AKİA-nın müəmmalı tenderi: 193 min manatı udan kimdir? - İLGİNC FAKTLAR
Tarix: 5-04-2023, 08:15 | Çap et
Azərbaycanda büdcədən maliyyələşən qurumların sifarişçi olduqları dövlət satınalmalarının keçirilməsi proseslərində qanun pozuntularının olması barədə kifayət qədər yazılıb. Zaman-zaman yerli mətbuatda araşdırmaçı jurnalistlərin və iqtisadçı ekspertlərin təqdim etdiyi xəbərlərdə dövlətdən maliyyələşən əksər qurumların sifarişçi olduqları satınalmalarda öncədən sövdələşmə, "otkad" və digər neqativ halların olması barədə faktlar yer alıb. Qlobal.az xəbər verir ki, keçirdiyi satınalmaları şübhə doğurduğu iddia edilən dövlət təşkilatlarından biri də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyidir. Agentlik 29.03.2023-cü il tarixində "Mətbuatda elan, bildiriş və reklamların verilməsi; Reklam məqsədilə təbliğat-təşviqat xarakterli video və audio materialların hazırlanması və yayılması; məlumatlandırıcı videoçarxların çəkilməsi işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu tenderə yekun vurub. Tenderin məbləği 193.300 manat təşkil edir. Agentliyin sifarişçi olduğu tenderdə "Tag Consultangy" (2005409031) Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib. "Tag Consultangy" - Agentliyi bəzər, özü "lüt gəzər"
Aqrar Kredit və İnkişaf Agentliyinin sifarişçi olduğu 193 min manatlıq tenderinin qalibi elan edilən "Tag Consultangy" MMC 2019-cu ilin yanvar ayının 15-də dövlət qeydiyyatına alınıb.
On beş manat nizamnamə kapitalı olan "Tag Consultangy" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Vinqtau ev 11 A, mənzil 89 ünvanı, şirkəıtin qanuni təmsilçisi isə Quliyev Həsən Camal oğludur. "Tag Consultangy" MMC-nin fəaliyyət profili, lisenziyaları, faktini ünvanı, əlaqə telefonları və texniki imkanları barədə açıq internet resurlarında məlumat yoxdur. 2019-cu ilin yanvar ayında yaradılan "Tag Consultangy" MMC-nin feysbuk sosial şəbəkəsində 127 nəfər izləyicisi olan "Tag Consultangy" adlı səhifəsində isə ən son paylaşım 2019-cu ilin mart ayının 20-də olub.
Şirkət bu paylaışmında Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib. "Tag Consultangy" MMC satınalma müqaviləsinə görə Aqrar Kredit və İnkişaf Agentliyinə 150 sayda təbliğat xarakterli video materiallar, 30 sayda maarifləndirici foto xidməti, 150 sayda sosial media marketinq fəaliyyəti, 80 sayda tv verilişin hazırlanması və yayımı, 24 sayda bölgələrdə fermerlərlə görüşlərin təşkili və mediada işıqlandırılması xidmətini göstərəcək.
Texniki bazası barədə açıq internet resurslarında heç bir məlumat verilməyən, feysbuk səhifəsində son paylaşımı 4 il əvvəl olan "Tag Consultangy" MMC-nin Aqrar Kredit və İnkişaf Agentliyinə tender müqaviləsi üzrə hansı keyfiyyətdə xidmət göstərəcəyi xeyli suallar və şübhələr yaradır.
Qalib şirkətin rəhbəri kimdir?
Aqrar Kredit və İnkişaf Agentliyinin 130 min manatlıq tenderinin qalibi olan "Tag Consultangy" MMC-nin Kənd Təsərrüfatı nazirliyinə heç də yad olmayan təşkilat olduğu deyilir. "Qlobal.az"ın əldə etdiyi məlumata görə "Tag Consultangy" MMC-nin qanuni təmsilçisi Quliyev Həsən Camal oğlunun Kənd Təsərrüfatı nazirliyinin bəzi yüksək vəzifəli şəxsləri ilə dostluq münasibəti var. İddialara görə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayevin Həsən Quliyevlə xüsusi münasibətlərinin olduğu bildirilir. "Tag Consultangy" MMC-nin Aqrar Kredit və İnkişaf Agentliyinin mart ayının 29-da yekun vurduğu satınalmada qalib elan edilməsində də bu münasibətlərin mühüm rolunun olduğu vurğulanır. Daha bir məlumatda isə "Tag Consultangy" MMC-nin qanuni təmsilçisi Həsən Quliyevin də Kənd Təsərrüfatı naziri İnam Kərimovun müşaviri olduğu iddia edilir.
"Qlobal.az" məsələ ilə bağlı "Tag Consultangy" MMC-dən mövqe öyrənib. Şirkətin qanuni təmsilçisi Anar Quliyev uzun illərdir iqtisadi və təhsil sahəsində çalışdığını, tagrom.az adlı layihələrinin olduğunu bildirdi. AKİA-nın sədri Seymur Mövlayevlə heç bir əlaqələrinin olmadığını vurğulayan A.Quliyev tagrom.com, tagrom.ru, tagrom.az layihələrinin Azərbaycan iqtisadiyyatına ciddi dəstək verdiklərini bildirdi.
Atasının Azərbaycanın Milli Qəhrəmanı olduğunu bildirən MMC rəhbəri çoxsaylı startap layihələrinin olduğunu deyir. Aqrar Kredit və İnkişaf Agentliyi isə sözügedən 193 min manatlıq satınalma üzrə xidmətləri "Tag Consultangy" MMC-nin hansı texniki baza ilə yerinə yetirəcəyinə aydınlıq gətirmədi.
Agentlik tenderdə iddiaçı qismində daha hansı şirkətlərin iştirak etdiyi barədə olan sualımızı da cavablandırmayıb.
Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayevdir. //"Qlobal.az"//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
• Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55 |
|
|
|
• Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53 |
|
|
|
• Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50 |
|
|
|
• "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38 |
|
|
|
• Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30 |
|
|
|
• Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27 |
|
|
|
• MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14 |
|
|
|
• Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09 |
|
|
|
• “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06 |
|
|
|
• Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03 |
|
|
|
• Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56 |
|
|
|
• Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53 |
|
|
|
• İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52 |
|
|
|
• Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38 |
|
|
|
• Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21 |
|
|
|
• Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19 |
|
|
|
• Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17 |
|
|
|
• Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13 |
|
|
|
• Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09 |
|
|
|
• DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07 |
|
|
|
• Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59 |
|
|
|
• "Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56 |
|
|
|
• İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50 |
|
|
|
• Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47 |
|
|
|
• Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44 |
|
|
|
|