bu oyunlar təkcə xalqımız və idman cəmiyyətimiz üçün deyil, həm də siyasi uğurlarımızın davamlı olması, iqtisadi cəhətdən daha da qüdrətlənməyimiz, turizmin inkişafı və sair üçün daha da faydalı olacaq. Ona görə də mən təkcə tanınmış şəxs kimi deyil, həm də Azərbaycanın bir sıravi vətəndaşı olaraq da haqqında bəhs edilən yarışların ölkəmizdə, doğma paytaxtımızda keçirilməsini ürəkdən dəstəkləyir və alqışlayıram. Mən gənc yaşlarımdan Azərbaycanın mədəni-mənəvi irsinin qorunub-saxlanılmasında və təbliğatında yaxından iştirak etmişəm. Təkcə ölkəmizdə deyil, digər dövlətlərdə də keçirilən müxtəlif müsabiqələrdə, «KVN» səhnələrində iştirak etməklə, çıxışlarımda, müsahibələrimdə, açıqlamalarımda mədəniyyətimizi, incəsənətimizi, ölkəmizi təbliğ və reklam etmişəm. Bütün bunlara görə də bir vətənpərvər olaraq belə bir yarışın respublikamızda keçirilməsi yüksək qiymətləndirir və dəstəkləyirəm.

- Avropa Oyunlarının su idman növü üzrə yalnız sizin ulduz səfiri seçilmənizi necə qiymətləndirirsiniz?
- Əvvəlcə bildirim ki, ulduz səfirlərin seçilməsi şou-biznes, ictimaiyyət və televiziya nümayəndələri arasında baş tutub. Seçilmiş ulduzların hər biri bir idman növünü təmsil edəcək. Mən də su idman növünü təmsil edəcəyəm. Ulduz elçilər iyunun 12-də başlayacaq idman tədbirləri haqqında müraciətlərini və mesajlarını bölüşmək məharətindən istifadə etməklə, Bakı-2015 Birinci Avropa Oyunlarının Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq. Sualınıza gəlincə, mən özüm su idmanı ilə uşaqlıqdan məşğul olmuşam. Uşaqlıq illərindən üzgüçülüyü çox sevirəm. Bu səbəbdən də məni bu idman növü üzrə ulduz səfir seçiblər. Onu da bildirim ki, su idmanı, üzgüçülük çox maraqlıdır. Çünki çəkisindən, boyunun ölçüsündən və yaşından asılı olmayaraq, hər kəs bu idman növü ilə məşğul ola bilər. Bu baxımdan da son illərdə Azərbaycanda üzgüçülüyə, su idmanına maraq göstərilir. Bu maraq nəzərə alındığı üçün su idman növünün inkişaf etdirilməsi üçün xüsusi kompleks tikilib. Su İdman Sarayının açılışında rəsmi şəxslərlə birlikdə iştirak etmişəm. Orada üzgüçülüklə məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılıb. Üstəlik, Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün adıçəkilən sarayda bütün hazırlıqlar yüksək səviyyədə həyata keçirilib. Ümidvaram ki, həmin yarışların yekunu olaraq bizim çempionlarımız çox olacaq. Bakı-2015 başa çatdıqdan sonra sözügedən kompleksin vətəndaşların, ictimaiyyətin ixtiyarına verilməsi də istər-istəməz bu idman növünə marağı artıracaq. Eyni zamanda, gələcəkdə su idman növü üzrə yeni-yeni uğurların əldə olunmasında, çempionların yetişdirilməsində və onların sayının artırılmasında Su İdman Sarayı xüsusi çəkiyə malik olacaq və mühüm rol oynayacaq.

- Ulduz səfir kimi öz üzərinizə düşən vəzifənizin öhdəsindən gələ bilirsinizmi?
