Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                 

Əmrullayev RAHAT-RAHAT İSTEFAYA GEDƏ BİLƏR... - TAM ZƏMİN YARADIB...
Tarix: 1-09-2022, 08:33 | Çap et
Əmrullayev RAHAT-RAHAT İSTEFAYA GEDƏ BİLƏR...
Düşünmək olar ki, bu sözləri hansısa təhsil eksperti, yaxud Təhsil nazirinə ciddi opponentlik edən birisi deyib. Çünki, səsləndirilən fikirlər olduqca ciddi ittihamdır, Azərbaycan təhsilinin, yüz minlərlə müəllimin əməyinin üstündən xətt çəkməkdir. Gözləmək olardı ki, Təhsil naziri dərhal bu fikirlərə reaksiya verər, bu ittihamları absurd adlandırar, təhsil işçilərinin ünvanına səsləndirilən təhqirləri cavablandırardı. Amma...
Yüz il də gözləsəniz Emin müəllimdən bu fikirlərə cavab eşitməyəcəksiniz. Çünki bu “dahiyanə”, “müdrik” sözlərin müəllifi elə cənab nazirin özüdür. Bakı şəhərində yerləşən məktəb direktorları ilə görüşdə (bu direktorların böyük qisminin təyinatında onun rolu olmayıb və həmin direktorlar dolayısıyla Emin müəllimə tabe də deyillər) nazir necə cuşa gəlibsə yuxarıda dediyimiz fikirləri səsləndirib. Dediyim kimi, bu yüz minlərlə təhsil işçisini təhqir etmək, ömrünü çətin şərtlər altında gənc nəslin təlim-tərbiyəsinə həsr edən müəllimləri alçaltmaqdır. Bu fikirləri səsləndirən nazir dərhal istefa verməlidir, müəllimlərdən üzr istəməlidir. Belə bir məsəl var ki, hamı dəli olanda mollanın yanına gedir, bəs molla dəli olanda kimin yanına getsin ?
Nazir təyin olunduğu gündən özünə islahatçı imici formalaşdırmaq üçün müxtəlif üsullardan istifadə etsə də E.Əmrullayev nəinki hansısa islahata imza ata bilib, əksinə təhsil sistemində ciddi narazılıq formalaşdırıb. Xatırladaq ki, bu narazılıq dalğasının mənbəyi hələ Əmrullayevin Təhsil İslahatları İnstitutunda işlədiyi dövrdən başlanıb. Sosial şəbəkələrdə təhsil qruplarına gözucu nəzər salmaq kifayətdir ki, real mənzərəni görəsən. E.Əmrullayev sanki sırf narazılıq formalaşdırmaq, onsuz da acınacaqlı durumda olan Azərbaycan təhsilinin “fatihəsini” vermək üçün fəaliyyət göstərir. Təhsildə olan bütün günahları binəva müəllimdə görən nazir öz həmkarlarına az qala düşmən münasibəti sərgiləyir. Sanki milyonlarla dövlət vəsaitini havaya sovuran, korrupsiyalaşmış bir sistem formalaşdıran, Azərbaycan təhsilinin vayına oturan elə “bizim Cəbiş müəllim” imiş...
Məgər cənab Əmrullayev bilmirmi ki, bu gün Azərbaycan müəllimi ən ağır şərtlər altında, cüzi əmək haqqı müqabilində fədakarlıq edir (bu yerdə M.Mərdanovun məhşur sözlərini xatırlamamaq olmur) . Məktəblərdə müəllim yersiz yerə o qədər yüklənir ki, dərs deməyə belə vaxtı qalmır. Repititorluq sistemini elə müəllimi bu günə qoyanlar özləri formalaşdırmayıbmı? Müəllimi süpürgə pulu, fond pulu, summativ pulu yığmağa kim məcbur edir görəsən ? Əgər məktəblər müəllimlərə əmək haqqı verən bir mexanizmə çevrilibsə bunun günahkarı sizsiniz, cənablar. Əgər Təhsll naziri E.Əmrullayev deyirsə, məktəblər müəllimə əmək haqqı verən bir mexanizmdirsə, mən də Nicat Mahmudov olaraq açıq şəkildə üzünüzə qarşı bildirirəm ki, sizin nazirliyiniz də milyonları udmaq üçün bir mexanizmdir!
Bir daha qeyd edirəm ki. E.Əmrullayev öz fəaliyyəti ilə hər zaman dövlətin əsas güc mənbələrindən olan təhsil ictimaiyyətindən ibarət böyük bir narazılar ordusu formalaşdırır. Özünü müəllimlərin düşməni kimi aparmaq, gündə bir imtahan şousu düzəltməklə onları daim stres altında saxlamaq islahat deyil, cənab nazir. Məncə bu sizdə alınmadı. Olan şeydir, hamı adını tarixə qızıl hərflərlə yazmağı bacarmır...
Gün kimi ictimaiyyətə aydındır ki, ölkəmizdə təhsil sahəsində köklü islahatların əsası Mikayıl Cabbarovun nazir təyinatından sonra başlanıldı. Hətta əksər opponentlərinin təhsil sahəsinə yad hesab etdikləri cənab Mikayılovun təhsil sahəsində inqilabi hesab ediləcək addımları bu sektorda illərlə kök salmış ətalət qanunlarını yerindən oynatdı, “Misir ehramları”nın kölgəsində uyuyan Azərbaycan təhsilini yerindən dəbərtdi. Sanki reanimasiyada can verən bir xəstəyə oksigen balıncı qoşuldu, nəfəs verildi .
Etiraf edilməlidir ki, bu gün Azərbaycan təhsilində islahat hesab edilən bütün addımlar məhz M.Cabbarovun dövründə atılıb. Ondan sonra sadəcə olaraq imitasiya xatirinə görüntülər sərgilənib.
Heç kimə sirr deyil ki. E.Əmrullayev məhz M.Cabbarovun islahat xəttinin davamçısı olaraq görəvə gətirilib. Çox heyif ki, təhsil sektoruna yaxın hesab edilən bu şəxs nəinki etimadı doğrultmağı bacardı, hətta nazirlikdə at oynadan qruplaşmaların əlində oyuncağa çevrildi. Bir məktəb direktorunu vəzifədən azad edəcək qədər səlahiyyətə malik olmayan nazirin hansısa islahata imza atacağını gözləyirsinizmi? Adi bir institut rəhbəri vəzifəsini doğru-dürüst yerinə yetirə bilməyən bir şəxsin ölkədə inqilabi dəyişikliklərə imza atacağına inanırsınızmı?
İnanmırsınız... Məhz bu səbəbdən də Azərbaycan təhsili bu günkü tragikomik vəziyyətdədir. Mikayıl Cabbarovun “sevimli kadrı” olmaq o demək deyil ki, sən əvəzedilməzsən. İdarə olunanların idarə etməsi heç zaman mümkün olamayıb. İdarə olunanların əli ilə Azərbaycan təhsilini məhv etməyin lütfən...
Saytımız adından təhsil əməkdaşları, geniş ictimaiyyət arasında apardığımız sorğu göstərdi ki, cəmiyyətdə E.Əmrullayevin fəaliyyətindən kifayət qədər narazılıq hökm sürür. Bunu dövlətin strateji araşdırma mərkəzləri nəzərə almalıdır, böyük bir müəllim ordusunun alçaldılmasına, narazı duruma salınmasına susmamalıdır. Apardığımız sorğuda “kimi təhsil naziri görmək istəyirsiniz” sualını verdiyimiz respondentlərin böyük qismi Elnur Əliyevin adını çəkdilər. Təhsil sistemində fəaliyyət göstərdiyi qısa müddətdə böyük işlər görən, nüfuz sahibi olan Elnur müəllim bu gün pedaqoji ictimaiyyətin nazir görmək istədiyi ən güclü kadrdır. Çünki E.Əliyev müəllimə dost gözüylə baxırdı, onu düşmən gözündə görmürdü. Onun üçün problem yaratmırdı, onun problemlərini təmənnasız həll edirdi. Önəmli o idi ki, Elnur Əliyevin sözünün «kəsəri» var idi. Bax nazir dediyin belə olmalıdır, cənab Əmrullayev. Nazir olduğunuz müddətdə yadda qalan bir addımınız olmayıb. İstefa verin və əbədilik yaddaşlarda qalın. Müsbət mənada…
Rubrika.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aptek müdürü işçisini vəhşicəsinə döydü - VİDEO
Bu gün, 13:49
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14
Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru