“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...” .....                     Babayandan Bakıya sensasion şərt: Məhkumları verin, əvəzində… .....                     Həbsdə poqonu alınmayan yeganə general .....                     Balaca bir kənddə... XUDMANİ XANƏDAN... .....                     Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib .....                     Bundan sonra `Kapital Bank`a güvənməyəkmi? .....                     Naxçıvan icra hakimiyyəti daha əvvəlki kimi işləmir... .....                     Paşinyan Fransada həm də bunu danışacaq .....                     Bank kartlarından kütləvi oğurluq: pullarımızı necə qoruyaq? .....                     Yaşlı icra başçıları yola salınır: .....                     "Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmurm" .....                     Bakıda ipoteka ilə satılacaq ev tapılmayacaq .....                     Sumqayıtda bu məktəbə yeni direktor təyin edildi .....                     Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür .....                     Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür .....                     Xırdalanın yollarının təmirinə 1,5 milyon manat ayrıldı .....                     “ACWA Power” Azərbaycanda daha bir şirkət təsis edib .....                     Ermənistan bütün hərbi cinayətkarları araşdırıb cəzalandırmalıdır .....                     “İran altı ay ərzində 10 nüvə başlığına sahib ola bilər” .....                     Tanınmış naşir kitab sərgisindən şikayət edib: .....                     40 faizlə kredit, yoxa çıxan qızıllar: .....                     Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz .....                     Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi .....                     Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib .....                     Ermənistanın qisas istəyi sadəcə intihardır .....                     Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" .....                     “İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” .....                     Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? .....                     Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı .....                     Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər .....                     "Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" .....                     Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... .....                     Sepahın komandiri Suriyada ölüb .....                     İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi .....                     Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb .....                     Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR .....                     Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? .....                     İki avantüristin görüşü .....                     Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? .....                     “Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” .....                 

“Avropanın işi xalqı və hökuməti işğalla barışdırmaq niyyəti idi”
Tarix: 17-12-2020, 08:48 | Çap et
“Avropanın işi xalqı və hökuməti işğalla barışdırmaq niyyəti idi”
Müharibələr hər zaman millətçiliyi digər ideologiyalar qarşısında gücləndirir. 44 günlük Vətən müharibəsi də bu baxımdan fərqlənmədi. Belə ki, indi ölkədə millətçilik daha populyarlıq qazanıb və başqa ideoloji cərəyanları üstələməkdədir. Lakin bunun nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Çünki sosial problemlər dərinləşəndə sol ideyalar aktuallaşır, dünyəvi azadlıqlara geniş meydan verilməsi gündəmə gələndə liberallar fəallaşır, cəmiyyətdə gərginlik yarananda, əyriliklər artanda dini meyillər, müxtəlif cərəyanlar aktivləşir.

Azərbaycanlıları isə bir ideya ətrafında birləşdirmək mümkündürsə, bu da milli məsələlərdə alınır. Heç bir kənar təsir, təşviqat və ideoloji təbliğatlar milləti öz orbitinə toplaya bilmir. Ancaq milli proseslər baş verəndə, ölkədə taleyüklü hadisələr ortaya çıxanda xalq yumruq kimi vətənpərvərlik ideyasına sarılaraq birləşir.

Biz general, Milli Qəhrəman Polad Həşimovun və digər hərbçilərimizin Tovuz döyüşlərində şəhid olmasından sonra Şəhidlər Xiyabanı qarşısında yığışmasını misal gətirə bilərik. Spontan şəkildə baş verən yürüş xalqın milli ideyaya söykənməsindən xəbər verirdi. Bizi Qərbdən, İrandan, ABŞ-dan gələn hansısa cərəyanlar, ideyalar külli hal şəklində vəhdətə çevirə bilmir. Bu, illərin sınağı və təcrübəsidir.

Vətən müharibəsinin getdiyi günlərdə və sonrakı dövrdə də biz yad ideolojilərin xalq tərəfindən mənimsənilmədiyinə şahid olduq.

Azərbaycanlıları talışı, ləzgisi, avarı, tatı, rusu ilə bir yerdə yalnız vətənpərvərlik, milli heysiyyət cəm halına gətirib çıxara bilir. Bu mənada qeyri-ənənəvi hərəkatlar, çağırışlar qələbədən sonra sönməyə, tənəzzül etməyə başlamaqdadır. Cəmiyyətin bu əhvalı hakimiyyətə daha çox sərf edir. Vətən və millət faktoru ilə vətəndaşları xarici təhlükəyə qarşı daha sürətli, keyfiyyətli təşkilatlandıra bilir. Azərbaycan xalqının təməli əslində daha çox vətənpərvərlikdir, milli maraqların qorunmasıdır. Ona görə hər hansı xarici projelər ölkəyə idxal olunanda millət ordu kimi təşkilatlanır, dövlətin başında dayanan şəxsə maksimum səviyyədə dəstəyini verir.

Bu mövzuda fikirlərini bizimlə bölüşən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Ayaz Salayevin “Yeni Müsavat”a bildirdiyinə görə, vaxtilə yaxşı və pis millətlər müzakirəsi gedirdi. “Vaxt vardı ki, hansısa millət guya yaxşıdır, biz isə eləyik - beləyik və sair. Halbuki, bu fikirləri qəbul etmirdim. Bəli, bizdə vətənpərvərlik hissləri güclüdür, xalqı bu hiss birləşdirə bilir, amma bunun adına millətçilik demək olmaz. Vətənpərvərlik millətçilikdən ayrılır. Sadəcə, nə yaxşı bizdə kommunist, solçu ideyalar geniş yayılmayıb. Ruslardan fərqli olaraq, azərbaycanlılarda varlılara paxıllıq olmayıb” - deyə, A.Salayev bildirib.

Rejissorun fikrincə, hazırda Qərbin ideyaları da ənənəvi Avropa təfəkküründən qopmaqdadır. A.Salayev hesab edir ki, azərbaycanlılar həmin cərəyanları özünə yaxın buraxmır, amma mədəniyyətdə və gənclər sektorunda iş davam edir: “Qərbin bugünkü ideyalarının adını tapmaq lazımdır. Çünki son vaxtlar Avropa dəyərləri kökündən dəyişib. Qərbin ənənəvi təfəkkürünün, Avropa mədəniyyətinin yaratdığı təfəkkür tamamilə dəyişib. İndi başqa dünyadır və məni kimi Avropanı sevən adamın Qərblə bağlı fikirləri artıq dəyişməkdədir. Ona görə ki bu günün Avropa dəyərlərini qəbul etmək istəmirəm”.

A.Salayevin sözlərinə görə, həmin ideologiyaları bizi millət kimi zəiflətmək məqsədi daşıyır: “Bura pasifizm, feminizm, LGTB mövzuları daxildir. Elə müharibə getdiyi vaxtlarda tez-tez pasifist çağırışları yada salaq. Pasifizm odur ki, müqavimət göstərmirsən və yavaş-yavaş məhv olursan. Dünyada əksəriyyət istəyərdi ki, müharibə olmasın, Azərbaycan Qarabağdakı vəziyyətlə barışsın. Avropanın işi xalqı və hökuməti işğalla barışdırmaq niyyəti idi. Amma alınmadı. Ona görə Vətən müharibəsi son dərəcədə böyük hadisə idi. İlk növbədə başqa ölkələr bir yana, özümüz haqda təsəvvürlərimiz dəyişdi. Artıq bu milləti hansısa barışığa sürükləmək, təslimiyyətə razılaşdırmaq öz işinə getdi. Sözsüz ki, həmin xarici ideologiyalar dediyimiz incəsənət, mədəniyyət, cavanlar arasında bir hərəkat kimi davam edəcək. Əslində isə ənənəvi Avropa təfəkkürü müqavimət göstərməkdir. Məsələn, ”Hamlet" vəziyyətlə barışmır. Düzdür, məhv olur, amma barışmır. Bizə vəziyyətlə barışmağı təlqin edirdilər. Amma bu qələbə və Qarabağ bir simvol oldu".

Həmsöhbətimiz torpağın səsinin hər hansı ideyalardan yüksək olduğunu düşünür: “Hətta torpağın səsi ölüm qorxusundan da yüksək oldu. Ona görə bu günün şəhidləri tam fərqlidir. Tamamilə başqa şəhidlikdir. Məsələn, 20 Yanvar şəhidlərindən fərqlənir. O səbəbdən hər şey dəyişməlidir. Əgər mədəniyyəti dəyişdirən təfəkkür dəyişibsə, mədəniyyət də dəyişməli olacaq”.