- Çox məsuliyyətli və çətin bir işdir. Ancaq buna baxmayaraq, bu işi layiqincə yerinə yetirə biləcəyəm. Söhbət ondan gedir ki, ulduz səfir kimi mənim üzərimə düşən əsas vəzifə su idmanı növü ilə bağlı təbliğatı yüksək səviyyədə qurmaq, bu idmana marağı artırmaqdır. Mən respublikanın Əməkdar atristiyəm. Bir neçə filmə çəkilmişəm. Bir çox verilişlərin aparıcısı olmuşam. «KVN» səhnələrində iştirak etmişəm. Bütün bunlara görə də həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda məni sevənlər çoxdur. Tamaşaçılar arasında mənə böyük inam və etibar var. Mən də öz ictimai nüfuzumdan istifadə etməklə, bu inamı doğrultmağa çalışacağam. İyun ayında su idman növü ilə bağlı ictimaiyyətə çoxsaylı müraciətlər ünvanlayacağam və pərəstişkarlarımı, məni sevənləri həm Avropa Oyunlarına, həm də su idmanının inkişafına dəstək və maraq göstərməyə səsləyəcəyəm.

- Gələcək dövrlər üçün su idman növünün inkişafını, bu idmanın gələcəyini necə xarakterizə edə bilərsiniz?
- Ölkəmiz, paytaxtımız Xəzər dənizinin sahilində yerləşir. Əksər insanlar öz yay istirahət vaxtlarını dəniz sahilində keçirirlər. Bu baxımdan bizim ölkədə üzgüçülük daha çox inkişaf etməliydi. Ancaq nədənsə bizim ölkəmizdə belə bir proses baş verməyib. Yəni bu sahədə əldə edilən nailiyyətlər digər idman növlərində qazanılan uğurlardan çox azdır. Ancaq bununla belə düşünürəm ki, yaxın gələcəkdə Azərbaycan su idmanının inkişafında yeni mərhələyə qədəm qoyacaq. Həm Su İdman Sarayı, həm də su idmanı üzrə digər komplekslərin tikilməsi ölkəmizdə üzgüçülüyə böyük maraq yaradacaq, bu idman növü üzrə çoxsaylı çempionlar qazanacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail İrana necə cavab verəcək? – Bakı üçün 3 təhlükə
Bu gün, 00:11
"Dünya yanır və nəzarətdən çıxır... - Ölkəmizi idarə edən yoxdur"
Bu gün, 00:09
İran prezidenti Məsud Pezeşkian "X" hesabında paylaşım etdi - "Bu hələ..."
Bu gün, 00:07
Nazirlik 5 milyon dəyərində iki tenderə yekun vurdu - QALİB ŞİRKƏT
Bu gün, 00:05
İsrailin müdafiə naziri ÖLDÜRÜLÜB? - KİV
Bu gün, 00:03
Sumqayıtda yolların təmiri 2 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02
"Ermənistan istədiyimiz dəyişikliyi etmədən sülhə imza atsaq, gələcəkdə yeni münaqişələrə qapı açılar"
Dünən, 19:10
TƏBİB-in sevimli şirkəti: “VEST SUPPLY”... - Bir ildə 40-a yaxın tenderin qalibi olub
Dünən, 19:02
Bu il sülh müqaviləsinin imzalanması mümkündür - ÇÜNKİ...
Dünən, 19:00
“Qarabağın Bakıya verilməsində Makronun rolu az olmayıb” - Benyamin Matevosyan
Dünən, 18:56
İran İsrailə ballistik raketlərlə hücum etməyə hazırlaşır - CNN
Dünən, 18:06
Simonyan yarımçıq sülh istəyir - Bakıdan reaksiya gəldi
Dünən, 18:00
Aşıq Əhliman səhhətindən danışdı: - "Dərmanlarla yaşayıram"
Dünən, 17:58
Ermənistanı qorxuya salan proses: - Sərhədində 286 min kv.km-lik Güney Azərbaycan dövləti
Dünən, 17:57
"Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir..." -Katolikosun Vatikandakı nümayəndəsi
Dünən, 17:53
Bu dəfə “Maqsud İbrahimbəyov Mərkəzi”ndən 75 min alacaqlar – Çarçarovlar “iş başında”
Dünən, 17:50
Azərbaycanlılara məxsus 40 min mikrotoponim var ki... - onları mərhələ-mərhələ DƏYİŞDİRİBLƏR...
Dünən, 17:46
Azərbaycandakı inşaat şirkəti “Diadem”in xalis mənfəəti kəskin düşüb - TƏFƏRRÜAT
Dünən, 17:41
Rusiya 35 Azərbaycan vətəndaşına müvəqqəti sığınacaq verib - İLGİNC
Dünən, 17:38
"Paşinyan ölkənin ləyaqətini alçaldır" - Artsvik Minasyan
Dünən, 17:36
Aslan Xasıyev “Rabitəbank”dan UZAQLAŞDI
Dünən, 17:35
Agentlik xarici elektrik təchizatı işlərinə 1,3 milyon manat - AYIRDI
Dünən, 17:28
“O bura gəlsə venamı kəsib sizi zibilə salacam” - Müğənni ilə MÜSAHİBƏ
Dünən, 17:11
“Türməni pis vəziyyətə salıblar, tapşırıq vermişəm ki...” – Aydın Abbasov ŞİKAYƏTLƏNDİ
Dünən, 17:06
"Adam təklif etdi, mən də qəbul etdim - "Niyə bu, insanları təəccübləndirir?"
Dünən, 17:00
Nazir onları müavin təyin etdi - FOTO
Dünən, 16:57
Bakıdakı dəhşətli cinayətin DETALLARI – “Birinci o məni bıçaqladı...”
Dünən, 16:54
“Batıgöz” klinikası insanların gözü ilə necə “oynayır”? - "...məhkəmədə görüşəcəyik"
Dünən, 16:49
Qadın ərinə şərt qoydu: "O biri kişini də qəbul edəcəksən, yoxsa..." – ŞOK TƏFƏRRÜAT
Dünən, 16:45
Nizaməddin Babanlı vəzifəsindən azad olundu - işində verdiyi nöqsanlara görə
Dünən, 16:43
“AcccesBank” 8 nəfəri evdən küçəyə atır - ADLAR
Dünən, 16:35
Paşinyan Qərbə baxsa da, Rusiyadan qazanır - ARAŞDIRMA
Dünən, 16:33
Afətdən ONU QINAYANLARA: - “Deyəcəklər ərə getdi, ərdə oturmadı”
Dünən, 16:31
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA
Dünən, 16:23
Azərbaycan şirkəti nizamnamə kapitalını 1.2 milyon manat azaldır
Dünən, 16:22
İran-Rusiya-Ermənistan üçbucağı: Bölgədə nə baş verir? - GƏLİŞMƏ
Dünən, 16:20
Beynəlxalq güclərin savaş meydanı: - Ermənistanda revanşizm meyilləri artmaqdadır
Dünən, 16:14
Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Dünən, 16:09
Rusiyada qarğıdalı qıtlığı yaranıb – Azərbaycanda da bahalaşa bilər
Dünən, 16:04
ABŞ Ermənistandan niyə imtina etdi? - ŞƏRH
Dünən, 16:02
Leytenantın bəraəti ləğv olundu - Ağır cəza verildi
Dünən, 16:00
İsa Həbibbəylinin qardaşı oğlu İŞDƏN ÇIXARILDI - Sahib Məmmədov əmr imzalayıb
Dünən, 15:55
Rəsmi Moskva İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb
Dünən, 15:49
Eçmizədindəki “qara qarğalar”ın yeni fitnə həvəsi - QAŞINIRLAR...
Dünən, 15:45
Ermənistan Azərbaycana qarşı “cinayət təqibi”ni dayandırdı - KİV
Dünən, 15:43
Ermənistanın ədliyyə naziri niyə istefa verib? - ŞOK TƏFƏRRÜATLAR
Dünən, 15:36
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Dünən, 15:33
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Dünən, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Dünən, 15:20
Milli Məclis komitələrinin tərkibi bəlli olub - SİYAHI
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru