"Nisə xanımın üzərində əziyyətlərim, əməyim çox böyük olub"
Tarix: 20-09-2023, 09:19 | Çap et
“Məndən “Xoş gəldim” verilişində soruşdular ki, “Lalə qızlar” ansamblından sizi kimlər yada salmır? Dedim ki, hamı yada salır, amma Nisə xanımdan başqa. Hətta başqa verilişlərdə Nisə xanımdan soruşublar ki, siz “Lalə qızlar” dan sənət fəaliyyətinizə başlamısız? Amma o bu sualın üstündən keçib. Nisə xanımın üzərində əziyyətlərim, əməyim çox böyük olub” DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Ceyran Haşımova deyib. O daha sonra əlavə edib. “Nisə xanımı Ələkbər Tağıyevin yanına Zeynəb Xanlarovanın xahişi ilə mən aparmışam. Zeynəb xanım mənə zəng edib dedi ki, o dağlı qızıdır? Dedim ki, hə. Xahiş etdi ki, onu mən Ələkbər Tağıyevin yanına gətirim. Öz əllərimlə onu Ələkbər Tağıyevin yanına aparmışam. Zeynəb xanım Ələkbər Tağıyevə dedi ki, bundan sonra mən nə mahnısı oxusam, o mahnıları sonradan verin Nisə xanım oxusun. Bu dediklərim haqdır, öz qulağımla eşitmişəm. Nisə xanımı əslinə qalanda bizdən Ələkbər Tağıyev ayırdı. Bizim konsertimiz oldu. O aparıcıdan təkid etdi ki, indi də təqdim edin ki, oxuyur Ələkbər Tağıyevin yetişdirdiyi müğənni Nisə Qasımova. Ələkbər Tağıyevin Nisə Qasımovadan heç xəbəri yox idi axı. Aparıcı xanım dedi ki, mən belə təqdim edə bilmərəm, o ilk addımlarını “Lalə qızlar” da atıb. Nisə Qasımovanı ansamblın solisti kimi təqdim etmişdilər. Bu da Ələkbər Tağıyevin xoşuna gəlməmişdi. Bu hadisədən sonra o Nisə xanımı bizdən ayırdı. Məşqlərimiz başladı, gördük ki, Nisə Qasımova gəlmir. Ələkbər Tağıyevin imkanları geniş idi, iş adamı idi. Mən o vaxt heç “əməkdar artist” də deyildim. Kim idim ki?” deyə sənətkar bildirib. Ceyran Haşımova bildirib ki, ansamblı tərk edəndən sonra dəfələrlə Nisə Qasımova ilə görüşüb.
“Nisə xanım məni “Mənim dünyam” verilişinə dəvət etmişdi. İki dəfə onun verilişində qonaq olmuşam. Aramızda dava olmayıb, çox gözəl münasibətimiz olub. Bir dəfə elə verilişdə ona dedim ki, mən səni dünyalar qədər çox istəmişəm, sən məni niyə yada salmırsan?! Dedi ki, düzdür Ceyran müəllimə. Nisə xanım mənim çox sevdiyim müğənni olub. Mən rəhbərəm, ixtiyarım çatmır bunları deməyə? Burada nə var ki? Mən onlara ana, rəfiqə, rəhbər olmuşam. Bir ana tək qızını saxlaya bilmir. Bütün qızları sağ-salamat qastrollara aparıb, salamat da gətirib ailəsinə təhvil vermişəm. Nisə xanım unutqandır. Nisə Qasımovaya halal etmirəm sözünü o mənada demişəm ki, yəni sənətdə etdiklərimi ona halal etmirəm. Ömrümün çoxu gedib, azı qalıb. Bu gün sabah 90 yaşım olacaq. Evimə gəlsə əlbəttə ki, onu qəbul edərəm. Niyə də qəbul etməyim ki? Evimin qapıları Nisə xanımın üzünə açıqdır. Mən bir tikəmi onlarsız yeməmişəm. Katiblər məni qonaq da çağırıb, demişəm ki, qızlar harada, mən də orada. Hətta məclislərdən birində bir xalq şairimiz də iştirak edirdi. Mənə dedi ki, siz niyə badə qaldırıb, qızlara içki içməyə icazə vermirsiniz?! Ona dedim ki, siz azərbaycanlı kişisi olaraq sevinmirsiniz Azərbaycan qadını içki içmir?! Bir nəfər deyə bilməz ki, ansamblımdan bir əxlaqsız, tərbiyəsiz qız çıxıb. 40 il bu ansamblı qoruyub saxlamışam. Biz həmişə dövlətlə işləmişik, özfəaliyyət olmamışıq. Yeni gələn qızları 2-3 dəfə yoxlayandan sonra ansamblıma götürmüşəm” deyə xalq artisti bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
|