“Fürsət var ikən birləşmək lazımdır” - ÇAĞIRIŞ
Tarix: 14-11-2022, 14:07 | Çap et
Tanınmış güney azərbaycanlı ozan Araz Elsəs “Report”un suallarını cavablandırıb. DİA.AZ sənətçi ilə müsahibəni təqdim edir:
- Araz bəy, hazırda harada yaşayırsınız, nə işlə məşğul olursunuz?
- Hazırda İsveçdə yaşayıram, yaradıcılıqla məşğulam, eyni zamanda sahibkar kimi fəaliyyət göstərirəm.
- Güney Azərbaycanda baş verən prosesləri izləyirsiniz?
- Güney Azərbaycanda baş verən hadisələri yaxından izləyirəm. Təkcə Güney Azərbaycanda yox, İranın bir çox yerində böyük hadisələr baş verir. İran İslam Respublikasının çökməsi artıq sona yaxınlaşmaqdadır və bu, uzun zaman almayacaq. Yaşanan bütün proseslər də bu fikri təsdiqləyir. Bir hakimiyyət ki öz vətəndaşına, ölkəsində yaşayan insanlara qarşı silah çəkir, onların haqlı tələblərinə qarşı güllə ilə cavab verirsə, həmin rejim məhv olmağa məhkumdur.
- Azərbaycana gəlmək fikriniz var?
- Azərbaycana indi gəlməyi xüsusilə çox istəyirəm. Orada soydaşlarımızla görüşmək, Güney Azərbaycan məsələsi barədə danışmaq və Azərbaycanın bütövlüyü ilə əlaqədar görüşlər keçirmək, konsertlər vermək çox vacib məsələdir. Düşünürəm ki, bu addım Güney Azərbaycandakı hərəkatımıza da dəstək olar. Bu gün Azərbaycan mətbuatının, televiziyalarının, eyni zamanda soydaşlarımızın sosial mediada verdikləri dəstək çox sevindiricidir. Güney Azərbaycan türkü olaraq bu hal məni çox sevindirir. Haqq işimizə dəstək verən hər kəsə öz adımdan təşəkkür edirəm. Güneyin Quzeyə, Quzeyin də Güneyə hər zaman ehtiyacı var. Lakin bu gün Güneyin Quzeyə olan ehtiyacı çox böyükdür. 44 günlük Vətən müharibəsində bütün çətinliklərə baxmayaraq, insanlarımız küçələrə axışdı və haqq savaşımıza dəstək verdilər. Bu baxımdan, hazırda Azərbaycanımızın Güneyə olan dəstəyi bizi xüsusilə sevindirir. Həmin dəstək bizim haqq mübarizəmizə dayaqdır.
- Siz daha öncə bir klipinizdə Xudafərin körpüsünün imitasiyası qarşısında mahnı ifa etmişdiniz və nəhayət ki bu gün Xudafərin azaddır. İndi burada canlı şəkildə mahnı oxumaq istərdinizmi?
- Mənim ən çox görmək istədiyim yer Xudafərin körpüsüdür. Ən böyük arzum isə Xudafərin körpüsünü keçmək və Azərbaycanımızın bütövlüyünü görməkdir. Bu gün isə buna dünənkindən daha çox inanıram. Azərbaycanın bütövlüyü bir gerçəkdir və bilirəm ki, bu həqiqət ən qısa zamanda gerçəkləşəcək. Xudafərin körpüsündə konsert vermək və millətimin birliyini, bütövlüyünü hayqırmaq istərdim. Azərbaycandan bu cür təklif olarsa, sevinə-sevinə gələrəm.
- Sizcə, Güney Azərbaycandakı proseslərə kim liderlik edə bilər?
- Güney Azərbaycanda siyasi ənənə çox güclüdür. Tarix boyu İranda olan bütün siyasi proseslərə baxsaq görərik ki, Azərbaycan və orada yetişən şəxslər siyasi cərəyanlara başçılıq edib. İnanıram ki, vaxtilə Mərkəzi-Qeybi (Səttarxan hərəkatı dövründə yaradılan təşkilat- red) yaradan Təbriz hazırkı hərəkata doğru şəkildə liderlik edib, oradakı təşkilatlanma ilə millətimizi səadətə və xoşbəxtliyə çıxaracaq. Unutmaq olmaz ki, Güney Azərbaycanın adı ilə bağlı olan bütün təşkilatlarımızın fəaliyyəti çox önəmlidir. Lakin Güney Azərbaycan adı Güney Azərbaycanın İrandan qurtulduğu ana qədər keçərlidir. Bu andan etibarən isə Güney-Quzey anlayışı yığışdırılmalı və artıq bütöv Azərbaycandan danışmalıyıq. Bu yolda güneyli-quzeyli lazımlı addımları atmalı və amalımız bütöv Azərbaycan olmalıdır.
- Sizcə, proseslər nə ilə nəticələnə bilər?
- Doğrudur, yüzillərdir ki, yaşadığımız coğrafiyada böyük hərəkatlar başlayıb. Səttarxan hərəkatından sonra bizim muxtar respublikamız oldu, amma təəssüf ki, sadəcə bir il yaşadı. Bu yolda on minlərlə insanımız şəhid oldu. Ancaq məqsəd və hərəkatlar davam etdi. Lakin keçmiş 100 ilə nəzər salsaq, milli hərəkat heç bu qədər güclü olmayıb. Hərəkatın potensialı düzgün istifadə edilərsə, millətimiz öz istiqlaliyyətinə qovuşacaq və quzeyimizlə birləşib bütöv Azərbaycan olacaq. Bu gün gedən proseslər bəlkə də güneyli-quzeyli millətimizə verilən ən böyük fürsətdir. Bu fürsəti əl-ələ, çiyin-çiyinə dəyərləndirib xalqımızı aydınlığa çıxara bilərik.
- Bəs bu gün yaşananlar öncəkilərdən nə ilə fərqlənir?
- Bu proseslərdə güneyli-quzeyli ayıq olmalıyıq. Azərbaycan millət və dövlət olaraq güneyli qardaşlarının yanında olmalıdır. Həmçinin, bizim qardaş ölkəmiz Türkiyə də Güney Azərbaycana öz dəstəyini verməlidir. Güney Azərbaycandakı hadisələr müsbət sonluqda nəticələndikdən sonra Ermənistanla olan problemlər də öz həllini tapacaq. Ermənistan bizimlə razılaşmağa məcbur olacaq. İnanıram ki, Güney Azərbaycanda öz milli hakimiyyətimiz olduqdan sonra Türkiyənin PKK terror təşkilatı kimi problemi də qalmayacaq. Yəni, Güney Azərbaycan məsələsi ən az bizim qədər Türkiyə üçün də önəmlidir. Güneyin istiqlaliyyətə qovuşması bütün türk dünyasını körpü kimi bir-birinə bağlayacaq. Ona görə əl-ələ verib bu körpünü tez bir zamanda yaratmalıyıq.
- Bu proseslər fonunda xaricdə yaşayan azərbaycanlılar hansısa yeni bir təşkilat yarada bilərlər?
- Xaricdə yaşayan azərbaycanlılar da təşkilatlanaraq bu işlərə öz töhfələrini verməyə çalışırlar. Fikrimcə, Güney Azərbaycanda millətimiz güclü şəkildə dayandıqdan sonra xaricdəki soydaşlarımız daha da möhkəm birləşərək böyük işlərə imza atacaqlar. Mən buna inanıram.
- Bəzi fikirlər səsləndirilir ki, artıq Güney Azərbaycan Cümhuriyyəti elan olunsun. Siz bu təklifi dəstəkləyirsiniz?
- Bəli, "Güney Azərbaycan Cümhuriyyəti yaradılsın" kimi fikirlər səsləndirilir. Mən millətimin Şimali Koreya, Cənubi Koreya kimi ayrı-ayrı dövlətlərdə yaşamasını istəmirəm. Fürsət var ikən birləşmək lazımdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
|