Kinorejissor deyir ki, müharibədə qələbə xalqın dünya tarixində mövqeyini dəyişdi: “Yadınızdadırsa, müharibə gedən günlərdə suriyalı muzdlular mövzusunu ortalığa atmışdılar. Bu cəfəngiyyat ona görə idi ki, guya millət döyüşə bilmir, yerimizə döyüşməyə gələnlər var. Amma başa düşmürdülər ki, muzdlular heç vaxt müharibəni uda bilməz. Bu müharibə tarixi bir millət olduğumuzu göstərdi. Xalqlar iki cür olur - aparan və aparılan. Biz aparan xalq olduq. Dünya tarixini formalaşdıran xalqa çevrildik. Bundan sonra yük mədəniyyətin, incəsənətin üzərinə düşür”.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...” - Misir Mərdanov
Bu gün, 09:19
Babayandan Bakıya sensasion şərt: Məhkumları verin, əvəzində… - Ermənistan KİV
Bu gün, 08:59
Həbsdə poqonu alınmayan yeganə general - alınması müzakirə olunurdu, amma...
Bu gün, 08:54
Balaca bir kənddə... XUDMANİ XANƏDAN... - İLGİNC FAKT
Bu gün, 08:49
Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib
Bu gün, 08:42
Bundan sonra `Kapital Bank`a güvənməyəkmi? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 08:39
Naxçıvan icra hakimiyyəti daha əvvəlki kimi işləmir... - FOTOFAKT
Bu gün, 08:23
Paşinyan Fransada həm də bunu danışacaq - GƏLİŞMƏ
Bu gün, 08:14
Bank kartlarından kütləvi oğurluq: pullarımızı necə qoruyaq? - AKTUAL
Bu gün, 06:32
Yaşlı icra başçıları yola salınır: - Yeni model belə olacaq
Bu gün, 06:29
"Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmurm"
Bu gün, 06:22
Bakıda ipoteka ilə satılacaq ev tapılmayacaq - Xəbərdarlıq edildi
Bu gün, 00:22
Sumqayıtda bu məktəbə yeni direktor təyin edildi - ƏMR
Bu gün, 00:16
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 4 il ötür - ANIM
Bu gün, 00:12
Cəbrayıl şəhərinin azad olunmasından 4 il ötür
Bu gün, 00:10
Xırdalanın yollarının təmirinə 1,5 milyon manat ayrıldı
Bu gün, 00:05
“ACWA Power” Azərbaycanda daha bir şirkət təsis edib
Bu gün, 00:02
Ermənistan bütün hərbi cinayətkarları araşdırıb cəzalandırmalıdır - Hikmət Hacıyevdən ÇAĞIRIŞ
Dünən, 23:47
“İran altı ay ərzində 10 nüvə başlığına sahib ola bilər” – “The Times”
Dünən, 23:44
Tanınmış naşir kitab sərgisindən şikayət edib: - "Kitabları özümüz üçün nəşr edirik?"
Dünən, 23:38
40 faizlə kredit, yoxa çıxan qızıllar: - Lombard və BOKT-lara "dur" deyiləcək?
Dünən, 19:10
Qiyməti "oynayan" neftə ümid azalır, təbii qazın da gəlirinə "söykənmək" olmaz - NƏ ETMƏLİ?
Dünən, 19:00
Dövlət Agentliyinin 2,3 milyonluq tenderinin qalibi - MƏLUM OLDU
Dünən, 18:56
Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib - ƏMR
Dünən, 18:54
Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov
Dünən, 18:17
Mərkəzi Bankın sanksiyaları İran bankını "vurdu" - Kredit portfeli 3 dəfədən çox azalıb
Dünən, 18:12
“İşlədiyi yerə gedəndə hər şey aydın oldu, şoka düşdüm...” - MƏHKƏMƏ
Dünən, 18:07
Şagirdlər məktəbə bıçaqla necə və niyə gedir? - Günahkar valideynlərdir , yoxsa....
Dünən, 18:04
Paşinyan sülh sazişinin bəzi detallarını açıqladı - İNCƏLƏMƏ
Dünən, 18:03
Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər - DETALLAR
Dünən, 18:01
"Böyük Britaniya Azərbaycanla əməkdaşlığa hazırdır" - Səfir
Dünən, 18:00
Yeganə təhlükəsiz investisiya sahəsi olaraq qalır... - ARAŞDIRMA
Dünən, 17:59
Sepahın komandiri Suriyada ölüb - İSNA
Dünən, 17:58
İqbal Məmmədov 15 gündə 8 milyondan çox borcunu ödədi - DETALLAR
Dünən, 17:56
Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb - VİDEO
Dünən, 17:50
Nazim İbrahimovun qardaşından təzminat TƏLƏB OLUNUR - TƏFƏRRÜAT
Dünən, 17:48
Qızı sənətkarın məzarını Qoçəhmədliyə köçürür? - AÇIQLAMA
Dünən, 17:46
İki avantüristin görüşü - Makron Paşinyanı yeni təlimatlandırır
Dünən, 17:43
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? - TƏFƏRRÜAT
Dünən, 17:41
“Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb...” - Ovannisyan
Dünən, 17:38
İLGİNC: “İçərişəhər” Qoruğu İdarəsi 18 min manatlıq mal-qara yemi alır - İcazə verin, şübhələnək...
Dünən, 17:36
Erməni politoloq nədən narahatdır? - KİV
Dünən, 17:34
Müəllimlərin bayramında onlara nə hədiyyə etməli? - Ekspertlərdən fərqli TƏKLİFLƏR
Dünən, 17:27
1 aydır “BakıKart”a onlayn ödəniş mümkün olmur – Problem nə zaman həll olunacaq?
Dünən, 17:24
Rövşən Binnətli vəzifəsindən azad olundu - ƏMR
Dünən, 17:22
Azərbaycanda arvad-uşağı evdən gedən kişi özünü asdı
Dünən, 16:09
Qərbi Azərbaycan isterikası: “Onsuz da biz ora qayıdacağıq”
Dünən, 16:08
Rublun sürətlə ucuzlaşması bizim cibimizə necə təsir edəcək? – Ekspertdən açıqlama
Dünən, 16:07
Lənkəranın prokuroru işdən çıxarıldı - FOTO
Dünən, 16:03
"5 oktyabrda müəllimlərə hörmət göstərmək vacibdir, lakin... " - AÇIQLAMA
Dünən, 16:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru