"Biz təkcə torpaqlarımızı itirmədik, qızıl səslərimizi də itirdik"
Tarix: 27-08-2021, 08:49 | Çap et
Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır. Qarabağın işğalı milli-mənəvi dəyərimiz olan muğamımıza da təsirsiz ötüşməyib.
Xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib ki, Qarabağımızın işğalı gözəl səslərimizin itirilməsinə gətirib çıxardı. Bir milyona yaxın qaçqın Azərbaycanın başqa bölgələrində məskunlaşdı. Nəticədə muğamımız dəyərli səslərini itirdi. Xalq artisti Qarabağın işğalının muğamımıza təsirinin nəticəsini Muğam müsabiqəsində hiss etdiyini söyləyib:
"Azərbaycan muğam sənətinin korifeylərinin böyük bir qismi Qarabağdan çıxıb. Muğam müsabiqəsində münsiflər heyətində iştirak elədiyimə görə görürdüm ki, Qarabağ bölgəsindən səs gəlmirdi. Çünki yetişmirdi. Biz işğal vaxtı təkcə torpaqlarımızı, tarixi abidələrimizi, evlərimizi itirmədik, eyni zamanda muğamımız gözəl səslər itirib". Xalq artisti əlavə edib ki, 2005-ci ildə Heydər Əliyev Fondu, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən muğam müsabiqələrinin keçirilməsi muğamımızı dirçəltdi. Bu vaxta qədər 7 Muğam müsabiqəsi keçirilib. Həmin müsabiqənin nəticəsində onlarla muğam ifaçısı səhnəmizə gəldi: "Artıq onların fəxri adları var. Onlar artıq operamızın səhnəsində çıxış edirlər. Eyni zamanda Dövlət Televiziyamızın solistləridir. Bizimlə bərabər nəinki Azərbaycanda, dünyada da ləyaqətlə təmsil edirlər. Bundan sonra Beynəlxalq muğam müsabiqələrinə start verildi. 6 Beynəlxalq muğam müsabiqəsi keçirilib".
2008-ci ildə Beynəlxalq Muğam Mərkəzi tikilib. Ondan sonra Ağcabədidə, Ağdamda, Füzulidə və Sumqayıtda muğam mərkəzləri tikildi. Bu gün muğam bütün dünyada tanınır və sevilir. M.İbrahimovun fikrincə, qarabağlılar öz torpaqlarına geri qayıtdıqdan sonra muğam öz çiçəklənmə dövrünə qayıda bilər: "Çox şükür ki, Ali Baş Komandanımızın sayəsində, qazilərimiz və şəhidlərimizin qanı, canı bahasına Qarabağımız artıq azaddır. Artıq muğamımız Qarabağımızda səslənir. May ayında təşkil olunan "Xarıbülbül" festivalında artıq bütün dünya buna şahid oldu. Düşünürəm ki, həmin torpaqların insanları öz torpaqlarına qayıdandan sonra muğamımız əvvəlki intibah dövrünə geri qayıdacaq".
Xalq artisti Nəzakət Teymurova bildirir ki, Qarabağın işğalında ən çox itirən muğam sənəti olub. Bu 30 ildə o torpaqlarda insanlar doğulmadı, o torpaqlardan səslər gəlmədi. Muğamımız keyfiyyətli səs itirdi:
"Az da olsa səs qalıb. Onların da əksəriyyəti o torpaqlardan gələn insanların səsləridir. Qaçqın düşüb, hansısa bölgəmizdə məskunlaşmış insanların səsləridir. Qarabağ ifaçılarının səsini bülbülə bənzədirdilər. Təəssüf ki, bülbül kimi səslərimizi itirdik. Torpaq önəmli bir faktordur. Səs torpaqdan bəhrələnir, ilham alır. O səsləri Allah bizə o torpaqlardan bəxş edib. İndi də var, amma o keyfiyyət yoxdur. Müəyyən vaxt lazımdır ki, o torpaqlar yenidən bizə o səsləri bəxş etsin". Əməkdar artist Təyyar Bayramov deyib ki, Qarabağın çox möhtəşəm muğam ifaçıları olub. Son dövrlər, demək olar ki, belə musiqiçilər yox idi. Çünki Qarabağ işğal olundu, o qızıl səslərin sahibləri başqa bölgələrimizdə məskunlaşdılar. Onları birləşdirib bir iş görmək mümkün deyildi. Xanəndə pərən-pərən düşmüş qızıl səs sahiblərini bir araya toplamaq istəyib: "Çox istəyirdim ki, dəstək olum, onları bir yerə yığım. Hətta Ağdamda ansambl da yaratmışdım. O ifaçıları bir yerə toplamaqda çox çətinlik çəkirdik. Hamısı pərən-pərən düşmüşdü. Qarabağ işğal olunmamışdan əvvəl Şuşada, Ağdamda məktəblər var idi. Həmin məktəblərin özlərinin ansamblları var idi. Xanəndələr özlərini orada püxtələşdirirdilər. Sonra nəinki Azərbaycanda, hətta dünyanın bir çox ölkələrində təşkil olunan festivallarında iştirak etdilər".
Xanəndə təəssüf hissi ilə qeyd edib ki, Qarabağın məşhur "Qarabağ bülbülləri" və "Şur" ansamblı da həmin illərdə dağıldı. Çünki baza yox idi. Həmin ansamblları yetişdirən məktəblər işğal vaxtı viran qaldı: "O məktəblər Bakının hansısa bir küncündə fəaliyyət göstərirdilər. Həmin məktəblərdən də mütəmadi olaraq yaxşı ifaçılar gəlmirdi. İndi az da olsa, var. Amma havanın, mühitin səsin formalaşmasında böyük rolu var. Elə hallar olub ki, səsimdə problem olub, nagüman rayona konsertə getmişəm. Oranın havasını alan kimi səsim dəyişib, başqa bir səs olub. Oranın soyuq bulaqlarından su içəndə də səsə zərəri olmurdu. Bunu mən Şamaxıda da hiss etmişəm".
Qeyd edək ki, Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.
Ölkəmizdə "Muğam aləmi" Beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, "Qarabağ xanəndələri" albomunun buraxılması, "Muğam" jurnalının, "Muğam ensiklopediyası"nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət "Azərbaycan muğamı" multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gəncə Dövlət Universitetində rektor maxinasiyaları... - Yusif Yusibovla Şahin Xurşudovun gizli işbirliyi
Bu gün, 05:36 |
|
|
|
• “Müğənnilərin toylarınızda fanaqram oxumasına icazə verməyin” - ÇAĞIRIŞ
Bu gün, 05:30 |
|
|
|
• Zelenski AĞ BAYRAQ qaldırdı? - İLGİNC
Bu gün, 05:26 |
|
|
|
• “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötür - ANIM
Bu gün, 00:22 |
|
|
|
• Yolumuz Qarabağa: “İcazəsiz?” - “Portal yolu” ləğv edilə bilərmi?
Bu gün, 00:17 |
|
|
|
• Həm Prezidentə, həm də Qərbə əlvida - Gürcüstan xalqı buna dözməyəcək”, amma...
Bu gün, 00:07 |
|
|
|
• SOCAR-da 13-CÜ MAAŞ VERİLİRMİ? - Əmrin detalları
Bu gün, 00:04 |
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Dünən, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Dünən, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Dünən, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Dünən, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Dünən, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Dünən, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Dünən, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Dünən, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Dünən, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Dünən, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Dünən, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Dünən, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Dünən, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Dünən, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Dünən, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Dünən, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Dünən, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Dünən, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Dünən, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Dünən, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Dünən, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Dünən, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Dünən, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Dünən, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Dünən, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Dünən, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Dünən, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Dünən, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Dünən, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Dünən, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Dünən, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Dünən, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Dünən, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Dünən, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Dünən, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Dünən, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Dünən, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Dünən, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Dünən, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Dünən, 12:52 |
|
|
|
|