“Başdaşıma Xalq artisti yazılsın deyə, min dəfə yalvarmalıyam?” - ETİRAZ
Tarix: 8-09-2021, 11:45 | Çap et
Əməkdar artist Cavanşir Məmmədov Sfera.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Cavanşir bəy, pandemiya dönəmini necə keçirdiniz, xəstəliklə necə mübarizə apardınız?
- Ataların yaxşı bir sözü var: Palaza bürün, ellə sürün. Pandemiya ilə mübarizə aparmaq Səhiyyə nazirliyimizin, dövlətimizin, eyni zamanda vətəndaşlarımızın işidir. Prezidentimiz sağ olsun, vaxtında elə qabaqlayıcı tədbirlər görüb ki, digər ölkələrə də nümunə olmuşuq. Yəni, bu ümumdünya, eyni zamanda ümumxalq mübarizəsidir. Tək Cavanşir Məmmədov yox, başqaları da bu tövsiyələrə əməl etməlidir. COVİD-19 elə-belə xəstəlik deyil, bütün dünyanı cənginə alıb. - Koronavirus sizi də yaxalayıbmı?
- Bəli. Noyabr ayında mən də, həyat yoldaşım da bu xəstəliyi keçirmişik. Ancaq uşaqlarım yoluxmayıb. Vaksinləri də vurdurmuşuq, müalicə də almışıq. Şükürlər olsun ki, yaxşıyıq. - Operativ Qərargahın pandemiya dönəmində bir sıra qərarları oldu. Bir qisminə narazılıqlar var idi, bir qismi artıq cəmiyyət tərəfindən qəbul edilib. Bəs, Cavanşir Məmmədov vətəndaş kimi bu qərarlardan razıdırmı?
- Qərarlara sözüm yoxdur. Əvvəla, qərarlar diqqətlə analiz edilib, sonra verilməlidir. Həftədə bir qərar vermək olmaz – xəstəlik və ya qeyri- məsələ ilə bağlı. 500 xəstə azaldı və ya çoxaldı, buna əsasən, qərar dəyişmək düzgün deyil. Bu baxımdan düşünürəm ki, tələsmək lazım deyil. Digər tərəfdən bu dönəmdə səsləndirilən müəyyən təkliflərlə razılaşmadım. Məsələ parlamentdə müzakirə ediləndə bir-iki deputat toylarla bağlı fikirlər irəli sürmüşdülər. Təklif etmişdilər ki, həmin məclislər onlayn formada təşkil edilsin. Həmin deputatın özünə sual verirəm: Sən öz övladına onlayn toy edərsənmi? O zaman elə cəbhədə düşmənlərimizlə onlayn vuruşaq da....
Bu o deməkdir ki, deputat seçiciləri ilə görüşmədiyini etiraf edir. Əgər görüşsəydi, onların fikrini öyrənərdi. Düşünürəm ki, hər bir millət vəkili ilk olaraq seçiciləri ilə görüşməli, məsələni müzakirə etməli, sonra isə parlamentin müzakirəsinə çıxarmalıdır. Əminəm ki, heç bir seçici bu təkliflə razılaşmazdı. Onlayn toy edərlər? Düşünmürlər ki, bu millətin 50 faizi toyla dolanır? Bunun qızıl satanı, taksi sürəni, video çəkəni var, şadlıq sarayının işçiləri, musiqiçiləri var və.s. Gündəlik 5-10 manata dolanan adamlardan danışıram. Bir lazımsız təklif çox sayda əhalinin narazılığına səbəb ola bilər. Toylarda qonaqlar 14-16 nəfər yox, masaların arxasında ara məsafəsi gözlənilməklə 6-8 nəfər əyləşə bilərlər. Və ya şadlıq saraylarının qapısında inzibatçılar qonaqları yoxlayıb zala buraxa bilərlər. Millətimizin iki ilə yaxın toy etməməsi həm də insanların artımına zərbədir. 20 ildən sonra əsgər çatışmazlığı ilə üzləşə bilərik. Bütün bunların hamısını nəzərə alıb bu fikrə gəldim. Deputatlarımız sağ olsunlar ki, sonradan xalqın istəyini , ümumi vəziyyətini nəzərə alıb fikirlərinə aydınlıq gətirdilər. - Toylardan söz düşmüşkən, məclislər hələ bir neçə aydır ki, bərpa olunub. Amma bundan öncə, həmkarlarınız qazanclarını təmin etmək üçün digər ölkələrə, xüsusilə Rusiyaya üz tutdular, hətta daimi yaşamaq fikrində olanlar da oldu. Maraqlıdır, siz də oxşar addım atmaq fikrində oldunuzmu həmin zamanlarda?
- Onlar Rusiyaya çörəklərinin dalınca getdilər. Mən də düşündüm ki, həmin çətin dönəmdən çıxmaq üçün maşınımı satım, ailəmi dolandırım.
- Səhv etmiriksə, iki maşınınız və bir evinizi satışa qoymusunuz...
- Bəli. Ehtiyacım olduğuna görə bu addımı atmalı oldum. Nə yatdım, nə yuxu görəm ki...Adam durduğu yerə maşınını satmaz. Mən 50 il vətənimə, xalqıma xidmət etmişəm, canımı qoymuşam. 1983-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Avropada, 17 xarici dövlətlərdə keçirilən tədbirlərdə, konsertlərdə iştirak etmişəm. 2006-cı ildə Prezidentin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülmüşəm. 2013-cü ildə Xalq artisti adı üçün Mədəniyyət nazirliyinə, Prezident Aparatına müraciət etmişəm. O vaxtdan bu yana 8 il keçib. Bu yaxınlarda da müraciət etsəm də, məsələyə baxılacağı bildirildi. Mənim yanımda çıxış edənlər, məndən sənətin sirrini öyrənənlər fəxri adlara layiq görülürlər. Lap yaxşı. Mən isə, 16 ildir əməkdar artistəm. Dövlətimizdən ev istəməmişəm, prezident təqaüdü istəməmişəm. Quru addır da. PA-da qəbulda da olmuşam – mənə bildiriblər ki, sizi xalq sevir, qismət olarsa, fəxri ad da alarsan, gözləmək lazımdır. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinskinin adı olmayıb heç. Düzdür, onlar o dövrdə də, bu dövrdə də musiqi tariximizdə yaşayan böyük sənətkarlarımızdan olublar. Ancaq onlara da ölümündən sonra titul verilsəydi, yaxşı olardı. Necə ki, milli qəhrəmanlarımıza verilib – onlar da milli musiqimizin qəhrəmanlarıdır. Digər tərəfdən, onlar çörək qazanıb ailələrini dolandırıblar. Mən isə həm dövlətçiliyimizə, həm xalqıma xidmət etmişəm, həm də kömək etmişəm. Bir xeyriyyəçi kimi də imkan daxilində pandemiya dövründə xalqın yanında olmuşam, indi isə özümüzə kömək lazımdır. Eyni zamanda vergi ödəyicisi kimi rəhmətlik Səməd Səmədovla mən birincilər sırasında olmuşuq. Toy qiymətlərinə gəldikdə isə heç vaxt mənə müraciət edənləri incitməmişəm. 16 nəfərlə , 26 illik duet ortağım, həmkarım, əməkdar artist Firuzə İbadova ilə birlikdə 3 min manata toya getmişəm. - Amma titullarla bağlı müzakirələr də birmənalı deyil. Zaman-zaman hətta buna ehtiyacınız olmadığı da vurğulanıb. - Mənim yaşım ötür axı. Nəvəm sabah desə ki, gedirəm babamı yad etməyə, onun 3-5 dostu da ziyarət etmək istəyəcək. Qəbiristanlığa gəldilər, gördülər ki qəbir daşıma "Respublikanın Əməkdar artisti” yazılıb. Mən də elə-belə mahnılar oxumamışam, Üzeyir Hacıbəyovun bəstələrindən tutmuş, müasir bəstəkarlara qədər hamısı. Bəs, nəvəmə deməzlər ki, deyirdin babam böyük sənətkar olub, niyə Xalq artisti adı verməyiblər? Mənim başdaşıma Xalq artisti yazılsın deyə, min dəfə yalvarmalıyam? Zəhmətimə qiymət verilməsini xahiş edirəm. Deyirlər ki, sən konsert verib adam toplamısan? Bəli, mənim Şəfa stadionunda, Heydər Əliyev Sarayında konsertlərim olub, Azərbaycanın kəndi-kəsəyi qalmayıb ki, konsertim olmasın. Onların hamısının xərcini cibimdən çəkmişəm. Necə oldu, bir il içində adama iki fəxri ad verildi? Mümkünsüzdü. Yeni mədəniyyət nazirimizi Anar Kərimov çıxışlarından birində qeyd etdi ki, fəxri adı olanlar nazirlikdə canlı ifaları ilə yenidən attestasiyadan keçəcəklər. Nazirimizin bu fikrinə bir çox müğənnilər ciddi şəkildə dəstək oldular və minnətdarlıqlarını bildirdilər. Fonoqramla ifa etmək olar, amma bir-iki mahnı, qalan mahnılar canlı şəkildə olmalıdır. Artıq nazirimizin bu fikrini televiziya kanalları da müsbət qəbul ediblər. Dəvət edəndə əvvəlcədən fonoqramla bərabər canlı ifa da tələb edirlər. Fonoqramla da canlı oxumaq olar, "minusovka”nın üstünə. Fonoqram oxuyan adama Əməkdar artisti, Xalq artisti adı verərlər? Sual verəndə ki, Üzeyir Hacıbəyov neçəndi ildə anadan olub, nə vaxt dünyasını dəyişib, bilmirlər. Qara Qarayevə Cəfər Cabbarlı deyənlər, Asəf Zeynallını tanımayanlar da var. Bəli, belə Əməkdar artistlərimiz olub. Baxın, Şuşa işğaldan azad edildi, dünyada görülməmiş, yüksək səviyyədə festival keçirildi orada. Fəxrəddin Manafov şuşalı idi, niyə yox idi orada? Zöhrə Abdullayeva Şuşa deyə-deyə getdi. - Atanız İrşad Məmmədov da şuşalıdır. Sizə də dəvət gəlməmişdi?
-Xeyr. Özü də şuşalı olduğumu bilirlər. Qəssab Abışın nəvəsiyəm, babamın evi də dağılmış şəkildə Şuşa türməsinin yanındadır. Şuşa bazarında isə ət dükkanı var idi. Abış kişini Qarabağda tanımayan yoxdur. O, Flora Kərimovanın da babasıdı, mənim də. Ümumiyyətlə sual edirəm, Fikrət Əmirovun bir oğlu var, niyə işsizdir? Niyə onunla bir adam maraqlanmır? Cəmil Əmirov elə-belə musiqiçi deyil, böyük bəstəkarın oğludur. Uzun illər Rafiq Babayevin orkestrında çalışıb. Yaxud, Rəşid Behbudovun qızı Rəşidə Behbudova, o da müğənnidir. Niyə Xalq artisti adı yoxdur? O cür kişinin qızını niyə bir dəfə televiziyalara çağırmırlar. Niyə, hansı səbəbdən küskün olduqlarını soruşmurlar? Elə adamları yaddan çıxarmaq olmaz. Bu da prezidentin işi deyil. Bakı Şəhər Mədəniyyət şöbəsi, nazirlik, müəyyən qurumlar var. Düzdür, işlər çoxdur, amma onların arasında dediyim məsələ də var axı. - Sənətkarların övladlarından söz açdınız. Bəs sizin övladlarınızla bağlı vəziyyət necədir? Bir qızınız və bir oğlunuz var. Onların durumundan razısınızmı?
- Oğlum işləyir. Amma qızım səbəbsiz şəkildə işdən çıxarılıb. Evimizlə 100 metr məsafədə yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışırdı, adi işçi idi – 375 manat maaş alırdı. Ailəsi var, uşağı var. Lakin yeni nazir gələn kimi kiminsə təklifi ilə bir qrup işçi işindən kənarlaşdırıldı. O cümlədən, mənim qızım 5 ildir orada çalışırdı. Onunla bərabər Xan Şuşinskinin nəvəsi də işindən uzaqlaşdırıldı. İki övladım var, ikisinin də iki ali təhsili var, ailəlidirlər. Qızımın çıxarış ərizəsində işə gecikdiyinə görə bu addımın atıldığı qeyd olunub. İşdən azad edilən adama vaxt verirlər ki, özünə iş tapsın. Əvvəla, məsafə uzaq deyil ki, bu adam işə geciksin. Sübut kimi yoxlanış kameralarına da baxa bilərdilər. Həm də əgər müəyyən səbəbdən işə gecikibsə, bir işçinin 5 il ərzində işə 5-10 dəqiqə gecikməsi təəccüb doğurmamalıdır. Ondan izahat alınıb xəbərdarlıq edilə bilərdi. Qızım bu günə qədər işsizdir, onu işinə qaytarsalar da, qaytarmasalar da minnətdaram.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
|